My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Azərbaycan. » Bölgələrimiz » Dağlar qoynunda Şəki.
Dağlar qoynunda Şəki.
Pasa_007Date: Bazar ertəsi, 2012-07-23, 2:44 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline


Şeki Haqqında.
Şəki Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən biri olub, 2700 il bundan əvvəl Böyük Qafqaz Silsilə dağlarının cənub ətəyində ( Bakıdan 370 km şimal-qərbdə ) yaranmışdır. Minnillik tarixi boyunca şəhər dəfələrlə boşalmaya(dağılmaya) məruz qalmış, bunun bariz nəticəsi olaraq dövrümüzə qəlib çıxmış tarixi və arxitektura abidələrinin üzərində guya onların 16-19 cu əsrlərə aid olduğu yazılmışdır. Dövrünün ən gözəl incilərindən olan, bütün Şkililərin onunla fəxr etdiyi Şəki Xan Sarayı 1762 ci ildə tikilmiş və onun inşasında birdənə də mıxdan istifadə edilməmişdi. Əsrlər boyu Şəki baramaçılıq, malqaraçılıq, tütün, meyvə, tərəvəz, buğda sahələrinin yetişdirilib, becərilməsinin əsas mərkəzlərindən biri olmasıyla tanınmışdır. Marxal istirahət guşəsi Azərbaycanın mənzərəli məkanlarından biridir. Tarix muzeyi, bacarıqlı ustaları sənət əsərləri ilə dolu olan Sənət evi, orta əsrlərə aid Karvansarayın (artıq bir neçə ildi ki bərpa edilib və mehmanxana kimi istifadə edilir) yalnız kiçik bir qismi turistlər üçün maraqlı olacaq bi şəklini qoruyub saxlamışdır. Şəkili zərgər, dulusçu, nəqqaş, şirniyyatı nəinki Azərbaycan həmçinin Xaricdə də məşhurdur.

Yaşayış məskınin əsl tarixçəsi ta qədimlərə - qədim bürünc dövrünə təsadüf edir. 7-ci əsrdə Şəki Ərəblər tərəfindən işğal edildikdən sonra Əmirliyin tərkibinə daxil edilmişdi. 9-cu əsrdə Ərəb dövlətinin zəifləməsindən istifadə edərək Alban xanlığı Xristian dövlətini yaratdı. Daha sonralar Şəki Şirvanşahlar, Mongol Tamerlan və Səfəvilər tərəfindən tutulmuşdu. 18 ci əsrdə Şəki eyni adlı xanlığın paytaxtı idi. 1805 ci ildə Ruslar tərəfindən tutulmuş, Rus inqilabından sonra Qırmızı ordu 1920 ci ildə Şəkini tutmuşdu.

Kiş çayının sol sahilində yerləşən Şəki şəhəri 1772 ci ildə baş verən palçıq vulkanından soonra yerini dəyişərək indiki yerləşdiyi ərazidə yerləşir. Nuxa kəndinin yaxınlığında yerləşən Şəki şəhəri uzun müddət yəni 1960 cı illərə qədər Nuxa kimi adlandırılmış yalnız 1960 dan sonra öz əvvəlki adını bərpa edərək Sak tayfalarının adıyla bağlı Şəki adını yenidən özünə qaytarmışdır.

Şəki uzun müddət ipək mərkəzi kimi tanınmış, ipək yolunun üstündə yerləşməsi isə ona diqqətin artmasına səbəb olmuşdur. Şəki hələ də ipək istehsal edən böyük zavoda sahibdir. Bu zavod keçmiş sovet İttifaqının ən böyük ipək istehsalçısı olmuşdur(təbii olaraq bu zavod Leninin adını daşıyırdı...). Ən yaxşı vaxtlarında zavod 7000 insanı işlə təmin etmişdir(o dövrdə əhalinin sayı 100.000 idi). Bu gün ipək sənayesi kiçik özəl sexlər vasitəsilə hələ də fəaliyyət göstərir. Kənd təsərrüfatı faktoru (tütün,üzüm, taxıl, fındıq, malqara və süd məmulatlları ) da vacib amillərdən biridir.

Şəki həmçinin 18 ci əsrə aid Xanın Yay Sarayı ilə məşhurdur. İki mərtəbəli bu bina müxtəlif freskalarla (birinin uzunluğu 25m) bəzədilmiş və şəbəkəylə

( incə boyalarla şüşə işləmə) işlənmişdir (şəhərin şimal tərəfi). Bundan başqa saray qalaya baxır ki bu da onu cəlbedici edən amillərdən biridir. Qalanın iki qapısı, şimal və cənub tərəflərində mühafizə üçün nəzərdə tutulmuş bürcləri və 1960 cı illərdə bərpa edilməsini nəzərə alarsaq, bu qala Azərbayvcandakı qalaların arasında ən yaxşı vəziyyətdə qalanlardan biridir. Qala divarlarının arxasında iki muzey yerləşir. Böyüyü müxtəlif dövrlərə aid tarixi qalıntılarla zəngin olan (bura ticarət və ipək istehsalının qalıntıları da daxildir) Şəki Tarix Muzeyidir. Digəri 19 cu əsrə aid kilsə olub hal hazırda İncəsənət Muzeyi kimi fəaliyyət göstərir.

Şəkiyə yolunuz düşsə hamam və burda yerləşən 3 məscidi xüsusilə Cümə və Gileyli məscidlərini mütləq ziyarət edin. Əlbətdəki yenidən bərpa edilmiş Gürcəçayın sağ sahilində yerləşən Yuxarı Karvansarayı -əsas mehmanxananı qeyd etməmək mümkün deyil. Aşağı karvansaray qonşuluqda yerləşib, hal hazırda anbar kimi istifadə edilir.

Mərkəzin Sovet dövründən qalmış iki qüllə ilə zəbt edildiyini nəzərə almasaq, hər yerdə qırmı sifalla örtülmüş ev damlarını müşahidə edə biləcəksiniz. Əyləncə üçün sizə Azadlıq küçəsində yerləşən Dövlət Dram Teatrını ziyarət etməyinizi məsləhət görərdik.

Acısanız yaxınlıqdakı şirniyyat dükanlardan birinə girərək bütün ölkədə məşhur olmuş Şəki halvasının dadına baxın. Bu şirniyyat dükanı Gürcəçayın mənsəbinin yaxınlığında yerləşir.

Əgər bir az da vaxtınız qalsa mütləq Gələrsən Görərsən qalasını, Şəkidən şimalda Orta Zeyzit və Kiş kəndlərində yerləşən 7 ci əsrə aid Alban kilsələrini ziyarət etməyi yaddan çıxartmayın.

Şəkiyə bir çox yerlərdən qatarlar gəlir, həmçinin ölkənin digər şəhərlərinə getmək üçün şəhərin cənubunda yerləşən Avtovağzaldan istifadə edə bilərsiniz.

(Bakıdan 380 km şimal-qərbdə )
 
Forum » Azərbaycan. » Bölgələrimiz » Dağlar qoynunda Şəki.
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz