My site
Home | Sign Up | Log In

Blog


Home » 2013 » İyun » 20 » İnsanı arıqladan qidalar
7:33 AM
İnsanı arıqladan qidalar



Piylənmə və artıq çəki son illərin ən aktual problemlərindən hesab olunur. Bir sıra narahatlıqlara və xəstəliklərə səbəb olan bu prablemləri aradan qaldırmaq üçün aparılan tədqiqatlar göstərmişdir ki, bəzi qidalar piylənmə ilə mübarizədə istifadə oluna bilərlər.

    Meyvələr. Qreypfrut– Sübut olunmuşdur ki, bu meyvədə olan üzvi turşular iştahanı azaldır, piyləri əridir.Qida qəbulundan əvvəl yarım ədəd qreypfrut yemək nəticəsində tədricən arıqlamaq (3 aya 2-4 kq) mümkündür. Ananasda olan bromelin maddəsi arıqlamağa yardım edir.Bundan başqa ananasda iştahanı azaldan və toxluq hissi yaradan maddələr vardır. Kivi  piyin əridilməsinə və maddələr mübadiləsinin sürətlənməsinə səbəb olan enzimlərlə və C vitamini ilə zəngindir.2 ədəd kivi orqanizmi C vitamininə olan gündəlik təlabatını ödəyir.Yeməkdən sonra mədədə əmələ gələn ağırlıq hissini kivi yeməklə aradan qaldıra bilərsiniz.

   Tərəvəzlər. Kələm, kərəviz, çuğundur, balqabaq kimi tərəvəzlər az kalorili olsalar da vitamin və minerallarla zəngindirlər. Toxluq hissi yaradırlar, maddələr mübadiləsini sürətləndirilər, piylərin əriməsinə, bağırsaqların təmizlənməsinə səbəb olurlar.

   Ədviyyatlar. Tünd ədvalar maddələr mübadiləsini sürətləndirir və bununla da orqanizmin arıqlamasına səbəb olurlar.Darçın qanı artıq şəkərdən və "pis” xollestrindən təmizləyir, köpü aradan qaldırır.

   Gündə çay qaşığının 1/4 qədər darçından istifadə etmək yeni piy toplantılarının əmələ gəlməsinin qarşısını alır.

   Yağsız ağartı məhsulları. Qatıq, kefir, süzmə, süd həm orqanizmi kalsiumla və piyi parçalamağa məcbur edən kalsitrol maddəsi ilə təmin edir.

   Su və yaşıl çay. Insanın arıqlamağına yardım göstərir.Onların hər ikisi metabolizmi sürətləndirir, orqanizmi toksinlərdən təmizləyir.

   Zülallar. Əzələ kütləsinin əsasını təşkil edən zülalları heç bir şeylə əvəz etmək olmaz.Zülali qidanın mənbəyi olan yağsız dana əti, toyuq sinəsi, hind toyuğu əti, balıq və yumurta ağı toxluq yaradır.Orqanizmi gümrah saxlayır, yeni piy qatı yaratmır 

Category: Hekayələr və Məqalələr | Views: 4146 | Added by: Pasa_007 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Sign Up | Log In ]

Site menu

Log In

Search

Calendar

«  İyun 2013  »
Ba.B.e.Ç.a.Ç.C.a.C.Şə.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Statistics


Total online: 1
Guests: 1
Users: 0
Copyright MyCorp © 2024 | Create a free website with uCoz