My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Azərbaycan. » Azərbaycan ART » O Olmasın, Bu Olsun (1956) (Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında....)
O Olmasın, Bu Olsun (1956)
Pasa_007Date: Bazar ertəsi, 2012-07-23, 3:13 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında musiqili komediya.



Məzmun
Filmdə 1910-cu ildə Bakıda cərəyan edən hadisələr göstərilir. İki gəncin-Sərvər(Arif Mirzəquliyev) və Gülnazın(Tamara Gözəlova) böyük və ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Lakin rejissor mənfi qüvvələri belə insana sevdirməyə nail olmuşdur. ______________________________________________________________________________________________________
Film Haqqında
Bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Filmdə xanəndə Xan Şuşinski qonaqlıq səhnəsində "Kürd-Şahnaz" muğamını ifa edir. Yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərli qapının dəliyindən içəri baxarkən qəflətən Sərvər çıxır və yengəni yerə yıxır. Bu məqamda yerə yıxılan aktrisa kiçik barmağını sındırmışdı. Lakin həmin çəkilişlər bitəndən sonra çəkiliş qrupu aktrisanın barmağının sındığını bilmişdilər. Filmdə xanəndə Tükəzban İsmayılova "Segah" muğamı üstündə oxuyur. Film Azərbaycanın ilk rəngli bədii filmidir. Operettanı ilk dəfə 1918-ci ildə Vaqram Papazyan ilə S.Lakka filmə çəkməyə cəhd edir və Xanjonkovun o zaman yeni təsis olunmuş Yalta studiyasında çəkilişlərə başlanır… (M.Qurbanov, Ə.Qulubəyov “Kino sovetskoqo Azerbaydjana” Bakı, Azdövlətnəşr, 1969, səh 4) bəlli olan odur ki, ilk film uğur qazana bilmədiyi üçün tez də sıradan çıxdı. Asiya və Afrika ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında göstərilən kinokomediya o vaxt yüksək qiymət almışdı. Filmin xarici ekranlara çıxışı da uğurlu oldu. SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr İdarəsinin sədri A.Davıdov Azərbaycan Kinematoqrafçıları İttifaqının I katibi Hüseyn Seyidzadəyə göndərdiyi məktubunda yazırdı: ““O Olmasın, Bu Olsun” filmi 40 ölkəyə, o cümlədən İran, İraq, Yuqoslaviya, Yaponiya, Avstriya, ABŞ, İsveçrə və Macarıstana satılıb”. Daha sonralar film daha 10 ölkəyə satıldı. Bununla belə, kinolent Bakı kinoteatrlarında nümayiş etdirilərkən, respublika mətbuatında “Müvəffəqiyyətsiz Film” başlıqlı kəskin tənqidi resenziya dərc edilmişdi. Çəkilişlər ilyarım davam edib və aparıcı aktyorlara o vaxtın pulu ilə hər çəkiliş günü üçün 60 manat qonorar veriblər. O vaxtlar Azərbaycana qastrol səfərinə gəlmiş hind kinematoqrafçıları bir neçə Azərbaycan filminə baxdıqdan sonra daha çox üstünlüyü Hüseyn Seyidzadənin filmlərinə vermişdilər. Hətta hind kinosunun yaradıcısı Rac Kapur onu Hindistana dəvət etmişdi: “Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm”. ”O olmasın, bu olsun” ekranlara çıxandan sonra kinoşünaslar filmi xəncər-bıçaqla qarşıladılar: "Heç bir estetik qanuna tabe olmayan, mənasız və zövqsüz çəkilmiş səhnələr, lüzumsuz vuruşma, qaçışma, hay-küylər, eybəcər oyunbazlıqlar, gah naturalistcəsinə, gah da qeyri-inandırıcı şişirtmələr tərzində verilmiş əcaib kadrlar... Hər şeydən əvvəl isə filmdə Məşədi İbad obrazı yoxdur. Rejissor işinin pərakəndəliyi hər obrazda, hər kadrda özünü göstərir."(“Kommunist”, 09.12 1956). "“O Olmasın, Bu Olsun” filmində tamaşaçıların etirazına səbəb olan qüsur... kinokomediyada olmayan, sonra əlavə edilmiş primitiv əhvalatlar-bazarda qoçuların davası, Rüstəm bəyin evində qonaqların qalmaqalı, hamamda verilən çirkin naturalist səhnələr və s. kimə lazım idi? Bu əhvalatlar filmdə o qədər işıq, o qədər hay-küylə verilmişdir ki, komediyanın əsasını təşkil edən ictimai motivlər kölgədə qalır... Filmdə tamaşaçıya təqdim edilən Məşədi İbad isə tamamilə başqadır... Bunun təqsiri rolun yanlış traktovkasındadır. Bəla burasındadır ki, rejissor necə çalmışsa, aktyor da elə oynamışdır." (“Ədəbiyyat və İncəsənət”, 09.12.1956). (“O olmasın, bu olsun: böyük aktyorların benefisi”, Ekspress qəzeti, 13.03.2003, Ulduzə Qaraqızı). ______________________________________________________________________________________________________
