My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Maariflənmə » Yaşam. Fəlsəfə və Psixologiya. » Uçdu... (Acı Həqiqət..)
Uçdu...
Pasa_007Date: Bazar, 2012-11-11, 3:33 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Uçdu...
Niyə də uçmamalıydı ki?

Bir ölkədə ki, ağıllar başdan, mənəviyyat ruhdan, təhsil, tərbiyə məktəblərdən uçur, quşlar yuvalarından deyil, ağızlardan uçur, sərvətimiz buxar kimi görünmədən ciblərimizdən uçur, o ölkədə binalar da uçacaq, neftimiz, qazımız da uçacaq, neft uçduqca zaman uçacaq, zaman uçduqca tariximiz də uçacaq, tarixin uçması isə hər şeyimizi uçuracaq, necə ki göz görə-görə “Qarabağ”ımız da uçdu, uçdu, uçdu... Qarabağın uçmağıyla namusumuz, qeyrətimiz uçdu, papağımız başımızdan uçdu... Dilimizdən kişi anlamı uçdu... illər keçdi... Beyinlərdən unutqanlıqdan başqa hər şey uçdu...
Hər şeyimiz uçur... Böyük xəyallarımızın,arzularımızın puç olub uçduğu zaman kədərləndiyimiz kimi, eyni ölkənin vətəndaşı olduğumuz məmurlarımızın pulları uçanda dünya başlarına uçursa, uçacaq və uçmalıdır o məmləkət... Uçacaq o ölkə ki, o ölkədə insanlar sahib olduqları arabalarla, saraylarla göylə uçurlar, uçacaq o millət yer üzündən ki, o millətin nisbətən kasıb fərdləri puldan, var-dövlətdən ötrü uçurur kəndini...Kişi öz kişiliyini, qadın öz qadınlığını küləklə uçurub hər şeyi ayaqlar altına alırsa, daha nə surprizlərlə dolu uçurumlar gözləyir bizi...Allah bizi o dəhşətli uçurumlardan qorusun...
 
Forum » Maariflənmə » Yaşam. Fəlsəfə və Psixologiya. » Uçdu... (Acı Həqiqət..)
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz