Pasa_007 | Date: Bazar, 2012-07-22, 3:28 PM | Message # 1 |
Mayor Genearl
Group: Administrator
Messages: 312
Status: Offline
| Azərbaycan, ayıbdır söyləməsi, nə zaman ağıllanacağıq?! Uzaq Asiyadan gəlib Xəzərdən Avropaya uzanan bu məmləkət sizin, nuş olsun, əfəndilər, - deməkdən bezdim, bezdik, anlıyormusun, ordamısın, Azərbaycan? Mən burda sex-shop'ların, komunist partiyanın, müsəlman demokrat partiyanın, cürbəcür gaybarların açılmasını, əsgərliyin qaldırılmasını istəyirəm, Azərbaycan; bu torpaqlarda Nobel, Oscar, LSD, Özgürlük görmek istəyirəm: kişi başına düşən milli gəlirdən mənə aid payı bağışlayıram bu xərcə görə sənə; həbsxanalar, hayvanat bağçaları, kamplar, qumarxanalar boşaldılsın dərhal; mən bütün şəhərlərində sülhlə, insanlıq haqlarımla keyfdən gəbərə-gəbərə, fit çalaraq dolaşan bir səyyah olmaq istəyirəm;
Sünnətlərilə, adətlərilə müsəlman, masson-üləma tayfanı tanıyıram, sən də bilirsən ki, hürən it dişləməz, bax, öz aramızdır, Azərbaycan, bu azınlıqları nə zaman kəsib qızardacağıq, çox acdım, Azərbaycan.
Həbsinə düşmədim hələ ona görə tam solçu sayılmaram qul bazarında dizinə çöp batdığı üçün şair olanlarından da deyiləm; sevgililərdən və içkidən başım ayılanda səni düşünürəm, Azərbaycan...
P.S. Xais olunur diqqetle oxuyun sonra serh yazin!!!!
--------------------------------------------- Yandırır içimi ! Sızladır qəlbimin ağır akkordlarını ! Sanki qanlı məftillər kəsir yolumu ! Dayan deyir mənə ! Dayanmaq istəmirəm ! Qırmaq istəyirəm yoldakı maneələri ! O qanlı məftilləri ! Ayırır o məftillər qanı-candan ! Ayırır o məftillər qəlbi-ürəkdən ! Həsrəti qəlbdən ! Qürbət oxudur sancılır hər ürəyə ! Yarımçıq qoyur gözdəki arzuları ! Qəlbdəki xəyalları ! Qürbət şaxtasıdır ! Dondurur xülyaları ! Sakit röyaları! İmkan verməyir ayılsın ! Yatan beyinlər ! Dumanlı fikirlər ! Qoymur oyansın ! Azadlıq sədası ! Yox olsun Qürbətin sərt hasarları ! Məhv olsun ağrıları, acıları !
|
|
| |