BAKI BULVAR. - Forum

Şənbə, 2016-12-10, 11:27 PM
Welcome Qonaq | RSS

Black City

BAKI BULVAR. - Forum

[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
Forum » Azərbaycan. » Bura Azərbaycandır! » BAKI BULVAR.
BAKI BULVAR.
Pasa_007Date: Şənbə, 2012-07-21, 6:52 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Yüz ilin bulvarı
Bakı bulvarının yüz illik tarixi var. Bulvar salmaq qərarı 1909-cu ildə Bakı Şəhər Dumasında çıxarılıb. Bu hadisə o vaxt Dumada çalışan mühəndis Məmməd Həsən Hacınskinin adı ilə sıx bağlıdır. İki il ərzində bura kənardan münbit torpaq, Azərbaycanın ayrı-ayrı bölgələrindən, hətta Avropadan müxtəlif nadir bitki nümunələri gətirilib. 1950-60-cı illərdə bulvarda «Mirvari», «Bahar» kafeləri, Səməd Vurğun adına yay kinoteatrı, «Venesiya» su şəhərciyi və bir çox digər istirahət obyektləri tikilib.

Hazırda parkın uzunluğu 3 kilometr 750 metrdir. Sahildən Neftçilər prospektinə qədər bəzi yerlərin eni 350, bəzi yerlərin eni isə 500 metrdir. Milli Park «Azneft» meydanından – Əl Oyunları İdman Sarayının yanından başlayır və dəniz limanının yaxınlığında bitir. Milli parkın başlanğıcında Azərbaycanın dövlət bayrağı dalğalanır.

Bu ilin idarəsi

2008-ci il yanvarın 10-da Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb. İdarənin mətbuat xidmətinin rəhbəri Nazim Məcidovun sözlərinə görə, «Artıq 7 aydır idarə tam fəaliyyət göstərir. Aparatın 30 işçisi var. İdarənin tərkibində iki müəssisə fəaliyyət göstərir: Milli Park Müəssisəsi, həmçinin Yaşıllaşdırma və Kommunal Təsərrüfat Müəssisəsi».

Dövlət başçısının sərəncamına əsasən, yaxın 7 ildə Milli Parkın sahəsi genişləndirilməli, 25 kilometrə çatdırılmalıdır. Əl Oyunları Sarayından Bibiheybət məscidinə, dəniz lmanından Zığ qəsəbəsinə qədər olan ərazi bulvara çevriləcək.

İdarədə çalışanların hər birinin özünəməxsus geyimi var. Məsələn, yaşıllaşdırma işiylə məşğul olanlar yaşıl, xadimələr qırmızı, mühafizəçilər göy və s. geyimlərdə əraziyə çıxırlar.

Bulvarın üç yerində mühafizə köşkü qurulub.
Bulvarı dənizdən götürülmüş suyla suvarırlar

Mütəxəssislər su ilə bağlı yenilik ediblər. Dənizdən götürülən su təmizlənərək texniki su halına salınır və ondan ağacların, otların, gül-çiçəyin suvarılmasında istifadə olunur. «A» xəttində çəkilən su boruları da bu məqsədlə istifadə ediləcək. N.Məcidov bildirir ki, parkdakı heç bir bitki əllə suvarılmayacaq: «Bütün yaşıllıq sahələri kompüter vasitəsilə idarə olunan sistemlə suvarılacaq. Sistem günün müəyyən vaxtına uyğun quraşdırılacaq və sutkada üç dəfə avtomatik işə düşəcək».

M.İsmayılov qeyd edir ki, parkda yaşıllıq artırılır: «Bulvar daha yaraşıqlı görünsün deyə otluqdan müxtəlif mənzərələr, yaşıl təpələr yaradılıb. Yaşıllaşdırma idarəsi hər mövsümə uyğun güllər gətirir. Həmişəyaşıl bitkilərin də sayını artırmağı planlaşdırırıq».

Bulvarın «tozsovuranları»

Bulvar İdarəsinə Almaniya istehsalı olan «Mercedes» markalı 4 ədəd iri (zibilyığan, yük daşıyan, qaldırıcı və suvaran), 11 ədəd isə elektromobil maşın gətirilib. Elektrik enerjisi ilə işləyən, ekoloji baxımdan səmərəli hesab edilən balaca maşınlar müxtəlif funksiyaları yerinə yetirir. Biri yer süpürür və zibili avtomatik olaraq yığır (tozsovuran tipli), biri yük daşıyır, digəri isə bulvara istirahətə gələn vətəndaşları gəzdirir.
Qalsa-qalsa bir fayton qalacaq

Yaxın gələcəkdə bulvarda qalsa-qalsa cəmi bir fayton qalacaq. Faytonların yığışdırılmasının səbəbindən danışan M.İsmayılov bildirir ki, yeni, müasir maşınlar faytonları əvəz edir: «Mobil minik maşınlarının sayını artıracağıq. Hazırda üç belə maşınımız var. Faytonlardan idarəyə şikayətlər daxil olur. Ola bilər, nümunə kimi bir ədəd saxlansın. Bəzən təzə evlənənlər bulvara gəlib faytonda şəkil çəkdirirlər. Bu məqsədlə ola bilər ki, simvolik olaraq bir fayton saxlansın. Amma yerdə qalanları mobil maşınlarla əvəz olunacaq».
İki saata yığılıb-sökülən kafelər

M.İsmayılov bulvarda olan attraksionların tamamilə dəyişdiriləcəyini də vurğulayır: «Sentyabrın 15-dən hər 10 gündən bir yeni attraksion gətiriləcək və quraşdırılacaq. Hazırda bulvarda 26 balaca və böyük attraksionumuz var ki, onlardan cəmi 3-ü müasir standartlara cavab verir. Dünyada ən müasir attraksionlar İtaliyadadır. Onların Çində, Koreyada zavodları var. Bizim sifariş etdiyimiz attraksionlar sırf Avropa sertifikatlıdır».

Bulvardakı yeniliklərdən biri kafelərlə bağlıdır. Artıq beş-altı yerdə yüngül materialdan hazırlanmış və iki saat ərzində sökülüb yenidən quraşdırıla bilən kafelər qurulub. Yaxın gələcəkdə onların da sayı artırılacaq.
 
Pasa_007Date: Şənbə, 2012-07-21, 6:52 PM | Message # 2
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Yeraltı tualetlər
.
Tum satmaq qadağan edilib

Bulvarda əldə satış bütünlüklə qadağan edilib. Ona görə də parkın daimi sakinlərinə – tumsatanlara artıq rast gəlmək mümkün deyil. M.İsmayılov deyir: «Burda əldə günəbaxan tumları satmağa icazə yoxdur. Mühafizəçilərimiz kiminsə tum çırtlayıb yerə tökdüyünü görəndə də xəbərdarlıq edirlər. Cəza verilmir, amma xəbərdarlığımızı edirik».

M.İsmayılov xatırladır ki, tumsatanlar tumu alıcılara adi kağız bükülüdə verirdilər: «Bu həm görünüş baxımından, həm gigiyenik baxımdan normal sayılmır. Amma mağazalarda, sertifikatlaşdırılmış, ağzı qapaqlı günəbaxan tumlarını kimsə alıb istifadə edirsə, buna kimin sözü ola bilər?! Əgər hər kəs əlinə bir götürüb burda satmağa çıxarsa, bulvar bazara dönər. Bulvar istirahət zonasıdır. Bura çıxarılan hər bir mal üçün idarədən icazə alınmalıdır, eyni zamanda özbaşınalıq olmasın deyə idarə onlara nəzarət etməlidir. Qeydiyyat aparıldıqda nəzarət də asan olur. İdarə zəhərlənmə, yaxud hansısa xoşəgəlməz hadisə olmasın deyə satılan malları müntəzəm yoxlayır».

Bulvarın genişləndirilməsi planlanlarından danışarkən N.Məcidov deyir ki, ilk növbədə dəniz limanından Zığ qəsəbəsinə qədər olan ərazidə yerləşən neftayırma zavodları, müxtəlif dövlət obyektləri köçürülməli, eyni zamanda Bibiheybət məscidinə qədər olan ərazidəki neft buruqlarının taleyi həll edilməlidir: «Bayıl qəsəbəsindəki yaşayış evlərinin Bulvar ərazisinə düşüb-düşməyəcəyi barədə məlumatım yoxdur. Ümumiyyətlə, bulvarın dənizdən sahil qədər olan hissəsi bəzi yerlərdə 350, bəzi yerlərdə isə 500 metrə çatır. Təxminən bu qayda ilə də ərazi genişləndiriləcək».

Bulvarda həmişə bahalıqdır

«Bulvarda həmişə qiymətlər baha olub. Məsələn, adi su kənarda 10 qəpik olubsa, burda 15 qəpiyə satılıb. Bu lap əvvəldən belədir» - M.İsmayılov belə deyir.

Hazırda bir adamın attraksiona minməsi 1 manata başa gəlir. Sentyabrın 15-dən sonra quraşdırılacaq yeni attraksionların qiymətlərinin nisbətən yüksək olacağı da gözlənir.

İdarənin elektromobil maşınları da adamın birini 1 manata gəzdirir. Hər gəzintidə elektromobil maşınlar bulvarda bir dövrə vurur
 
Pasa_007Date: Şənbə, 2012-07-21, 6:52 PM | Message # 3
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Şəhərin işgüzar həyatından, istisindən yorulanda bəzən yolumuzu Bakı Bulvarından salırıq. Bura ilin bütün fəsillərində, xüsusilə də yay aylarında qonaq-qaralı olur. Son illər Milli Park adlanan bulvarımızda gəzib dolanmaq insana nə qədər zövq versə də, bir o qədər “əmma"larla qarşılaşırsan. Xüsusilə də uşaqlarla birgə olanda. Onların həvəslə gəldikləri bu məkanda ürəkləri istəyən kimi bir dövrə vurmaq üçün ən azı cibimizdə gərək 20 manatımız olsun. Beləliklə uşaqlar üçün nəzərdə tutulmuş “Qu quşu” atraksionuna yaxınlaşırıq. Kassanın üzərində iri hərflərlə “1 manat” görünür. Qarşımıza çıxan digər atraksion və yelləncəklərdə də qiymətlər eyni oldu. Avtodromda maşın sürmək, “Delfin”də yellənmək, “Şeytan təkəri”nə minmək - 1 manat. Burada faytonla gəzmək istəyənlərin nəzərinə - bir dövrənin qiyməti 5-10 manatdır. Bir az çək-çevirdən sonra faytonçu 3 manata da razı olur. Faytonçudan faytonun benzin işlədən nəqliyyat vasitələrindən də baha sürülməsinin səbəbini soruşduqda, məlum olur ki, “arenda pulunu çox alırlar, ona görə də bunun qiyməti benzindən baha çıxır”. Bulvara yeni gətirilən sərnişin taksilərinin də xidmət haqqını öyrəndik və “bir kruqun qiyməti bir nəfər üçün 1 manat” cavabını aldıq. Burada ən maraqlı əyləncələrdən də biri gəmi ilə dənizdə gəzməkdir ki, bunun üçün böyüklər 1 manat 50 qəpik, uşaqlar 1 manat 20 qəpik ödəməlidirlər. Bir az gəzib yorulduqdan sonra nə isə yemək fikrinə düşsəniz, bilin ki, bir dönərin qiyməti 1 manat 20 qəpik, hamburger 60 qəpikdir. Balaca və böyüklərin ən çox sevdiyi pop-korn və şirin pambıq isə 50 qəpiyədir. Restoranlara gəlincə, özünəməxsus dizaynı ilə illərdən bəri Bakı Bulvarının simvolu olan “Mirvari” restoranında çay 2 manatdan 7 manatadəkdir. 1 stəkan su 1 manat, təbii şirələrin 1 qutusu isə 1-4 manatdır. Yeni istifadəyə verilən “Romantika” kafesində isə qiymətlər özü kimi fərqlidir. Taxta stullarda oturub çay içmək 2-10 manat, yumşaq qoltuqlarda oturub çay içmək isə 12-25 manatdır. Qozlu dondurmanın 1 payı 3 manatdır. Onu da deyək ki, bulvarda yeni kafe tikilir. Şüşə ilə örtülü, arakəsmələrdən ibarət dairə formasında olacaq bu kafe iki mərtəbəlidir. Kafeni tikən ustaların bildirdiyinə görə, buranın tikinti materialları Almaniyadan gətirilir. Nə isə, yolumuza davam edək. Birdən nəbadə susayasınız ha! Çünki bulvar boyu adi qazlı və qazsız suların 1 litri 50 qəpik, kokteylin 1 stəkanı 50 qəpik, dondurmanın 1 ədədi isə 30 qəpikdən 3 manatadəkdir.
Əgər birdən yanınızdakı uşaq oyuncaq almağınızı istəsə, bunun üçün 1-4 manatınızdan keçməlisiniz. Burada “boksyor” adlanan oyun maşınında 1 zərbənin və oyuncaqlarla dolu maşının 1 hərəkətinin qiyməti 20 qəpikdir. Bulvara gəlib şəkil çəkdirmədinsə... Bu zaman da 2-3 dəqiqəyə hazır olan 1 fotoşəkilə 2 manat verməlisən. Əgər şəkli kukla adamlarla çəkdirmək istəyirsənsə, onun da qiyməti 1 manat olacaq. Fotoqrafı sorğu-suala tutduqda, bəlli oldu ki, burada icarə pulu çox bahadır. Belə ki, fotoqraf bir aya 300 manat, kukla adam isə 200 manat icarə pulu ödəyir. Yolumuza davam edərkən birdən velosiped sürən qızlarla polisin mübahisə etdiklərini gördük. Məlum oldu ki, bulvara velosipedlə girmək qadağan olunub və mübahisə də bu səbəbdən yaranıb. Buda Bakı Bulvarının Hal-Hazırdaki, Heçdə Ürək Açan Olmayan Vəziyyəti.

İlk bulvar indikindən xeyli qısa olub
Birinci bulvar Qafqaz Merkuri Körpüsündən (indiki Kukla teatrı) başlayıb Seyid Mirbabayevin evinədək (Azneft) uzanmalıydı. Məhəmməd Həsən Hacınski işləri 2 ilə bitirir. Köhnə bakılıların xatirələri əsasında yazılan kitablara görə, artıq 1910-cu ildən bulvarda ağaclar, kollar, gül-çiçək göz oxşayıb.
 
Forum » Azərbaycan. » Bura Azərbaycandır! » BAKI BULVAR.
Page 1 of 11
Search:

Copyright MyCorp © 2016
Create a free website with uCoz
Купить ссылку здесь за руб.
Поставить к себе на сайт