My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Maariflənmə » Yaşam. Fəlsəfə və Psixologiya. » Sevgi səbəb tələb edir?
Sevgi səbəb tələb edir?
Pasa_007Date: Bazar, 2012-11-11, 3:29 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Sevgi səbəb tələb edir?

Hekayəni sizlərə təqdim edirəm. Mütləq oxuyun 100% xoşunuza gələcək. Şərh yazmağı unutmayın...
Bir gün sevgilisi ilə söhbət edən qadın ondan belə bir sual soruşur:
Qadın : Məni niyə çox istəyirsən?... Məni niyə sevirsən?...
Kişi : Mən sənə səbəb deyə bilməyəcəm.. ama mən həqiqətən də səni... sevirəm
Qadın : Sən heç səbəbini də bilmirsən, bəs necə deyə bilirsən ki məni çox istəyirsən, məni çox sevirsən?
Kişi : Mən doğrudan da səni niyə sevdiyimi söyləyə bilmirəm, ancaq bunu sənə sübut edə bilərəm...
Qadın : Sübut?! Yox buna ehtiyac yoxdu. Mən səndən sadəcə səbəbini soruşuram. Mənim dostumun sevgilisi ona nəyə görə sevdiyinin səbəblərini deyə bilir, ancaq sən... yox.
Kişi : Ok OK,
Mən səni sevirəm
Ona görə ki sən gözəlsən

Ona görə ki sən şirinsən
Sən qayğıkeşsən
Çünki sən sevimlisən
Ağıllısan
Sənin təbəssümün...
Hərəkətlərin...

Bu cavablardan sonra qadın özünü rahat hiss etdi.
Bədbəxtlikdən bir neçə gün sonra qadın qəza keçirir və koma vəziyyətinə düşür
Və bundan sonra kişi onun yanına üzərinə aşağıdakılar yazılmış bir vərəq qoyur:
Əzizim səni şirin səsinə görə sevdiyimi demişdim, indi sənin şirin səsin varmı? Yox! Buna görə də mən səni sevə bilmərəm.

Qayğıkeşliyinə görə səni sevirəm. İndi sən bunu göstərə bilirsən? Xeyr! Buna görə də mən səni sevə bilmərəm.

Təbəssümün və hərəkətlərin səbəbindən səni sevirəm. İndi sən təbəssüm edə bilirsən? İndi sən hərəkət edə bilirsən? Xeyr. Buna görə də mən səni sevə bilmərəm.

Əgər səni sevməyim üçün bir səbəbə ehtiyac vardırsa. Onda mənim səni indi sevməyim üçün heç bir səbəb yoxdur.

Sevginin səbəbə ehtiyacı var?!!
Xeyr!!!
Buna görə də mən səni hələ də sevirəm.
Həqiqi sevgi heç bir zaman ölmür çünki sevgi nə zamansa yox olan ehtiras deyil. Sevgi bir ömür boyu bağlayır... amma ehtiras sadəcə...

Təcrübəli sevgi deyir : Mən səni sevirəm ona görə ki mənim sənə ehtiyacım var
Təcrübəsiz sevgi isə : Mənim sənə ehtiyacım var, çünki mən səni sevirəm.

Tale kimlərin bizim həyatımıza daxil olacağına qərar verir. Ancaq kimlərin bizim həyatımızda qalacağını ürəyimiz müəyyən edir.
 
Forum » Maariflənmə » Yaşam. Fəlsəfə və Psixologiya. » Sevgi səbəb tələb edir?
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz