My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Azərbaycan. » Bölgələrimiz » Naxcivan (Məlumat)
Naxcivan
Pasa_007Date: Bazar ertəsi, 2012-07-23, 2:15 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Naxçıvan Muxtar Respublikası, Kiçik Qafqazın cənub-qərb qurtaracağında yerləşir. Mürəkkəb təbii şəraitə malikdir. Ərazisi 5,500 km², əhalisinin sayı 370,000. Naxçıvan Muxtar Respublikası tipik dağlıq ərazidir. Ərazisisinin 32 faizi (Araz boyu düzənlik) dəniz səviyyəsindən 600-1000 metr yüksəklikdə, 48 faizi 2000 metrədək yüksəklikdə, 20 faizi isə 2000 metrdən yüksəklikdə yerləşir. Dağlıq ərazi şimaldan Dərələyəz və şərqdən Ələngəz dağları ilə əhatə olunmuşdur. Kiçik Qafqaz dağ silsiləsinə mənsub Ələngəz dağlarının ən yüksək nöqtəsi Qapıcıq dağı (3906 m), Dərələyəz dağlarının ən yüksək zirvəsi isə Kükü dağıdır (3120 m). 1918-ci ildə SSRİ-nin Erməni əsilli liderləri tərəfindən Zəngəzurun Ermənistana verilməsi ilə əlaqədar Naxçıvanın ərazisi Azərbaycanın əsas hissəsindən ayrı düşmüşdür. Ermənistan, İran və Türkiyə ilə sərhəddə malikdir.
Bölgənin ən önəmli cəhəti tarixi keçid və ticarət yolları üzərində yerləşməklə Qərb ilə Şərqi birləşdirməsidir. Buna görə də bölgəyə "Şərqin qapısı" adı verilmişdir.



TARIXI
Naxçıvan çoxəsirlik tarixə və zəngin maddi-mədəniyyət abidələrinə malik olan ən qədim Azərbaycan torpağıdır. Burada hələ neolit dövründə yerli tayfalar oturaq həyat sürmüş, müxtəlif təsərrüfat və sənət sahələri ilə məşğul olmuşlar. "Naxçuan", "Naxcuan" və ya "Naqşecahan" adlanmışdır.
Bir sıra Fars və Türk mənbələrində Naxçıvan "Nəqşicahan" kimi göstərilir. Naxçıvan sözünün türk mənşəli olduğunu "Naxçıvan" sözü ilk mənbələrdə müxtəlif şəkildə verilmişdir. Şəhər yunanca "Naksuana", pəhləvicə "Naxç", ərəbcə - "Nəşəva" və ya onu Akçıvan-Naxçıvan-Oğuz ağ ərənlər vətəni kimi mənalandıranlar da vardır
Naxçıvan Yaxın Şərqin ən məşhur qədim şəhərlərindən biridir. Onun 3500 ildən çox yaşı vardır. Naxçıvan haqqında ilk yazılı məlumata Klavdiy Ptolemeyin "Coğrafiya" əsərində rast gəlinir. O, Naxçıvanın hələ miladdan öncə II yüzillikdə şəhər olduğunu xəbər verərək yazmışdır: "Naksuana geniş ərazisi olan Vaspuraqanın mərkəzidir. 37 nahiyədən ibarət olan bu ölkənin bir nahiyəsini də Naksuana təşkil edir". Son tədqiqatlar şəhərin bina edilməsinin miladdan öncə II minilliyin ortalarına (1539) aid olduğunu göstərir.
TARIXI ABIDELERI
GƏMIQAYA - Ordubad rayonu ərazisindədir. Burada e. ə. 3-1-ci minilliklərə aid minə yaxın qayaüstü rəsm - piktoqramlar (qədim yazılar) var.

FƏRHAD EVİ - Şahbuz rayonunun Biçənək kəndindən şərqdə, Batabat yaylağında arxeoloji abidədir. Liparit tuf qayada külüng tipli metal alətlə qazılmış dörd otaqdan ibarətdir. Yerli əhali bunu Şah Abbas karvansarası adlandırır. Tədqiqatlar Fərhad evi abidələrinin e. ə. 1-ci minilliyin sonlarına və eramızın əvəllərinə aid olduğunu söyləməyə imkan verir. Fərhad evi ilə bağlı xalq arasında müxtəlif rəvayətlər var.

ƏSHABİ-KƏHF - Naxçıvan şəhərindən təqribən 12 km aralı, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgah olan Əshabi-kəhf ərəb dilində "mağara adamları" deməkdir. Eyniadlı yerin Kiçik Asiya və ya Fələstin ərazisində olması haqqında qədim dini ədəbiyyatlarda, o cümlədən Quranda məlumat var.

YUSİF İBN KÜSEYİR TÜRBƏSİ - Naxçıvan şəhərində ən qədim memarlıq abidələrindən biridir. Xalq arasında Atababa türbəsi də adlanır. Türbənin üzərindəki kitabədə onun 1162-cı ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikildiyi və orada dəfn olunmuş şəxsin adı (Yusif ibn Küseyir) göstərilmişdir

MÖMÜNƏ XATUN TÜRBƏSİ - Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Mömünə Xatun türbəsi 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində tikilmişdir (memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani). Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Mömünə Xatunun qəbri üzərində məqbərə yaradılmisdir.

QARABAĞLAR TÜRBƏSİ - orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Qarabağlar türbəsi Şərur rayonunun Qarabağlar kəndindədir. 12-ci əsrin sonu – 13-cü əsrin əvvəllərində tikildiyi ehtimal olunur.



GİLAN TÜRBƏSİ - Ordubad rayonunda orta əsrlərə aid memarlıq abidəsidir. Gilan türbəsinin tikilmə tarixini bildirən kitabə qalmasa da, abidənin 12-ci əsrin son rübündə inşa edildiyi ehtimal olunur.

GÜLÜSTAN TÜRBƏSİ - orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Gülüstan türbəsi Culfa rayonunun Gülüstan kəndi yaxınlığındadır. Mömünə Xatun türbəsinin təsiri ilə 13-cü əsrin əvvəllərində tikilmiş Gülüstan türbəsi Azərbaycanın qülləvarı türbələri qrupuna daxildir.

GÜLÜSTAN KARVANSARASI - Bu memarlıq abidəsi Culfa rayonunun Gülüstan kəndində, Araz çayının sol sahilindədir. tikilmə dövrünü 13-cü əsrin əvvəlləri

NAXÇIVAN CÜMƏ MƏSCİDİ - Orta əsrlərə aid olan bu memarlıq abidəsi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən yaradılmış Atabəylər memarlıq kompleksinin monumental tikililərindən idi.

CÜMƏ MƏSCIDI - Orta əsrlərə aid bu memarlıq abidəsi Ordubad şəhərin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Məscid möhtəşəmliyi ilə diqqəti cəlb edir. Məscidin memarlıq görkəmi 17-18 ci əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır.

DARKƏND TÜRBƏSI - Bu memarlıq abidəsi Ordubad rayonunun Darkənd kəndindədir. Darkənd türbəsinin 14-cü əsrin axırlarında və ya 15-ci əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur.

İMAMZADƏ TÜRBƏSİ - Naxçıvan şəhərinin cənub-şimal hissəsində İmamzadə kompleksinə daxil olan bu memarlıq abidəsi yerli əhali arasında "Köhnəqala" adlanan ərazidədir. Səkkizbucaqlı "soğanvarı" günbəzlə örtülmüş türbə-sərdabə bu sahənin keçmişdə əhəmiyyətli məqbərələr yerləşən ərazi olduğunu ehtimal etməyə əsas verir. İmamzadə türbəsi yaxınlığında Naxçıvan şəhərinin antik və orta əsrlərdə də mövcud olmuş ikinci qala divarının qalığı aşkar edilmiş, sənətkarlıq nümunələri tapılmışdır. 1997-ci ildə əsaslı təmir olumuşdur.

XANƏGAH TÜRBƏSİ - Culfa rayonunun Xanəgah kəndində, Əlincəçayın sahilində orta əsrlərə aid edilən Xanəgah türbəsi orta əsr Xanəgah yaşayış yerinin mərkəzindədir. Əlincəçay xanəgahı memarlıq kompleksinin tərkibinə daxildir. Məşhur mütəfəkkir və şair Fəzlullah Nəiminin məzarı buradadır

QAZANÇI KÖRPÜSÜ - Culfa rayonunun Qazançı kəndində tarixi memarlıq abidəsidir. Tikinti texnikasına görə 15-16-cı əsrlərə aid edilir.

AZA KÖRPÜSÜ - Ordubad rayonunda, Aşağı Aza kəndində qədim körpüdür. Gilançayın üzərindədir, XVIII əsrə aid edilir.

ZAVİYƏ MƏSCİDİ - Naxçıvan şəhərində tarixi-memarlıq abidəsidir. Naxçıvan memarlıq məktəbinə aid edilən məscidin zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun 17-18-ci əsrin zəngin inşaat ənənələrinin məhsulu olduğunu göstərir.

NAXÇIVAN BUZXANASI - Azərbaycan Respublikasında ən böyük buzxanalardan biridir. Naxçıvan şəhərində, İmamzadə kompleksinin yaxınlığında yerləşir.Naxçıvan buzxanasının yüksək memarlıq həlli bu abidənin Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə (12-14-cü əsrlər) tikildiyini göstərir.

XAN EVİ - Naxçıvan şəhərində 18-ci əsrə aid tarixi-memarlıq abidəsi olan Xan evi Şərq memarlıq üslubunda tikilmişdir. Naxçıvan xanı Rəhim xanın yaşayış evi olmuşdur.

ŞƏRQ HAMAMI-18-ci əsrə aid Azərbaycan memarlıq abidəsi Naxçıvan şəhərində

NEHRƏM İMAMZADƏSİ - Babək rayonunun Nehrəm kəndində 18-ci əsrə aid memarlıq abidəsidir.

ARDI VAR...
 
Forum » Azərbaycan. » Bölgələrimiz » Naxcivan (Məlumat)
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz