My site
Home | Sign Up | Log In

Blog


Home » 2012 » İyun » 16 » Müzəffər Azər oğlu Paşazadə (MAP) - Dalğavari həyat...
3:46 PM
Müzəffər Azər oğlu Paşazadə (MAP) - Dalğavari həyat...
Dalğavari həyat...
(universitetə hazırlaşan abuturiyentlər üçün...)
 
     Nöqtələr... Başlanğıc və sonluq simvolu. Birləşərək düz xətt əmələ gətirər. Düz bir xətt heç bir məna ifadə edə bilməz. Yazıyı oxuya bilmək üçün xəttin enmələr və qalxmaları olmalıdır. Həyat da düz bir xətdən ibarət deyildir....
 
     Və ilk nöqtəylə həyata başlayırsınız. Yeni bir oyuna başlayır. Bilik oyunu. Birinci sinif... Həyat xətdiniz titrəməyə başlayır. Biraz qorxu, biraz həyacan. Kiçik enişlər və qalxışlar. Yavaş-yavaş böyüyürsünüz. Siz böyüdükcə enişlər daha dərin, qalxışlar daha hündür və aralarındakı məsafə daha da böyük olur. Həyatın gözəlliyi də budur...
 
     Həyat xətdiniz doqquzuncu sinif şəhadətnamə imtahanından sonra necə qalxmışdısa onuncu sinifdəki tənbəlliyiniz ucbatından helədə enir... Atest imtahanının sınağından güclədə olsa keçməyin sevinci və əsas imtahanının iki fənnə yendirilməsi xəbərinin verdiyi əhval-ruhiyə yüksəkliyi nəticəsində həyat xətdiniz yeni bir qalxış edir.
 
     Və növbədə on birinci sinifin sınaq imtahanları, aşağı bal, evdə söz-söhbət, "oxumursan” damğası, müəllimlər tənbəl olduğunu deyir, problemlər, mübahisələr, dərslərin yorğunluğu, tapşırıqların çoxluğu, stres... və "bacarmadım” deyib məğlubiyyətinizlə barışırsınız... Sonuncu ölən ümidlərdir, deyiblər. İçinizdə yenədə bir ümid olur. Və o an sadəcə bir dəfə güzgünün qarşısına keçib özününzə deyin: "bacararam!” . Bütün enişlərin ardından qalxış üçün sizə bu söz kifayət edəcək. Nə də olsa: hər eniş yeni bir qalxış üçün təkandır!.
 
     Bir arzunuz var: universitetə qəbul olmaq. Unutmayın: yaşamağı maraqlı edən tək şey arzuların mümkünlüyüdür. Ona görə də: arzularınızdan heç vaxt əl çəkməyin!...
 
     Bəzən qarşınıza çətin rəqiblər çaxacaq. Özününzü oyundaymış kimi aparın. Onsuzda bilik oyunundasınız. Qarşınızdakını şah sayın, özünüzsə piyada. Hər bir nəticəyə hazır olun. Amma unutmayın: qəbul imtahanı oyunun bitdiyi gündür. Və oyun bitdikdə şah da piyadayla eyni qutuya girir...
 
Dalğavari həyatda universitetə qəbul olaraq ən böyük qalxışınızı etməyiniz ümidiylə... Uğurlar!...
 
Müzəffər Paşazadə [MAP]
 

Elavə məlumat üçün:
http://www.facebook.com/MenimDunyam.MAP  
Category: Köşe Yazıları | Views: 1134 | Added by: MAP | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Sign Up | Log In ]

Site menu

Log In

Search

Calendar

«  İyun 2012  »
Ba.B.e.Ç.a.Ç.C.a.C.Şə.
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Statistics


Total online: 1
Guests: 1
Users: 0
Copyright MyCorp © 2024 | Create a free website with uCoz