My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Maariflənmə » Fikirlərimiz .. » Həyatın Mənası Koka-Kolaymış !!
Həyatın Mənası Koka-Kolaymış !!
Pasa_007Date: Bazar, 2012-11-11, 4:04 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Həyatın Mənası Koka-Kolaymış !!

Bugün təvafükhən gözüm dayanacaqda qoyulmuş reklam plakatına sataşdı və belə yazılmışdı “Coca-Cola Hayatın anlamı”.Yox yox size elə gəlməsinki mən oturub burda kola içməyin yəhudilərə xeyir verirsiz, yada nescafe Qarabağı tanımır deyib ağlayacam.Yox mən bu klassik və yalnış mövzulara toxunmayacam.Sadəcə diqqətinizi “Həyatın anlamı” olan hissəyə çəkmək istəyirəmki necəki mən o an durdum və yenə düşünən hər bir kəsin cavab axtardığı o sual ətrafında fırlandım.Hə düz tapdın həyatın mənasını düşünürdüm..Çoxumuz bu barədə çox düşünür və çox duyuruq ondan –bundan..Hərə özünə görə cavab tapır,yada tapmır.Bəziləridə hansıki o aramızda bəzi “BABASI MEYMUNLAR” var,onlara lap yazzığım gəlir,yaxşı bizlər bir şey fikirləşib özümüzə görə yalandanda olsa uydurruruq,bir xətt cızıb üstündə ilərləyirik,bəs bu “Babası Oranqutanlar” o bap-balaca beyinciklərini yora bilmirlər axı düşünə bilmirlər niyə yaşayırlar,yazıqlara babalarından qalan tək miras 10 kblıq yaddaşlarıdır,orada bircə babalarının meymun olduğu yazılıb.Ona görə içi biz inançlılar və bu babası meymuşkalar qarışıq bir yazı yazmaq istədim həyatımızın mənasıyla bağlı.Həyatın mənasıyla bağlı çox fikirlər səslənə bilər ama hamısı doğru olacaq deyə bir şey yoxdur.Hamısına inansaq əməl etsək onda “hər hürən itdən qorxan”dan nə fərqimiz??nəysə.Əsrlər boyu insanoğlu doğulur böyüyür yaşayır ölür.bitdi.ele bu?ele 4 kəliməylə 80 illik bir insanın həyatı təsvir olundu və bitdti?bəs yaşama səbəbi bəs məqsədlər?bəs hədəflər?bəs yaşama gücü verən şeylər?Nəyə görə bunlar ilk başta insana yaşamın mənası kimi görünsədə əldə etdikdən sonra artıq heç bir mənası qalmır??Milyonların qiptə etdiyi yada kıskandığı Madonnalar,Timberlakelər olsada,o Madonnalarda öz həyatlarını mənasız görürsə bəs nədir yaşamın mənası.Hm?Ayə sənnənəme))nəysə)ıhm ıhm zarafatı buraxaq keçək dərsə,zəngə az qalıb))Deməli belə hamı hər hansısa bir səhvi edəndə deyir kaş etməsəydim ama Elə ən böyük səhvi burda edirlər.. Çünki- Həyat,doğru cavabları olmayan bir imtahandır,..Hər şeyi ən başdan yenidən yaşama şansı olsaydı hamı yenə eyni səhvləri edərdi.Təsəvvür etki yaşlanmısan,qocalmısan və qarşına bir cin çıxır sənə yenidən yaşamaq yenidən başlamaq fürsəti verir.Üstəlik əvvəlki həyatındakı səhvləri xatırlayabiləcəksən.Yenidən başlayarsan hə??nə məni nədə özünü aldatma və inkar etmə başlayarsan..!!! çünki yaşlı bir qocasan və ölümə yaxınsan.yenidən başlarsan və yenə eyni səhləri bilə-bilə təkrarlarsan !!! Eyni seçimlər,eyni səhvlər,eyni saxta HƏDƏFLƏR !! niyə bilirsən ??çünki qorxuların dəyişməyəcək !! Seçimlərimizin Sərhəddləri Qorxularımızdır!!!Qərarsızlıqlarımızdır !!!
İnsanlar ya inandıqları kimi yaşayırlar ya da yaşadıqları kimi inanırlar. Ama mövzuya hardan baxsaq insanın yaşama məqsədi inandığı dəyərləri qorumaqdır. İndi içinizdən bir SARSAQ durub gəvəzələyəcəkki bəs mən ateistəm axı.SuS!! qələtivi elə otur yerivə və qulaq as.Ateistsən gözüm aydın!Sənində inandığın bir çeylər var,hər nə qədər sən bunu bilməsəndə bu inancın gətirdiyi qayda-qanunlara bağlı qalmağa çalışaraq yaşayırsan.Yəni inanılacaq bir qüvvənin olmadığına İNANIRSAN. Yada bir müsəlman o dinin qayda qanuna inanaraq yaşar ömür boyu onu qoruyar.. Xristian, Budist; Yəhudi.. dahada dərinə ensək Kommunist, Materialist,Materialist, Pessimist, dahada dərinə Sünni, Şiə, Şafii, Hənəfi.. Yalnız dini məzmunda qiymətləndirmirəm mövzunu, səhv başa düşülməsin amma demək istədiyim insanların yaşamaqdakı məqsədi; İnandığı dəyərlərə bağlı qalaraq həyatını davam etdirməyə çalışmaqdır. Yəni varlı olmaq istəyirsə o inanc istiqamətində həyat sürür. Məşhur olmaq istəyirsə, Falan qız ilə evlənmək istəyirsə o istiqamətdə irəliləyər. O an üçün onun həyata məqsədi odur. Amma o bir şeyi də ağılından çıxara bilməz. Oturmuş bir o vardır, onu aşmaq, onun qaydalarından çıxmaq istəməz. Çıxarsa vicdanı narahat olar. Yəni insan neyə inanırsa onu axtarar, onu yaşamaq istər. Nəyi düşünürsə o olmaq istəyər. Yaşadığımız həyat inandığımız (təkrar edirəm hər baxımdan!bir tək dini düşünməyin) dəyərlərin sonumuza qədər bizi istiqamətləndirməsi,təsir etməsidir. Bir oyun vardı uşaq vaxtı.. atam almıştı mənə 18 yaşım var hələdi unuda bilmirəm o vaxtki düşüncələrimi...Oyun çox sadəydi hamımız bilirik o oyunu, bir şəkil var hissələrə ayrılıb və o hissəcikləri tapıb yerinə qoymaqdır oyunun qaydaları,beləcə şəkil tamamlanır oyun bitirdi..bir çoxumuzun telefonundada var bu oyun…bilmirəm nə demək isətiyimi anlayan oldu ya yox ama mən belə tərif edirəm həyati məqsədimi, həyat fəlsəfəmi belə açıqlayıram və belə yaşayıram. Mən MƏNİ AXTARIRAM.!! Bütün insanlara, dərslərə, öyrəndiklərimə, gündəlik həyat rutinimə və.s baxmayaraq axtardığım hissələr var hansıki həyatımda əksikdir- itkin parçaları axtarıram. Tapdığım hər hissəm mənə var olduğumu hiss etdirir.Keçən yazımda həyatı bir Ferrari yarışmasına bənzətmişdim əgər onu anlayan olmuşdusa bunuda anladı deməkki..Və sondada hissələri tapırıq yada çox vaxt tapada bilmirik elesi olur tapır ama yerini səhv qoyur)) nəysə sonda OYUN BİTİR-HəYaTdA BiTiR..və ölürük,Necədə soyuqqanlılıqla deyirik bu kəlməni..əslindəysə necə qorxuncdu..ölüm..Yaxşıki ölüm bizə son yaxşılığını edir,birdaha öldürdmür..Yazıq Nitşe..
P.S – O oyuncağımı itirəndə çox ağlamışdım((Yuxarıda yerləşdirdiyim fotomontajda o vaxtlar o oyun hakda düşünə bilən balaca Xancandı))oyunda həmin şəkildi,hər birimiz o şəkildəki əksikləri doldurmağa çalışırıq..
 
Forum » Maariflənmə » Fikirlərimiz .. » Həyatın Mənası Koka-Kolaymış !!
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz