My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Fəthullah Gülən
Pasa_007Date: Bazar, 2012-11-11, 3:52 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Peyğəmbər Əfəndimizdən (s.ə.s) sonra Onun gətirdiyi həqiqətləri alimlər təmsil etmiş və insanlara izah etmişlər. Məhz buna görə, alimləri peyğəmbərlərin varisləri də adlandırırlar. Əfəndimizin (s.ə.s) dövründən bu günə qədər bir çox alim gəlmiş və İslama müxtəlif sahələrdə xidmət etimişdir. Bu alimlər halqası günümüzdə də davam etməkdədir. Lakin alimlər içində elələri var ki, gördükləri işlərlə tarixdə silinməz iz qoymuşlar. Fəthullah Gülən Xoca Əfəndi təşəbbüskarı olduğu və həyata keçirdiyi fəaliyyətlərlə həm Peyğəmbər varisliyi kimi müqəddəs vəzifəni yerinə yetirmiş, həm də tarixə iz qoyacaq mühüm xidmətlərə imza atmışdır.

Osmanlı dövlətinin süqutundan sonra, müsəlmanlar dünyada söz sahibi bir millət olmaq vəsfini itirmiş və bir çox sahədə başqalarının sözünü dinləyən və onlardan əmr alan bir camaat (cəmiyyət) halına gəlmişdir. Bu hal şərəf və izzətini uca tutan hər bir insan kimi Fəthullah Gülən Xoca Əfəndini də narahat etmişdir. Bununla yanaşı, son bir neçə əsr boyunca dinin cəmiyyət həyatındakı təsirinin azalması, gəncliyin özündən uzaqlaşdırılaraq idealsız hala salınması, dünyada sülh və əminamanlığın yerini müharibə və inamsızlığa verməsi kimi problemlər Xoca Əfəndini hələ uşaqlıq illərində onların həlli yollarını axtarmağa sövq etmişdir.

Xoca Əfəndi, hər üzvünün Allah sevgisi ilə coşduğu, Allahın, Rəsulullahın (s.ə.s), səhabələrin hər an anıldığı bir ailədə böyümüş, aldığı tərbiyə ilə Peyğəmbər Əfəndimiz (s.a.s.) və səhabələrlə birlikdə yaşayırmış kimi yetişmişdir.

Hələ uşaq yaşlarında İslam uğrunda qarşısına ideallar qoyan Xoca Əfəndi əzmi və zəkası ilə bir çox insanın uzun illər ərzində əldə etdiyi təhsili qısa vaxtda tamamlamışdır. Bundan başqa, o yalnız dini elmlərlə kifayətlənməmiş ədəbiyyatdan fəlsəfəyə bir çox sahələrdə dərin biliklər əldə etmişdir. O, sadəcə olaraq, elmi ilə deyil, yüksək əxlaqı və həssaslığı ilə də hər kəsin təqdirini ve heyranlığını qazanmışdır. Qarşısına böyük maddi imkanlar çıxmasına baxmayaraq, o, bu yolu üstün tutmuş və İslama xidmət etmək, gənc nəsillərə sahib çıxmaq üçün min bir çilə ilə dolu bir həyat yaşamışdır. Onun həyatının bir çox mərhələsində İslam uğrunda çəkilən iztirabların və millətə sahib çıxmanın dərdini, acısını görmək mümkündür.

Bu mənada, Fəthullah Gülən Xoca Əfəndi sadəcə olaraq bir alim deyil, milləti xeyirli işlərə sövq edən, bütün dünyaya sülh və səadət idealları verən və bu istiqamətdə səy göstərən bir öndərdir. Ədəbiyyatın, incəsənətin, fəlsəfənin və dəqiq fənlərin bir çox sahələrini çox yaxşı bilən bir ziyalı, həyatını boş keçirməyib milləti üçün çırpınan bir məfkurə insanıdır. İnsanlara qarşı tolerant, hətta bir qarışqanın suda boğulduğunu görüncə oturub ağlayacaq qədər həssas bir qəlbə sahibdir. O, "od, düşdüyü yeri yandırar" yerinə, "od hara düşərsə düşsün, mənim ürəyimi yandırar" deyəcək qədər qədirbilən uca bir insandır.

Xoca Əfəndini bəhs olunan bu bir neçə xüsusiyyəti ilə tanımaq belə, bizə həyatımıza yön verməyimiz üçün çox faydalı olacaqdır. O, Peyğəmbər Əfəndimizin (s.ə.s.) izində yaşadığı həyatı ilə bizlərə nümunə olacaqdır. Bu səbəbdən onun həyatını bilmək və anlamaq bizə fəzilətli bir şəxsiyyət olmaq yolunda işıq tutacaqdır
 
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz