My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Maariflənmə » Fikirlərimiz .. » Qüsursuz bir insan kimi yenidən doğulmaq ..-virtual həyat.
Qüsursuz bir insan kimi yenidən doğulmaq ..-virtual həyat.
Pasa_007Date: Bazar, 2012-11-11, 4:11 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline


Naməlum dostlara bu qeder inam nədəndir??Onlara arıldığımız vaxtları, onlarçün işlətdiyimiz ürəkdən sözləri, real yaxınlarımızdan nəyə görə əsirgəyirik?üzünü görmədiyimiz əlini tutmadığımız göz təmasında olmadığımız bu naməlum dostlar nəyə görə bizlərdə həyəcan oyadır? Onlarla yazışanda dilimizin tilsimi açılır.Ama realda susqun təbiətliyik evdə canparələrimizlə kəlmə kəsmirik.Necədə qəribə varlıqlarıq biz insanlar qanı qanımızdan olan insanlara qan uddururuq iki divarın arasında,ama məsələ virtual dostlara gəldiktə içimizi açıb tökürük.bu nədən irəli gəlir?çəkilməməzlikdən?yəni insan qarşısındakını görmür deyə daha rahatdı?yox məncə bu insanda mənevi problem olduğunu göstərir. Lənətlendiyini göstərir təkcə yəhudilər yox hamımız lənətliyik. .Naməlum bir qəhrəman kimi gizlənirik monitor arxalarında və həyat macəramızın əskik tərəflərini gizləyərək yeni bir insanla onun hissləriylə qarşılaşmaq yeni bir həyəcan verir bizə.Öz hislərimizi naməlum birinə açırıq qarşı tərəfin gözündə yeni bir insan olaraq doğuluruq və yeni bir qüsursuz insan oluruq..yalanlar deyirik,birdən qarşıdakının xoşuna getməyə bilərik deyə. Tanışdığımız hər insanda yenidən doğuruq,o “kiçik” yalanlarımızla.. Aldığımız hər cavabda yenidən biz oluruq sanki.Xoşlayırıq belə anları..istədiyimiz kimi oluruq onun yəni qarşıdakının gözündə .Həyat hər zaman belə olsun istəyirik bir birimizi tanımadan yaşasaq uzaqlarda . Bir söz qədər yaxında ama əsla qarşılaşmayacaq aqədər uzaqda .Yalnız və yalnız sözcüklərdən ibarət dostluqlar olsa.Yaşamın yükləri çökməsə dostluqlarımızın üzərinə . Bir sözcük qədər azad olsaq,bir musiqi kimi axıb getsək .. Bu sehir heç vaxt pozulmasın istəyirik.. Yeni bir MƏN axtararıq həyatda,elə MƏN ki qüsursuz.. qüsurları gizlədib saf bir insan kimi tanınmaq heç olmasa birinin gözündə. bu bizi rahatladır.. Kompyuterin yalnızlığında oturub naməlum birindən gələn bir “salam” vəya “necəsən?” kəlməsi inanılmaz bir həyəcan və rahatlıq doğurur bizdə?niyə?lənətliyik?
Real insan nəfəsinin istiliyini verməyən heç bir əlaqənin daimi olmadığını nəzərə çatdırmaq isəyirəm.Bütün bu həyəcanlar bir gün susar,virtual həyatın gətirdiyi rəngsiz həyatda məhv olar birgün.Ama real həyatın rəngarəngliyi solmaz heç vaxt.Kitabın qarşısında google, məktubun qarşısında chat, real dostların qarşısında virtual dostlar keçicidir, və heç vaxt insani duğularımızı təmin edə bilməzlər. Danışmağı çox sevmirik ailəmizə soyuq davranarıq, bir gülər üzü əsirgəyərik ama internet adı gələndə yeni bir həyəcan oyanar.Qarşı tərəflə dialoqun cazibəsi inanılmaz bir həzz verir sanki unuduruq su kimi axan zamanı. Ama o zamanı realda doldura biləcək o qədər məşğulliyyət varki.. Bütün bu dediklərimdən hər halda mənim texnologiya, internet və.s düşmanı olduğumu olduğumu düşünə bilərsiz ama fərqi yoxdur istədiyiniz kimi düşünün. “Xoruz yox idi səhər açılmırdı?” düzdü atalar zarafatçıl olub səhər açılırdı ama rəngsiz açılırdı..eybi yox belə olmaqdansa qoy elə olsun ama əlbət bir gün bütün bu həyəcanlar susar,virtual həyatın gətirdiyi rəngsiz həyatda məhv olar real həyatın rəngarəngliyi geri dönər.. Düzdü internet əsrində yaşayırıq gənclərin hamısının virtual əlaqələr qurması bu baxımdan çox normaldır.Birdə günümüzün ən qabaqda gələn Virtual sevgililəri var.gündə bir sevgili dəyişirik .. Təəssüfki biz oğlanlar qızları tez aldada bilirik.Oğlanlar tez və asan sevir və tez unudur.Qızlarsa gec və çətin sevir və gec unudur..Qızlar bizə inanıb dərhal romantik xəyallar qurmağa başlayırlar..heyif..içimizdən bir ağıllı çıxıb o qızlara həqiqətləri göstərəndədə onlar həqiqətin bircə qramınada dayana bilmirlər.. bilmirlər.. Saatlarla virtual insanlarla danışan birindən “neyləyirsən?” deyə soruşanda “dərtləşirik” deyib vicdanını rahatlatmağa çalışır.Tanımadığın biriylə insan necə dərtləşə bilər axı. Bir birinizi nə qədər tanıyırsınız. Yaxşı oğlanlar edir qızlara nə xəbərdi. Qızlarda yoldan çıxıb onsuzda.. Hamımızda səhvlər var və hamımız günahkarıq..sadəcə bəzilərimiz bu halımızı görüb tez özümüzü düzəldə bilirk.Bir çoxumuzda batıb gedirik virtual fantaziyalarla...İnda yazını oxuyan hər kəs içindəki mənliyiylə dialoga girib müxtəlif bəhanələrlə özünü sakitləşdirməyə çalışacaq və “bu kimi virtual əlaqələr insanı rahatladır tanımasanda içini tökürsən rahatlayırsan” deyib təskinlik tapacaq . Mən bunu inkar etmirəm bir baxımdan düzdü elədi.Ama bunun nəticəsi yaxşı olmur.bu vəziyəti dəyişmək lazımdır ..Və sonda Bertold Brechte qulaq verək: “Dünyanı dəyiş,onun buna ehtiyacı var...”
Vefasızlara eşq olsun !!
PS-heç vaxt qələm vərəq götürüb yazdığım yazıdakı həzzi “word”-lə yazdığım yazıdan ala bilmərəm...
 
Forum » Maariflənmə » Fikirlərimiz .. » Qüsursuz bir insan kimi yenidən doğulmaq ..-virtual həyat.
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz