Bakinin "Azad" olunmasi - Forum

Şənbə, 2016-12-10, 11:25 PM
Welcome Qonaq | RSS

Black City

Bakinin "Azad" olunmasi - Forum

[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
Forum » Azərbaycan. » Tariximiz. Azərbaycanın keçmişi və bu günü » Bakinin "Azad" olunmasi (basqa bir saytdan goturduyum arasdirma...)
Bakinin "Azad" olunmasi
Pasa_007Date: Bazar, 2012-07-22, 4:49 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
15 Sentyabr Azərbaycan xalqının tarixində çox mühüm bir gündür. Bakı azad olundu və 28 mayda qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin mərkəzi oldu. Bu işdə Nuru paşanın böyük rolu oldu. Məhz onun komandanlıq etdiyi Qafqaz İslam Ordusu bu qələbənin əsas memarı oldu. Maraqlı bir nüans var niyə məhz Qafqaza kömək Osmanlı höküməti üçün daha vacib idi?
Niyə Qafqaz Islam Ordusu Tehranda yarandı? Tehranda yaranmasında məqsəd nə idi? Niyə Almaniya buna düşmən idi? Niyə həm Ermənistanın həm də Azərbaycanın yeni qurulan dövlətinin istiqlaliyyət bəyannaməsi eyni gündə eyni məzmunlu olmaqla 6 maddədən ibarət idi?...
Bir qədər əvvələ qayıdaq Camal paşa keçmiş xilafət torpaqlarının birləşdirərək əvvəlki imperiyanı yenidən bərpa etmək istəyirdi. Bu məqsədlə ilk ideologiya kimi müsəlmançılıq önə sürüldü. Lakin Akçuralının önə sürdüyü bu ideologiya uğur qazanmadı. Ardınca islamçılığa müraciət olundu.Son vasitə kimi isə Turançılıq yoluna baş vuruldu. Bu ideologiya ilk dəfə olaraq macar gənclər tərəfindən önə sürülsə də onu reallaşdıran Osmanlı İttihadçıları oldu. Bu yolla Osmanlı imperiyası əvvəlki sərhədlərinin bərpa edərək vahid dövlət yaratmaq fikrində idi. Sizə elə gəlir ki, Osmanlı I Dünya müharibəsinə məqsədsiz qoşulmuşdu. Almaniya ona müharibədən sonra Qafqazı və eləcə də Rusiyanın əsarətində olan bütün türk xalqlarının yaşadığı əraziləri vəd etmişdi. Son çıxış yolu kim Turançılıq seçilsə də Sarıqamışda alınan məğlubiyyət demək olar ki, TURANÇILIĞI dəfn etdi. Bəs bunda sonra nə etmək lazım idi? 1917-ci ildən fevralından sonra Qafqazda vəziyyət mürəkkəbləşdi və onun uğrunda mübariz daha kəskin hal aldı. Qafqazda ard-arda bir-birini əvəz edən komitə ,komissarlıq, seym vəziyyəti daha da mürəkkəbləşdirirdi.Onlar bolşevik hakimiyyətini tanımasalarda özlərini heç də Rusiyadan ayrı görmür və özlərini onun tərkibinə daxil olan bir qurum sayırdılar. Osmanlı höküməti onları Brest-Litovskun şərtlərini qəbul etməyə çağırdıqda isə onlar müstəqil olmadıqlarını bildirərək kənara dururdular. Osmanlı hərbi əməliyyatlar yolu ilə bu istiqamətdə itirdiyi bəzi əraziləri qaytarandan sonra vəziyyət 180 dərəcə istiqamətdə dəyişdi. İndi seym Brest-Litovsku tanımağa hazır olduğunu bildirir, amma onda da Osmanlı razı olmur.1918-ci ildə 11 mayda Batum sülh konfransı açılır. Azərbaycan tərəfini M.Hacınski, Məhəmməd Əmin Rəsulzadə təmsil ediridi. Konfransda senatın sədri olan ədliyyə naziri Xəlil bəy Monteşe Osmanlını təmsil edirdi. O maraqlı bir məruzə edir: “Trabzon danışıqlarında Zaqafqaziya tərəfi Brest-Litovsku tanımayıbsa və Osmanlı hərblə bu əraziləri alıbsa və bu yolda türk əsgərinin qanı axıdılmışsa, əvvəlki müqavilənin şərtləri indiki üçün əsas ola bilməz. Artıq Türkiyə Brest-Litovsku tanımır və yeni ərazilər tələb edir.” Heç bilirsiz ki, tələb olunan ərazilər haralar idi:”İrəvan quberniyasının Sürməli (indiki İğdır) qəzası, Aleksandropol qəzasının (Gümrü) Sərdarabad hissəsi, İrəvan qəzasının cənub qərbini təşkil edən Gəncəbasar, Uluxanlı,Vedibasar bölgələri və Ordubad istisna olmaqla Naxçıvan ərazisi” yəni Azərbaycan torpaqları...Daha maraqlı bir nüansa diqqət yetirmək labüddür. Ənvər paşa Batuma səfər edərək Qafqazla bağlı öz mövqeyini bildirir:”ilkin mərhələdə Cənubi Qafqaz sıx ittifaqda birləşdirilməlidir və şimali Qafqaz da bu ittifaqa daxil olmalıdır. Bu mümkün olmadığı təqdirdə Cənubi Qafqaz 3 hökümətə parçalanmalıdır. Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları yaranmalı və belə olduğu halda Azərbaycan Türkiyə ilə daha sıx ittifaqa girə bilər, HƏTTA AVSTRİYA-MACARISTAN FORMASINA QƏDƏR ”

