Pasa_007 | Date: Çərşənbə axşamı, 2012-07-24, 1:43 PM | Message # 1 |
Mayor Genearl
Group: Administrator
Messages: 312
Status: Offline
| Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir.
Məzmun Hərbi kinopovestdəki hadisələr II Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Burada müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.
______________________________________________________________________________________________________
Film Haqqında Böyük Vətən müharibəsində Azərbaycan neftinin nə dərəcədə böyük rol oynaması haqqında fikirlər ilk dəfə olaraq “Bizim Cəbiş Müəllim” filmində Nəcəfov obrazının dili ilə söylənilib: “Doğrudan da, bu filmdə Həsən Seyidbəyli, təbii ki, filmin ssenari müəllifi Maqsud İbrahimbəyovla birgə çox cəsarətli addım atmışdır. Belə ki, o, mənim yaratdığım Nəcəfov obrazının dili ilə rusların xoşuna gəlməyən, daima nəzəratlərində saxladığı faktları aşkara çıxarmışdır. Həmin fakt ondan ibarət idi ki, Böyük Vətən müharibəsində Sovetlər Birliyi tərəfindən iştirak edən hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla Azərbaycan təmin edib. Bu fakt ilk dəfə “Bizim Cəbiş Müəllim” filmində aşkara çıxarıldı… Filmin çəkilişi başa çatdıqdan sonra Moskvaya göndərdilər. Həmişə olduğu kimi bu dəfə də Moskva filmin bir neçə epizodu ilə yanaşı, Nəcəfov obrazının dili ilə deyilən faktların çıxarılmasına göstəriş verir. Həsən Seyidbəyli gərgin mübahisədən sonra istədiyinə nail olur”… (“Bizim Cəbiş Müəllim: Həsən Seyidbəyli Makedonu təsadüfən tapmışdı”, Ekspress qəzeti, 10.04.2004, Ulduzə Qaraqızı). * Film Maqsud İbrahimbəyovun “Müharibənin 1001-ci Gecəsi” ssenarisi əsasında çəkilib. Rejissor Makedon roluna Aqil Ağacanovu təsadüfən çəkmişdi. Aktyorla nərd atan rejissor nərddə uduzduqdan sonra sözünü tutaraq onu Makedon roluna sınağa çağırdı. Lakin burada professional rejissorun belə bir bəsit hadisədən sonra filmin ən əhəmiyyətli rollarından birinə Ağacanovu çəkməsi qərarı real görünmür. Hər halda rejissor Ağacanovu qıraqdan müşahidə etmiş və onu Makedon roluna uyğun görmüşdü. ______________________________________________________________________________________________________
Festivallar və Mükafatlar [b]1)1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalı Aktyor Süleyman Ələsgərov (II)a yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaradılmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir. ______________________________________________________________________________________________________
Filmin üzərində İşləyənlər Ssenari Müəllifi : Maqsud İbrahimbəyov Quruluşçu Rejissor : Həsən Seyidbəyli Quruluşçu Operator : Arif Nərimanbəyov Quruluşçu Rəssam : Məmməd Hüseynov Bəstəkar : Emin Sabitoğlu Səs Operatoru : Ağahüseyn Kərimov Geyim Rəssamı : Kazım Kazımzadə Rejissor : Əbdül Mahmudov Quraşdırılmış Səhnələrin Operatoru : N. Xarbikov Quraşdırılmış Səhnələrin Rəssamı : Eduard Abdullayev Rejissor Assistenti : Elmira Əliyeva, M. Məlikov, Cəfər Əsədov Operator Assistenti : Valeri Kərimov, Elxan Əliyev Rəssam Assistenti : Ə. Musayev, Tatyana Əmirova Qrim Rəssamı : V. Bereznyakov Montaj edən : Nelli Mahmudova Redaktor : N. İbrahimova, Ədhəm Qulubəyov Mahnıların Mətni : Zeynal Cabbarzadə, Teymur Elçin Çalır : Azərbaycan Radio və Televiziyasının Kamera Orkestri Dirijor : N. Rzayev Filmin Direktoru : Nazim Ələkbərov Meyxananın Müəllifi : Molla Məhəmməd (titrlərdə yoxdur)
______________________________________________________________________________________________________
Rollarda Süleyman Ələsgərov (II)-Cəbiş Şəfiqə Məmmədova-Cəbişin arvadı Muxtar Maniyev-Nəcəfov Səfurə İbrahimova-Nəcəfovun arvadı Ziya Seyidbəyli-Namiq Nəsibə Zeynalova-Suğra xala Əliağa Ağayev-Əbülfəz Aqil Ağacanov-Makedon Svetlana Morşinina-Tanya Cahangir Novruzov-Rəsulov Fazil Salayev-Mıqqı Məryəm Seyidbəyli-Şəfiqə Hamlet Xanızadə-Kapitan Kamil Qubuşov-Müəllim Cabbar Əliyev-Müəllim Məmmədrza Şeyxzamanov-Poçtalyon Sona Aslanova-Ana Ş. Bağırova Süsən Məcidova-Makedonun anası Məmməd Sadıqov-Səngər qazan Tələt Rəhmanov Eldəniz Zeynalov-Qulam Sofa Bəsirzadə-Həkim V. Otradinski-Qaçqın N. Sorin A. Yakovlev Nina Sarnatskaya-Qaçqın qadın Vera Şirye-Həkim Ağahüseyn Cavadov-Neft satan Əliheydər Həsənzadə-Tanyanı gətirən İ. Şaqulina Mehdi Seyidbəyli-Cəbişin oğlu Sədaqət Zülfüqarova Əli Xəlilov-Məhəllə sakini Bahadur Əliyev-Alverçi ______________________________________________________________________________________________________
Filmi Səsləndirənlər Həsənağa Turabov-əsgər (titrlərdə yoxdur) Məmmədsadıq Nuriyev-Qaçqın (titrlərdə yoxdur) Dadaş Kazımov-Qaçqın (titrlərdə yoxdur) Amaliya Pənahova-Tanya (Svetlana Morşinina) (titrlərdə yoxdur) Bahadur Əliyev-əsgər (titrlərdə yoxdur)
|
|
| |