My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Azərbaycan. » Bölgələrimiz » QƏBƏLƏ
QƏBƏLƏ
Pasa_007Date: Bazar ertəsi, 2012-07-23, 2:52 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline


Qəbələ rayonu indiki rayon mərkəzindən 20 km cənub-qərbdə yerləşən IX əsrdə Qafqaz Albaniyasının paytaxtı olmuş Qədim Qəbələ şəhərinin adını daşıyır. Qədim Qəbələ dünyanın Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərlərilə müqayisə ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur.
1959-cu ildən müntəzəm qazıntı aparan Qəbələ arxeoloji ekspedisiyası şəhərin daha qədim və böyük hissəsini aşkara çıxardı və buranın e.ə. IV - b.e. I əsrlərinə aid olduğunu müəyyənləşdirdi. Müxtəlif tarixi hadisələrlə əlaqədar şəhər bir neçə dəfə dağıntılara məruz qalmışdır. Eramızdan əvvəl 60-cı illərdə Roma qoşunları Albaniyaya hücum etsələr də, Qəbələni işğal edə bilməmişlər. Sasanilər dövründə Qəbələ çox böyük ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Xilafət dövründə də Qəbələ ticarət və sənətkarlıq mərkəzi kimi əhəmiyyətini qoruyub saxlamışdır. XIII əsrdə Monqolların hücumu zamanı Qəbələ tənəzzülə uğrasa da, sonralar yenidən dirçəlmişdir.

XVIII əsrin ortalarında Qəbələ öz əvvəlki əzəmət və əhəmiyyətini itirmiş, əhali tədricən buradan köçmüşdür. XVIII əsrin ortalarında Qəbələ ərazisində kiçik feodal dövləti olan Qutqaşın sultanlığı yaradılmışdır. Qutqaşın sonralar mahal kimi Şəki xanlığının tərkibinə daxil olmuş, Şəki xanları tərəfindən təyin olunan naiblər tərəfindən idarə edilmişdir. Şəki xanlığının süqutundan sonra Qutqaşın mahal kimi Şəki qəzasının tərkibinə daxil olmuşdur. 1930-cu ildə Qutqaşın rayonu yaradılmışdır. 1991-ci ilin martında rayonun adı dəyişdirilərək rayon ərazisində yerləşən qədim Qəbələ şəhərinin adı ilə adlanmışdır.

Kəndlər

Tikanlı(Menim dogma kendim),Küsnət, Bum,Mıxlıqovaq, Solquca, Kötüklü, Nic, Mirzəbəyli, Corlu, İmamlı, Böyük Pirəlli , Kiçik Pirəlli, Soltan Nuxa, Tüntiil, Nohurqışlaq, Yengicə, Vəndam, Zalam, Mollaşıxalı, Kiçik Əmili, Bayramkoxa, Kurd, Qaradeyn, Hacallı, Böyük Əmili, Şamlı, Çarxana, Şəfili, Mamaylı, Ovuclu, Quşlar, Savalan, Beyli, Laza, Çırt-Yengica, Qəmərvan, Məlikli, Bılıx, Sileyli, Əmirvan, Dızaxlı, Nəsimi, Ziring, Sarı Hacılı, Zarağan, Aydınqışlaq, Daşğıca, Həmzəlli, Cığatelli, Xırxatala, Abrıx, Uludaş, Yemişanlı, Dandıq, Bunud, Həzrə, Seyidqışlaq, Məmmədağalı, Çuxur Qəbələ, Tola, Yenikənd, Topbağ.
 
Forum » Azərbaycan. » Bölgələrimiz » QƏBƏLƏ
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz