1. Arvad: sən məni sevmirsən?
Kişi: səy səy danışma, bu 4 uşağı internetdən yükləmişəm ki?
2. Bir gün iki sevgili görüşürlər utandıqlarından heç biri söhbət etmir. Axirda qız bezib oğlana deyir:
- Söhbet et də artiq bezdim.
- Sevgilim sizde aftafa var?
- He var, əzizim niye soruşdun?
- Heç elə-belə söhbet edirəm.
3. Bir gün bir kişi psixoloqun yanına gəlir və deyir:
- Həkim, mənim arvadım dəli olub
- Hardan bilirsiz?
- evdə qanadlı ağ atlar uçur amma arvadım onları görmür.
4. Gənc müğənni sevdiyi qıza:
- Əzizim, sabahki konsertdə ancaq sənin üçün oxuyacağam !
- Əzizim, əziyyət çəkmə, onsuz da sizin konsertlərə məndən başqa kimsə gəlmir.
5. - Sən tar çala bilirsən ?
- Yox
- Bəs qardaşın ?
- Hə !
- Nə hə ?
- O da çala bilmir.
6. Faiq Ağayev yeni klipi üçün küçədə qız axtarır.
- Bu olmaz.. Bu da olmaz.. Haa ! Tapdım ! Bədəni, saçları - tam idealımdır !
Yaxınlaşır. Üzünə baxır:
- Eh, Samir, sənsən ? Mən də sevinmişdim.
7. +Gedirəm
-Get.
+Tərk edirəm səni
-Yaxşı
+Əlvida
-Az rədd ol da futbola baxıram.
8. + Canım, dönərin ləzzətdi iyi var e..
- Doğurdan?
+ Hee..
- Yaxşı onda gel yenedə ordan kecek.
9. + Gəl 2 mədəni insan kimi ayrılaq
- Məncə də ən doğrusu budur
+ Cəhənnəm ol!
- ALLAH Bəlanı versin!
10. Ata: Oğlum imtahandan qiymet ala bilməsən mənim oğlum deyilsən!
Bir gün sonra
Ata: Oğlum nə oldu? İmtahandan neçə aldın?
Oğul: Bağışlayın dayı tanımadım e..
11.Polad Alemdarın qorxduğu tək məkan Dərnəgüldədir...
-Polad Əritme Zavodu
12. + Nolaar soruş, soruş nolar nolar.
- Yaxşı harda yaşayırsan?
+ sənə nə ey sənə nəəə..
13. İmtahandan çıxmış abuturiyentin duasi:
- Allahım nolar Tokionu Almanyanın paytaxtı elə..
14. Mamed parlamentə zəng vurub deyir:
+ Mən deputat olmaq istəyirəm!
- Dəlisiz?
+ Xanım deli olmasam olmaz?
15.Bir gün iki dost oğurluğa girir qızılı zadı yığıb qurtardıqdan sonra ev yiyəsi bilir və deyir:
+ Qaçmıyın eşşəyin balaları.
Oğrulardan biri digərinə deyir:
- Qaqa məni tanıdı, sən qaç.
16. Ata ölüm ayağında ikən övladlarını çağırıb deyir:
- Süpürgəni açın.
Açdılar.
- Çöplərini sındırın.
Sındırdılar.
- İndi isə yenidən bağlayıb sındırmağa cəhd edin!
Sındırdılar.
- Lənət sizə, mən sizə ağıllı bir şey demək istəyirdim, amma ağlıma bir şey gəlmədi.
17. Dəlixanada dəlilərdən biri şaqqanaq çekib gülür. Başqa dəli yaxınlaşıb soruşur.
-Nəyə gülürsən?
-Heç, mən həmişə öz-özümə lətifə danışıb gülürəm, amma bu dəfəkini heç eşitməmişdim.
18. Bir gün bir ayı zooparkdan qaçır və bunu polis yaxalayır. Polis bunu zooparka gətirəndə yolda bir dayı soruşur:
- A kişi bu iti hara aparırsan belə?
Polis deyir:
- Dayı it deyil e bu ayıdı.
Dayi deyir:
- Səninlə deyiləm ayidan soruşuram.
19. Oğul atasına deyir:
- Ata mənə 5 manat pul verdə.
Ata deyir:
- Nə 4 manat? Neynirsən ee 3 manatı? 2 manat verim. 1 manat besindi.