Karbon
Karbon təbiətdə
çox tapılan qeyri metal kimyəvi elementdir. Kainatda yayılmasına görə altıncı
yerdədir. Dünyada həm təbii, həm də mürəkkəb birləşmələr şəklində olan karbon
ağırlıq olaraq Yer qabığının təxminən 0.2% - ni təşkil edir. Atmosferin isə təxminən
0.05% - ni təşkil edən karbon karbon dioksid, mərmər kimi karbonat
minerallarının, kömürün, neftin, təbii qazın əsas elementlərindən olan hidro
karbonatların və s. tərkibində vardır. Birləşmələrin 94% - in (4 milyondan
çoxunun) tərkibində karbon vardır.
Canlılardakı maddənin
təxminən 18 % - ni karbon birləşmələri (geriyə qalanı əsasən sudur) təşkil
edir. Bu birləşmələr canlı hüceyrələrdə əsasən yeni huceyrə yaradılmasında
istifadə olunur. Həmin karbon birləşmələri yaşıl birkidə işıq vasitəsi ilə
yenilənir. Orqanizm oldükdə xarici mühitlə karbon arasında mübadilə dayanır və
geriyə qalan radioaktiv karbon-14 izotopu (14C) bioloji mənşəli maddələrin
yaşının təyin edilməsində istifadə olunur.
İnkişaf etmiş olkələrin
iqtisadiyyatlarının böyük bir hissəsini karbon olan yanacaqların, plastiklərin,
kimyəvi maddələrin və dərmanların istehsalına əsaslanır. Karbon əsaslı sintetik
birləşmələrin istehsalı vəistifadə edilməsi bir çox ölkələrdə həyat səviyyəsinə
dərindən təsir etmişdir.
Karbonun ən çox
olan izotopu, təbii karbonun 98,89% - ni təşkil edən karbon-12 (12C)
izotopudur. Tam olaraq 12 a.k.v dəyərində olan bu izotop, atom ağırlığı
mövzusunda beynəlxalq standart olaraq istifadə edilər. Təbii karbonun 1,11% -
ni təşkil edən karbon-13 (13C), ikinci izotoptur. Karbonun
beş radioaktiv izoto-pu məlumdur; bunlardan karbon-14 (14C) (yaranma
müddəti 5 730 il) ən qərarlı və ən faydalı olandır.
Ağac kömürü. Bataqlıqlarda uyğun nəm və istiliyin meydana gəlməsi,
mühitin turşu miqdarının artması, lazımlı üzvi maddələrin mühitdə tapılması,
çürüyən bitkilərin su altına enməsi və bataqlığın müəy-yən zamanla üstünün
örtülməsi kimi hadisələr nəticəsində meydana gələr.
Geoloji
dövrdə iki böyük kömür meydana gəlmə dövrü vardır. Bunlardan daha köhnə olanı
Karbonifer (345-280 milyon il əvvəl) və Permiyen (280-225) dövrlərini əhatə
edir. Şimali Amerikanın şərqi ilə Avropadakı taşkömürü yataqlarının çoxu
Karbonifer dövründə; Sibir, Asiyanın şərqi və Avstraliyadakı kömür yataqları
Permiyen dövründə meydana gəlmişdir. İkinci böyük kömürleşme çağı isə Kretase
(təbaşir) dövründə başladı və Tresiyer dövrü əsnasında sona çatdı. Dünyadakı
linyitlerin və yağsız kömürlərin əksəriyyəti bu dövrdə meydana gəlmişdir. Kömür
törədiyi bitkilərdən geriyə çox az iz qalmışdır. Kömür laylarının altında və
üstündə iştirak edən qayalarda kibritotları, atquyruqları və bir çox bitki
qalığında rast gəlinə bilər. Kömürlər sıxlıq, sərtlik və
parlaqlıq baxımından fərqlilik göstərə bilər. Ümumiyyətlə kömür növləri bəzi
qeyri-üzvi maddələr, kükürd və xlor tərkiblidir.
Kömür: Bitkilər
öldükdən sonra, bakteriyalar təsiriylə dəyişməyə uğrayar. Əgər su altında
qalaraq dəyişməyə uğrasa, C (karbon) miqdarı artaraq kömürləşmə başlayır. C
miqdarı 60% isə türban, C miqdarı 70% isə linyit, C miqdarı 80-90% isə daş
kömürü, C miqdarı 94% isə antrasit adını alır.
Sümük kömürü. ağac kömürünün katışıklı bir növü də, yalnız yüzdə
10 nisbətində karbon olan sümük kömürüdür. Sümük kömürü, heyvan sümüklərinin
yaxşıca qırılıb havasız mühitdə yandırılması ilə əldə edilir. Sümük kömürü hər
hansı bir maye ilə qızdırıldıqda, məhlulun rəngini yox edər, bu səbəblə sənayedə
rəng aradan qaldırıcı olaraq istifadə edilər. Məsələn, şəkər bu üsulla təmizlənir.
Çay sümük kömürü ilə qaynadıldıqda tamamilə rəngsiz hala gəlir.
Allotropik Şəkildəyişmə. Eyni maddənin
müxtəlif kristal formalarına allotropik şəkildəyişmə deyilir. Yunanca
allotropiya sözü "müxtəlif forma” mənasında iki sözdən yaranır. Almaz,
fullerin, qrafit, karbin, karbonun
allotropik şəkildəyişmələridir. Almazdan hər karbon atomu, dörd başqa karbon
atomuna bağlanaraq üç ölçülü qatı bir quruluş meydana gətirər; qrafitdə isə
karbon atomları, üst-üstə yığılmış geniş, yastı lövhələr meydana gətirəcək şəkildə,
iki ölçülü müstəvidə bir-birlərinə bağlanmışdır. Bu lövhələr bir-birlərinin üzərindən
asanca sürüşür; qrafit yaxşı bir yağlayıcı olma xüsusiyyəti də bundan alır.
Qrafit kağız üzərində iz buraxmasının səbəbi də, bu incə atom lövhələrinin
qrafitdən ayrılaraq kağızın üzərində yığılmasıdır. Karbonun özlərinə xas bir
quruluşu ya da forması olmayan allotropiyasına amorf karbon deyi-lir. Kömür bu
formadadır.
Almas – tanınan ən
sərt təbii maddədir. Rəngsiz və şəffaf olmasına qarşı, başqa minerallarla birləşdikdə,
istənilən rəngi ala bilir. Almaz, kimyəvi baxımdan hərəkətsizdir, amma yüksək dərəcələrdə
xüsusilə havada yanması təmin edilə bilər. 1955-ci ilə qədər, vulkan mənşəli təbii
yataqlar tək almaz qaynağıykən, o tarixdən bu yana alət və qrammofon iynələrində
istifadə edilən almazlar, qrafit yüksək təzyiq və istilik vasitəsi ilə süni
olaraq almaz alınır (ləl-cəvahirat xüsusiyyətində
almazlar bu üsulla əldə edilə bilməz).
Qrafit – karbonun geniş bir allotropudur. Yumşaq, yağlı, kağızda
iz buraxan, qara rəngli bir qatı maddədir. Qrafitdə hər bir karbon atomu eyni
müstəvidə olan digər üç atoma altıbucaqlı halqalar meydana gətirəcək şəkildə
bağlanır. Yaranan rabitə iki ölçülüdür və bu şəkildə meydana gələn təbəqələr
bir-birinə zəif Van der Waals qüvvəti ilə bağlanır. Buna görə, təbəqələr
bir-birlərinin üzərindən asanca sürüşür. Qrafit, yağ halına gətirilib
maşınlarda, çalışan parçaların bir-birinə sürtülərkən aşılmasını azaltmaq ya da
maneə törətmək məqsədiylə yağlayıcı olaraq istifadə edilər. Sadə karandaşların
içindəki uc da, içinə gil qatılaraq bir az sərtləşdirilmiş qrafitdir. Qrafit əldə
edildiyi əsas yerlər Sri Lanka, Sibir, Şimali Amerika və Meksikadır. Qrafit,
kokömürünün çox yüksək dərəcələrdə xüsusilə işlənməsiylə süni olaraq da
istehsal edilə bilər. Qrafit çox yüksək istiliklərə dözə bilər, həm də çox
yaxşı bir elektrik keçiricidir. Bu səbəblə, paltaryuyan maşın və elektrik
süpürgə kimi elektrik mühərriklərinin fırçaları qrafitdən edilir. Son dövrlərdə,
kosmos kapsulalarının istilik qalxanlarının istehsalında da qrafitdən istifadə
olunmağa başlanmışdır.