Norveçin Opera Software şirkəti aşağı büdcəli mobil telefonlara quraşdırılmaq üçün nəzərdə tutulmuş yeni Opera Mini mobil brauzerini təqdim edib.Yeni versiyada daxili yükləmə meneceri istifadəyə verilib: o, mobil telefonun yaddaşına yüklənənlərə daha yaxşı nəzarət etməyə imkan verir. Həmçinin Opera Mini 4.5 sensor ekranlar üçün nəzərdə tutulmuş xarici görünüş əldə edib.
Opera Mini 4.5 brauzeri, hətta sadə funksiyaya malik telefonlarda işləyir. Yalnız Java oyunları dəstəkləyən mobil telefon lazımdır.