Laçın Rayonu :-( - Forum

Bazar ertəsi, 2016-12-05, 3:32 PM
Welcome Qonaq | RSS

Black City

Laçın Rayonu :-( - Forum

[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
Forum » Azərbaycan. » Bölgələrimiz » Laçın Rayonu :-( (18 May 1992-ci ildən ermənistan respublikası................)
Laçın Rayonu :-(
Pasa_007Date: Bazar ertəsi, 2012-07-23, 3:06 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
18 May 1992-ci ildən ermənistan respublikası tərəfindən işğala məruz qalıb.
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Azərbaycanın Kəlbəcər rayonu, şərqdən Xocalı,Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı, qərbdən isə ermənistan respublikası ilə həmsərhəddir Laçın rayonunun ərazisi 1883 kvadrat km-dir. 01 yanvar 2004-cü il tarixə əhalisi 65507 nəfərdir. Rayonun mərkəzi Laçın şəhəridir, əhalisi 14500 nəfərdir.

65 min əhalisi olan bu səfali məkan 120 kənddən, 1 şəhərdən və 1 qəsəbədən ibarətdir. Laçın 1923-cu ilə qədər Abdallar, sonra isə Laçın adlanıb. Ərazisi əsasən dağlıq relyefdən ibarətdir. Burada əsasən maldarlıq, arıçılıq, əkinçilik, taxta-şalban istehsali inkişaf edib. Hal-hazirda Laçın rayonunun əhalisi Azərbaycan Respublikasının müxtəlif ərazisinə səpələnmişdir.

Laçın rayonunun ermənistan respublikası tərəfindən işğalı
18 May1992-ci ildən Ermənistan Respublikası tərəfindən işğala məruz qalıb. İşğal nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.

İşğala qədər rayon ərazisində 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı olmuşdur.
 
Forum » Azərbaycan. » Bölgələrimiz » Laçın Rayonu :-( (18 May 1992-ci ildən ermənistan respublikası................)
Page 1 of 11
Search:

Copyright MyCorp © 2016
Create a free website with uCoz
Купить ссылку здесь за руб.
Поставить к себе на сайт