Səhv
Filmin sonunda hambal Məşədi İbaddan sonuncu dəfə bir abbasını istəyəndə Məşədi İbad əli ilə onun başına vuraraq papağını salır. Bir kadr sonra hambal ekranda görünəndə papaq yenidən onun başındadır. ______________________________________________________________________________________________________
Filmin üzərində İşləyənlər
Əsərin Müəllifi : Üzeyir Hacıbəyov (titrlərdə yoxdur) Ssenari Müəllifi : Sabit Rəhman Quruluşçu Rejissor : Hüseyn Seyidzadə Quruluşçu Operator : Əlisəttar Atakişiyev Geyim Rəssamı : Əlisəttar Atakişiyev Quruluşçu Rəssam : Cəbrayıl Əzimov, Nadir Zeynalov Bəstəkar : Üzeyir Hacıbəyov (titrlərdə yoxdur) Səs Operatoru : Əziz Şeyxov Musiqi Redaktoru : Fikrət Əmirov Rejissor : Şüa Şeyxov Operator : Mirzə Mustafayev Qrim Rəssamı : Georgi Parisaşvili Montaj üzrə Assistent : A. Filimonova Çalır : Üzeyir Hacıbəyov Adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor : Fikrət Əmirov Filmin Direktoru : Daniil Yevdayev Operator assistenti : Tofiq Sultanov (titrlərdə yoxdur) Quraşdırılmış Səhnələrin Operatoru : Sergey Klyuçevski (titrlərdə yoxdur) Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev (titrlərdə yoxdur) Rejissor Köməkçisi : Ramiz Əliyev (titrlərdə yoxdur) Mahnı İfa edən : Mirzə Babayev(Məşədi İbadın oxuduqları) (titrlərdə yoxdur) Rəqs Quruluşçusu : Əlibaba Abdullayev (titrlərdə yoxdur) ______________________________________________________________________________________________________
Rollarda
Əliağa Ağayev- Məşədi İbad Arif Mirzəquliyev- Sərvər Tamara Gözəlova- Gülnaz Ağasadıq Gəraybəyli- Rüstəm bəy Barat Şəkinskaya- Sənəm İsmayıl Əfəndiyev- Həsənqulu bəy Mustafa Mərdanov- Həsən bəy İsmayıl Osmanlı- Rza bəy Möhsün Sənani- Qoçu Əsgər Lütfəli Abdullayev- Balaoğlan Əhməd Əhmədov (II)(Əhməd Əhmədov-Rumlu kimi)- Hambal Rza Əfqanlı- Cəlil Məmmədquluzadə Ağahüseyn Cavadov-Bəy Adil İsgəndərov- Qoçu Sadıq Saleh- Mirzə Ələkbər Sabir Həsənağa Salayev- Əzim Əzimzadə Nüsrət Fətullayev Münəvvər Kələntərli- Yengə Lütfi Məmmədbəyli- Sərvərin dostu Müxlis Cənizadə- Sərvərin dostu F. Əlizadə Faiq Mustafayev- Sərvərin dostu Əfrasiyab Məmmədov- Sərvərin dostu Osman Hacıbəyov Mollağa Bəbirli-Hamam sahibi Məşədi Qəzənfər Sona Hacıyeva- Çadralı qadın Məmmədsadıq Nuriyev- Bazardakı adam Yusif Yulduz- Bəy Əliheydər Həsənzadə-Bəy Məmməd Sadıqov- Bəy Əminə Dilbazi-Rəqqasə Sadıq Hüseynov-Qoçu Cabbar Əliyev-Qoçu Süleyman Tağızadə- Qoçu Ramiz Mustafayev- Hüseyn Ərəblinski (titrlərdə yoxdur) Xan Şuşinski-Xanəndə (titrlərdə yoxdur) Kamil Dadaşov-Rəqs edən kisəçi (titrlərdə yoxdur) Bəhram Mansurov-Tar çalan (titrlərdə yoxdur) Tələt Bakıxanov-Kamançada çalan (titrlərdə yoxdur) Tükəzban İsmayılova-Xanəndə (titrlərdə yoxdur) Ə. Fərzəliyev-Ziyalı (titrlərdə yoxdur) ______________________________________________________________________________________________________
Filmi Səsləndirən
Əli Zeynalov-Sərvər (Arif Mirzəquliyev) ______________________________________________________________________________________________________
Sitatlar
Məşədi İbad: Heyvan özünsən. Məşədi İbad: Cəhənnəm ol, axmağın biri, axmaq. Mənə meymun dediyin bəs deyil hələ bir əl də verirsən.
 
Forum » Azərbaycan. » Azərbaycan ART » O Olmasın, Bu Olsun (1956) (Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında....)
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz