Pasa_007 | Date: Bazar ertəsi, 2012-07-23, 3:15 PM | Message # 1 |
Mayor Genearl
Group: Administrator
Messages: 312
Status: Offline
| Film mənəvi-məişət mövzusundadır
Məzmun
Film mənəvi-məişət mövzusundadır. Buradakı hadisələr gənc bəstəkar Ayazın(Fuad Poladov) ailəsində baş verir. Ayazın anası Cənnətin(Nəsibə Zeynalova) iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qaynana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün dedi-qoduların arası kəsilmir. Ailə konfliktləri getdikcə kəskinləşir. Əgər Ayazın dostu İlqar(İlham Namiq Kamal) onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə olacaqdı... Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs edən bu film həmçinin dövrümüzə yad olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir. ______________________________________________________________________________________________________
Film Haqqında Musiqili film Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. ______________________________________________________________________________________________________
Festivallar və Mükafatlar 1979-cu ildə Aşqabadda XII Ümumittifaq kinofestivalı Bəstəkar Tofiq Quliyevə filmin musiqisinə görə Priz verilmişdir. Aktrisa Nəsibə Zeynalovaya Diplom verilmişdir.
______________________________________________________________________________________________________
Səhv Orfoqrafik: Titrlərdə filmin adı "Qaynana" yazılmışdır. Əslində "Qayınana" olmalıdır. ______________________________________________________________________________________________________
Filmin üzərində İşləyənlər Əsərin Müəllifi : Məcid Şamxalov (titrlərdə yoxdur) Ssenari Müəllifi : Əjdər İbrahimov, Marqarita Maleyeva Quruluşçu Rejissor : Hüseyn Seyidzadə Quruluşçu Operator : Fikrət Əsgərov Quruluşçu Rəssam : Nadir Zeynalov Bəstəkar : Tofiq Quliyev Səs Operatoru : Marat İsgəndərov Rejissor : Ramiz Əliyev Operator : Amin Novruzov Montaj edən : Tahirə Babayeva Geyim Rəssamı : Tatyana Əmirova Qrim Rəssamı : V. Arapov Dekor Rəssamı : Fikrət Ələkbərov Quraşdırılmış Çəkilişlərin Operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış Çəkilişlərin Rəssamı : Gennadi Tişşenko Rejissor Assistenti : Süleyman Əhmədov, Z. Murtuzov Rəssam Assistenti : Y. Kirşner Operator Assistenti : Nemət Rzayev, Yuri Varnovski Redaktor : Seyfəddin Dağlı, Ədhəm Qulubəyov Mahnıların Mətni : Fikrət Qoca Musiqi Redaktoru : Oqtay Zülfüqarov Mahnıları İfa edir : Flora Kərimova, Mirzə Babayev, Yalçın Rzazadə, Akif İslamzadə Baletmeyster : Rəfiqə Axundova, Maqsud Məmmədov Çalır : Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Orkestri Dirijor : Tofiq Əhmədov, Eduard Qazarov Filmin Direktoru : Gennadi Lapşuk
______________________________________________________________________________________________________
Rollarda Nəsibə Zeynalova-Cənnət İnarə Quliyeva-Afət; Zərifə İlham Namiq Kamal-İlqar Tanilə Əhmərova- Sevda Fuad Poladov- Ayaz Səfurə İbrahimova- Sədaqət Tələt Rəhmanov- Əli Kamil Məhərrəmov-Alverçi Məmməd Sadıqov-Məşədi Kazım (şəkil) Sadıq Həsənzadə-Dişi ağrıyan Gümrah Rəhimov-Yanğın söndürən N. Əliyev K. Dadaşov R. Həsənov Mayak Kərimov-İlqarın dostu Sədayə Mustafayeva-Minayə V. Quliyev Dadaş Kazımov-Satıcı Sadıq Hüseynov-Dişi ağrıyan Elxan Ağahüseynoğlu-Dişi ağrıyan Sədaqət Zülfüqarova-Dişi ağrıyan Hökümə Qasımova-Dişi ağrıyan Ramiz Əzizbəyli-Dişi ağrıyan Tofiq Əhmədov-Dirijor
______________________________________________________________________________________________________
Filmi Səsləndirənlər Ofeliya Sənani-Sevda (Tanilə Əhmərova) (titrlərdə yoxdur) Əminə Yusifqızı-Afət; Zərifə (İnarə Quliyeva) (titrlərdə yoxdur) Süsən Məcidova-Minayə (Sədayə Mustafayeva) (titrlərdə yoxdur)
|
|
| |