28 mayda Azərbaycan Xalq Cümhuriyyəti yarandı. 29 mayda İRƏVAN torpağı ermənilərə pay verildi. NİYƏ?

-29 mayda Milli Şuranın iclasında İrəvanın verilməsi müzakirə olundu və Gümrü qəzasının Türkiyə tərəfindən tutulması ilə əlaqədar torpaqdan pay vermək yenə bizim öhdəmizə düşdü. Türkiyə höküməti İrəvan verilməyəcəyi təqdirdə yeni yaranmış Azərbaycan hökümətinin tanımayacağını və ona dəstək olmayacağını bildirdi. Məcburiyyət qarşısında Azərbaycan höküməti iki ziyanlıdan daha az ziyanlını seçməli oldu. Belədə hamı qazandı. Türkiyə öz torpaqlarından erməni iidiasını qaldırdı. Ermənilər ilk dəfə dövlət qurdular. Azərbaycan öz dövlətçiliyinə uzun müddətdən sonra yenidən qovuşdu. Qaldı ki, Bakının azad olunmasına Türkiyə yalnız bundan sonra kömək edəcəyini bildiridi. Göndərilən Nuru paşa isə milli hökümətimizi tanımadı və onun buraxılaraq yenidən təşkilini tələb etdi. Əks təqdirdə kömək əlini uzatmayacağını dedi. Azərbaycanın müstəqilliyini hakimiyyətə gyiyələnməkdən üstün tutan Fətəli xan Xoyski, Məhəmməd Əmin Rəsulzadə kimi kişilər buna da razı oldular və qardaş köməyindən yararlandılar.

Qafqaz İslam ordusunun Tehranda yaranma səbəbi Almaniyanı təşvişə salmamaq idi. Hətta bir neçə dəfə müttəfiqinin yanında Nuru paşaya dayanmaq tapşırığını göndərən Ənvər Paşa digər tərəfdən ondan tələb edirdi ki, Bakını almadan geri dönməsin. Bu ordunun Almaniyanın mənafeyinə nədən cavab vermirdi sualını cavablandırmaq artıq yersiz olardı. Düşünürəm ki, hər şey aydındır. Bakı neftinin sahibinin Türkiyə olması Almaniyaya heç də xoş gəlməzdi. Qalan suallarımıza deyərdim ki, lazım olan cavabı artıqlaması ilə verdik.
 
Forum » Azərbaycan. » Tariximiz. Azərbaycanın keçmişi və bu günü » Bakinin "Azad" olunmasi (basqa bir saytdan goturduyum arasdirma...)
Page 1 of 11
Search:

Copyright MyCorp © 2016
Create a free website with uCoz
Купить ссылку здесь за руб.
Поставить к себе на сайт