Bakı Metropoliteni - Forum

Çərşənbə, 2016-12-07, 0:49 AM
Welcome Qonaq | RSS

Black City

Bakı Metropoliteni - Forum

[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
Forum » Azərbaycan. » Bura Azərbaycandır! » Bakı Metropoliteni (Bakı metropoliteni ümumi uzunluğu 31,7 km......)
Bakı Metropoliteni
Pasa_007Date: Bazar, 2012-07-22, 4:03 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Bakı metropoliteni ümumi uzunluğu 31,7 km olan 2 xətdən, 21 işləyən və bir tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 22 vestibülü var.



Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17,1 kilometrdən artıqdır. Bakı metropoliteninin nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çoxlu əyrilər mövcuddur.

Xəttlər və Stansiyalar

Bakı Soveti - Həzi Aslanov - 18,43 Km
Bakı Soveti - N. Nərimanov - 6,5 Km 1967
N. Nərimanov - Neftçilər - 7,4 Km 1972
Netfçilər - Əhmədli - 3,0 Km 1989
Əhmədli - H. Aslanov - 1,46 Km 1993
___________________________________________
Dərnəgül - Günəşli - 25,68 Km
28 May - Xətayi - 2,3 Km 1968
28 May - Nizami - 2,4 Km 1976
Nizami - Memar Əcəmi - 6,7 Km 1985
Memar Əcəmi - Dərnəgül - 4,1 Km 1995
Xətayi - Günəşli - 10,2 Km 2005

___________________________________________

Tarixi

Nizami stansiyası
30-cu illərin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRI-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının ilkin variantların da yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin dar-darısqal küçələrini nəqliyyatından təmizləmək üçün ən sürətli və rahat nəqliyyat növünün- metropolitenin tikintisi qərara alındı.


Nəsimi stansiyası
Lakin bir qədər sonra başlanan 1941-1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə- axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır, 1954-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12,1 km-lik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700-m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.

1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı metropoliteninin istismara verilməsini xeyli gecikdirir.

1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni Idarəsi yaradılır.

1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası və 9,2 km-lik yeraltı xətləri olan Ι növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara şəhər adlanan ərazidə yerləşən "Xətai" stansiyası idi. Ilk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 1967-ci il noyabrın 25-dən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.

Birinci sahədən sonra 2,3 km-lik ikinci sahə işə salındı. Sonra isə 6,4 km-lik üçüncü sahə istismara verildi ki, bu da iri "8-ci kilometr" yaşayış sahəsini və sənaye zonasını şəhərin mərkəzinə birləşdirdi. 9,1 km-lik ikinci növbə isə Bakı yaylasının şimal-qərb hissəsindən keçdi və həmin sahə beş stansiyanın inşası ilə birlikdə 1985-ci ildə başa çatdırıldı, buradakı stansiyalardan ikisi böyük dərinlikdə yerləşir.

28 May stansiyasına keçid kimi tikilmiş Cəfər Cabbarlı stansiyası 1993-cü ildə istismara verilmişdir.


Həzi Aslanov stansiyası
2002-ci ildə istismara verilən Həzi Aslanov adına stansiyasının başa çatdırılması üçün Avropa Birliyi 4.1 milyon avro ayırmişdır.

2008-ci il oktyabrın 9-da Nəsimi stansiyası istifadəyə verilmişdir.
Memar Əcəmi - Nəsimi stansiyası - 2,1 Km 2008



Gələcək Planlar
Gələcəkdə Bakı metropoliteni xətlərinin uzunluğu qoşaxətli hesabdan 52 kilometrə, stansiyaların sayı isə 32-yə çatdırılması planlaşdırılır.

2006-cı ildən etibarən köhnə jeton ödəmə sisteminin əvəzinə yeni RFİD kartlar tətbiq edilməyə başlamışdır. 2007-ci ildə tam olaraq bu kartlara keçmək nəzərdə tutulub.

2009-cu ildə şərti adı Azadlıq prospekti olan yeni stansiyanın açılışı nəzərdə tutulub.
 
Forum » Azərbaycan. » Bura Azərbaycandır! » Bakı Metropoliteni (Bakı metropoliteni ümumi uzunluğu 31,7 km......)
Page 1 of 11
Search:

Copyright MyCorp © 2016
Create a free website with uCoz
Купить ссылку здесь за руб.
Поставить к себе на сайт