Pasa_007 | Date: Bazar ertəsi, 2012-07-23, 3:06 PM | Message # 1 |
Mayor Genearl
Group: Administrator
Messages: 312
Status: Offline
| 18 May 1992-ci ildən ermənistan respublikası tərəfindən işğala məruz qalıb. Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Azərbaycanın Kəlbəcər rayonu, şərqdən Xocalı,Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı, qərbdən isə ermənistan respublikası ilə həmsərhəddir Laçın rayonunun ərazisi 1883 kvadrat km-dir. 01 yanvar 2004-cü il tarixə əhalisi 65507 nəfərdir. Rayonun mərkəzi Laçın şəhəridir, əhalisi 14500 nəfərdir.
65 min əhalisi olan bu səfali məkan 120 kənddən, 1 şəhərdən və 1 qəsəbədən ibarətdir. Laçın 1923-cu ilə qədər Abdallar, sonra isə Laçın adlanıb. Ərazisi əsasən dağlıq relyefdən ibarətdir. Burada əsasən maldarlıq, arıçılıq, əkinçilik, taxta-şalban istehsali inkişaf edib. Hal-hazirda Laçın rayonunun əhalisi Azərbaycan Respublikasının müxtəlif ərazisinə səpələnmişdir.
Laçın rayonunun ermənistan respublikası tərəfindən işğalı 18 May1992-ci ildən Ermənistan Respublikası tərəfindən işğala məruz qalıb. İşğal nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.
İşğala qədər rayon ərazisində 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı olmuşdur.
|
|
| |