My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Azərbaycan. » Bölgələrimiz » QAX RAYONU (Azərbaycanın ən səfalı yerlərindən biri)
QAX RAYONU
Pasa_007Date: Bazar ertəsi, 2012-07-23, 3:03 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline

Əhalinin milli tərkibi müxtəlifdir. Burada azərbaycanlılar əksəriyyət təşkil edirlər. Rayonda avarlar, ləzgilər, saxurlar, gürcülər və başqa millətlərin nümayəndələri də yaşayırlar.
Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, cənubdan Gürcüstan Respublikası ilə həmsərhəddir. Rayon mərkəzində iqlim isti, rütubətli subtropik, dağlıq ərazidə (əsasən İlisu kəndində)isə soyuqdur. Rayonda 59 yaşayış məntəqəsi vardır.
Bu rayon Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr (fındıq,şabalıd,qoz) rayonu kimi tanınır. Bol su ehtiyatı, normal rütuubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmələri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir.Bu əkin sahələrinə,bəzən isə yaşayış məntəqələrinə ziyan vurur. Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət qoruğu yaradılmışdır.Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.
Rayon iqtisadiyyatının əsasını bitkiçilik,(xüsusilə tütün və taxılçılıq üzrə ixtisaslaşmışdır) heyvandarlıq məhsullarının istehsalı təşkil edir.
Bu da İLİSU Mənim ən xoşladığım kənd



PS: Usaqlar Əgər İlusuda olmamisinzsa məsləhət edirəm ki gedib bir baş çəkəsiz çox gözəl sərin istirahət yeridir. Əsil yay istirahəti Məıənum dogma yurdum
 
Forum » Azərbaycan. » Bölgələrimiz » QAX RAYONU (Azərbaycanın ən səfalı yerlərindən biri)
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz