My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Azərbaycan. » Bölgələrimiz » Oğuz rayonu
Oğuz rayonu
Pasa_007Date: Bazar ertəsi, 2012-07-23, 2:55 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline


Oğuz rayonu (1991-ci ilədək Vartaşen) 1930-cu ildə təşkil olunmuşdur. 1963-1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur. Şimalda Dağıstanla həmsərhəddir. Əsas təsərrüfat sahəsi tütünçülükdür. İqtisadiyyatında taxılçılıq, meyvəçilik, heyvandarlıq, baramaçılıq da mühüm yer tutur. Rayonda istehsalat kombinatı, Şəki yağ-pendir zavodunun şö'bəsi, şirə sexi və başqa müəssisələr vardır. Meşə təsərrüfatı yaradılmışdır.Oğuz rayonunda 6 məktəbəqədər uşaq müəssisəsi, 30 ümumtəhsil məktəbi, 30 kitabxana, 21 klub, 5 mədəniyyət evi fəaliyyət göstərir.
Ən böyük çayı Əlican çayıdır. Əlicançay Qumlaq kəndindən keçərək rayonun bir çox kəndlərini ağuşuna alır. Əlican çayı Qumlaq kəndinə çox xüsusi bir zövq oxşayan gözəllik verir. Qumlaq Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur. Hətta belə ehtimal olunur ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsli şairin şeirlərindən məlum olduğu kimi məhz həmin Qumlaq (QUM) kəndindəndir. Qumlaq lap qədim zamanlardan əvvəl Qum adı ilə tanınarmış və Əlican çayının sahillərində yerləşərmiş. Çayın sahilləri də daim qumluq olduğundan buraya Qum, Qumluq, Qumlaq adları verilmişdir. Lakin təbii fəlakət nəticəsində Əlican çayının dəfələrlə daşması və ətrafı su basması əlaqədar ilə əhali zaman-zaman Əlican çayının sahillərindən bir qədər kənar yerlərə köçərək özlərinə yeni yaşayış məskənləri salmışlar. Hətta,Qumlaq kəndinin qədim yaşayış məskəninin adına yerli əhalinin dilində "Qumlu Örənələr" deyilir.

 
Forum » Azərbaycan. » Bölgələrimiz » Oğuz rayonu
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz