Sonsuz əzab...
Zaman yavaş-yavaş axıb gedir. Yavaş sürətiylə belə bəzən səssiz küləklər əsir, bəzən fırtınalar qoparır. İnsanlar həyat kağızındakı cümlələr, küləksə kağızları bükərək uçurumdan aşağı yuvarlandırır.
Gənc səssizcə otaqda oturmuşdu. Səssizliyi pozan sadəcə göz yaşlarının azadlıq fəryadıydi. Səssizlik, tənhalıq, qaranlıq... Gənc bunları çox sevirdi. Bunlar gənci sakitləşdirməkdənsə, əzab verirdi. Bəlkə də elə əzab çəkdiyi üçün qaranlıq, tənhalıq və səssizlik içində yaşamağı xoşlayırdı. Keçmişdə işlədiyi günahlar, etdiyi səhvlərə görə həm Tanrı onu cəzalandırırdı, həmdə özü-özünə əzab verirdi. Həm bu əzabdan qurtulmaq istəyir, həm də əzab çəkmək istəyirdi.
Dəyərini itirmişdi sözlər, dəyərini itirmişdi cümlələr, dəyərini itirmişdi gənc...
Ailəsi yanındaydı... Amma "yox”muşa bərabər. Hər gün qırğın, hər gün söz-söhbət, hər gün mübahisə. Hər səhvində "əlindən onsuzda heç nə gəlmir” deyilərək üzünə vurulan sözlər... Dostları yanındaydı... Amma olmasalar daha yaxşı... Hər işdə özlərindən uzaqlaşdırdıqları, hər fürsətdə söz ataraq alçaltdıqları, hər gün artıqlığının, lazımsızlığının isbatı... Və sevgisi. Xoşbəxtlik üçün döydüyü son qapı.Amma oradada xoşbəxtliyi tapa bilməsi. Sevgi sadəcə əzab verirdi...
Əzablara bürünmüş qaranlığın içində oturmuş gənc səssizliyi sadəcə əzablarının iniltisinin pozduğunu hiss etdi. Saatlarca fikirləşdi. Qurtuluş yolu axtardı. Tapdığı isə sadəcə bir həqiqiət vardı: Tanrı onu əzab çəkməyi üçün yaratmışdı...
Bilmirdi, damarlarınımı kəssin, özünü assın, dənizdəmi boğulsun, yoxsa binadan atsın? Bilmirdi hansını seçsin. Və bilmirdi, hansını seçir seçsin nəticə eyniydi: intiharın cəzası, cəhənnəm əzabı...
Bütün əzablara son qoymaq ümidiylə kəsdi damarlarını. Son nəfəsinə qədər bağırdı. Bütün hüceyrələrinə qədər işləmiş əzab qanına qarışıb bədənindən çıxana qədər bağırdı. Son nəfəsini verdi...
Əzablardan qurtulacağını düşünən bu gəncin xəbəri yox, intiharın cəzası sonsuz cəhənnəb əzabıdır. Əzablardan qurtulmaq üçün intihar etmişdi. Amma xəbəri yox, sonsuz əzab indi başlayırdı...
Müzəffər Paşazadə [MAP]
|