My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Azərbaycan. » Bölgələrimiz » Gəncə
Gəncə
Pasa_007Date: Bazar ertəsi, 2012-07-23, 2:40 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
G Ə N C Ə
Gəncə, Azərbaycanın ikinci böyük şəhəri. 500,000-ə yaxın əhalisi var.



Şəhər Gəncə çayı, Kür çayının cənubunda kənd təsrrüfatı cəhətdən zəngin bir ərazidə yerləşir. Gəncə uzun müddət Qərbi Azərbaycanın əsas sənaye mərkəzi olmuşdur. Sovet dövrlərindən bizə miras qalan ağır sənaye sahələrinin ( aliminium, farfor, alət hazırlama, mebel, toxuculuq və digər zavodlar) çoxu fəaliyyətlərini dayandırmış, yalnız indi-indi kiçik ölçülü şirkətlər tərfəndin yeni investisiyalar yatırılaraq Gəncədə yeni zavodlar qurulmağa başlayır.

Tarixi və tarixdəki yeri
Qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri cənubi şərqdə Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncəçay çayının hər iki sahilində yerləşir. Azərbaycanın sosial - iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz rol oynayan bu şəhər turistlərin burdan keçərkən ayaq saxlayıb xarici elm adamlarıyla söhbət, müzakirələr aparmaqdan zövq aldığı bu cazibədar məkan karvan yolılarının kəsişdiyi bir ərazidə yerləşir. Əgər şəhərin sahib olduğu zəngin tarixə nəzər salarsaq hər oxuduğumuz sətirdə bizi qədimə götürəcək nümunələrin şahidi olacaq və onun gözəlliyini və nəfəsini öz üzərimizdə hiss edəcəyik.

Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi fərziyələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını e.ə, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər.

Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial- iqtisadi və mədəniyyət mərkəzi olduğunu qeyd etməmək mümkün deyil. Gəncə də ölkəmizin digər şəhərləri (Qəbələ, Naxçıvan, Şəki, Şamaxı) kimi gözəl coğrafi mənzərəyə sahib olan yaşayış məskəni olub tədricən şəhər kimi formalaşmışdır.

Cömərd Qəssab Məqbərəsi Gəncənin tarixi vəsiqəsi sayıla bilər. Cömərd Qəssab dördüncü xəlifə Əli ibn Abutalıb (656-661) hakimiyyəti dövründə yaşamış və özünün qanun tərəfdarı olması və düzlük, doğruluğu ilə seçilmişdir. Şəhər əhlinin bütlərə inandığı bir dövrdə o gizlicə olaraq islamı qəbul etmişdi. Öz inancını gizli olaraq dəyişdirmə halları o zaman yəni VII əsrdə olan ciddi siyasi hakimiyyətin və ruhanilərin Gəncənin idarəçiliyində olan ciddi səlahiyyətlərə sahib olduğunun nümunəsidir.

Hətta 1940 cı illərdə aparılan arxeoloji qazıntılar da bu nəticəyə gəlmiş və burda e.ə aid yaşayış məskənləri aşkar etmişlər.Gəncə adının, toponiminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. Toponim (“Chanza”- Ərəb dilində “Ganca”-Gürcü dildində) Pəhləvi sözü kimi qəbul edilir və xəzinə, bar-məhsul anbarı mənasına gəlir. Bütün bu nəticələr elmi cəhətdən əsassızdır. Şərhçinin sözlərinə əsaslanarsaq bu sözün Azərbaycan dilinə uyğun olduğunu qeyd edə bilərik. Digər mənbəyə əsaslanarsaq o, bu adın Gancak tayfalarının adıyla bağlı olduğunu iddia edir. Orta Asiya tarixçiləri yoxlamış və təsdiq etmişlər ki, həqiqətən də Gəncə adını tayfanın adından götürmüşdür.

VII əsrin birinci yarısında Gəncə İranlılar tərəfindən, ikinci yarısında isə Ərəblər tərəfindən dağıdılmışdır. VII əsrin axırlarında isə Gəncə Ərəblərlə Xəzərlərin döyüş meydanına çevrilmişdir. Bütün bu hadisələrin VII əsrin əvvəllərində və ümumiyyətlə VII əsr boyunca baş verdiyi “Dərbəndnamə” əsərində təsvir edilib. Azərbaycanın ərazisi aramsız olaraq bir birinin ardınca olan hücumlara məruz qalmış və əlbətdə ki bunun bariz nəticəsi olaraq Gəncə şəhəri də bu basğınlardan ziyan görmüş və dağıntılara məruz qalmışdır.

Aran xanlığının mərkəzi olan Bərdədən sonra Gəncə beynəlxalq ticarətdə mühim rollardan birini oynamış və karvanların tez-tez keçdiyi və qaldığı yerlərdən biri olmuşdur. O zamanlarda pul vahidi olaraq Ərəb dinarları və dirhəmlər istifadə edilirdi.

X əsrdən, Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən Gəncə şəhəri ölkənin sosial-iqtisadi və mədəni həyatında vacib rol oynamağa başladı. Şəhərin həyatında ticarət və incəsənət vacib faktorlardan birinə çevrildi. Burda incəsənətin inkişafı üçün hər cür şərait mövcud idi. Dəmir, Mis, alüminium və digər mədənlər Gəncə şəhərinin ətrafında fəaliyyət göstərir və yerli sənətkarları xammalla təchiz edirdilər. Gəncə paytaxt olma yolunda xüsusi diqqəti hərbi qüvvəsinin qücləndirilməsinə yönəltmişdi. Həmçinin bu dövrdə qala divarları tikilmiş və onun ətrafında xəndək qazılaraq şəhərin mühafizəsi gücləndirilmişdi.

Bu şəkildə təsvir edilmiş Gəncə qalasının qalıqları zamanın əzəmətli tikililərindən biri olmuşdur. Qalanın bir küncündə yerləşən bürc digərindən (qırmızı oxla işarələnib) təqribən 600 metr aralı yerləşir. Bu divar Gəncəçayının sahili boyunca davam edir. Vaxtilə təbii sərhəd olan bu çay indi dağılmış vəziyyətdə olan qala divarlarının tədricən sökülməsinə səbəb olur.

IX-X əsrlərdə Ərəb xəlifətinin zəiflədiyi bir dövrdə Azərbaycanda Şirvanşahlar, Şəddadilər, Salarilər və Rəvvadilər müstəqil feodal dövlətləri yaranmağa başladı. X əsrin ortalarında Gəncə şəhəri Salarılərin hakimiyyəti altında olmuşdur. Daha sonra isə Şəddadilərin paytaxt şəhəri olmuşdur.

I Fəzlunun( 895-1030) hökmranlığı dövründə Gəncə ən güclü dövrlərini yaşamışdır. Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır. Şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edildi. 1063 cü ildə dəmirçi İbrahim məşhur Gəncə darvazalarını tikdi.Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də həmçinin böyüyərək genişləndi. Yeni ticari və sənaye zonaları tikilməyə başladı. İpək və ipək məmulatları nəinki yerli həmçinin xarici alıcıların da rəğbətini qazandı. Gəncə həm də dini mərkəz sayıla bilərdi. Belə ki, Alban katolikosu mərkəzi Bərdədən Gəncəyə köçmüşdü. Qətran Təbrizi o dövrləri belə qələmə almışdı: “İndi Gəncə sanki Cənnəti xatırladır”. XI əsrin ortalarında Azərbaycan Səlcuqların işğalına məruz qalmışdı. Təbrizin tutduqdan sonra I Toğrul (1038-1068) 1054 cü ildə qoşunlarını Gəncə istiqamətində hərəkət elətdirdi. Gəncə hakimi Şavir I Toğrulun vassalı olmağa öz razılığını verdi. Şavir I Toğrula bahalı hədiyyə verərək onun şərəfinə xütbə oxutdurdu.

Səlcuqların aramsız basqınları XI əsrin ortalarında Şəddadi hökmdarı

III Fəzlunu göstərilən müqavimətin yetərsiz olduğunu görərək gec də olsa təslim olmağa qərar verdi və münasib bir şəraiti gözləyərək yenidən hakimiyyətə gəldi. 1086 cı ildə Səlcuq hökmdarı Məlik şah (1072-1092) öz ordu başçısını, Bugayı Gəncəyə göndərdi. Yerli camaatın güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhərin zəbtinə nail oldular. Döyüşdə Gəncə hökmdarı III Fəzlunu əsir götürdülər və bununla da 100 ildən artıq hakimiyyətdə olan Şəddadilər sülaləsinin hökmranlığına son verildi. Məlik şah Gəncə hakimi kimi öz oğlu olan Qiyas əd-din Taparı təyin etdi. Qiyas əd-din Məhəmməd Tapar (1105-1117) sultan seçildikdən sonra belə Gəncənin Səlcuq hökmdarı olaraq qaldı.

XII əsrin birinci yarısında Gəncə bir neçə dəfə Gürcü basqınlarına məruz qalmış, buna cavab olaraq Səlcuq ordusu Gürcüstana güclə soxularaq oraları talan etmişdir.

Gəncə ilə əlaqəli digər bir hadisə isə bu dövrlərdə(25 Sentyabr 1139 cu ildə) burda baş vermiş güclü zəlzələdir. Kirakos Gandzaketsi yazırdı “Dağların başını bulud və duman bürümüşdü və Gəncə qorxulu, dəhşətli zəlzələyə qərq olmuşdu. Gəncə dağılmışdı və ... ”. Zəlzələnin nəticəsi olaraq Kəpəz dağı uçmuş və dağın ətəyindən keçən çayın qarşısını kəsərək hamımızın yaxşı bildiyi bir gölün yaranmasıyla nəticələndi. Bu Göy göl idi.Hal hazırda bu göl mövcud olmasıyla bərabər Azərbaycanın ən mənzərəli , gözəl təbiətli məkanlarından biri kimi tanınır. Lakin müəllif bu zəlzələ nəticəsində yaranmış öz gözəlliyi və valehediciliyi ilə seçilən digər gölləri- Maral göl, Ceyran göl, Ördək göl, Zalugölü, Ağgöl, Qaragöl, Şamlıgöl kimi təbiətimizin inciləri olan bu gölləri qeyd etməyi unutmuşdur.

Şəhərin məruz qaldığı dağıntılar səbəbiylə zəiflədiyi bir dövrdə qonşu Gürcü feodalları fürsətdən istifadə edərək bura basqınlar etmiş və Gəncəni çapıb, talamış, Gəncənin göz bəbəyi olan Gəncə Darvazalarını oğurlayıb aparmışlar. Azərbaycan tarixinin nümunəsi olan bu abidənin qalıqları qeyri sərfəli şəraitin mövcudluğu və nəzarətsizlik ucbatından hal hazırda Gürcüstanın Respublikasının kilsəsi olan Gelat kilsəsinin həyətində yerləşir.

Uzun sürən daxili feodal çəkişmələrinin nəticəsində Səlcuq dövləti xeyli zəiflədi. Səlcuq dövləti yerli feodalların güclənməsi üçün şərait yaradaraq yeni xırda dövlətlərin yaranmasına təkan verdi. Onlardan biri Şəmsəddin Atabəy tərəfindən yaradılmış Atabəylər dövləti idi. Gəncə Arranda yerləşən bu dövlətin bir hissəsinə çevrildi. XII-XIII əsrlərin əvvələrini Gəncə üçün çiçəklənmə dövrü adlandırmaq düzgün olardı. Atabəylər dövlətinin ikinci mərkəzi ,paytaxtı olan Gəncə istehsal etdiyi məhsullarla nəinki ölkə daxilində, həm də ölkə xaricində böyük şöhrət qazanmış və " Arran şəhərlərinin anası" səviyyəsinə qədər ucalmışdı. Gəncə ipəyi istehsal edən müəssisə qonşu ölkələr və Orta Şərq bazarlarında böyük rəğbət qazanmışdı.

Gəncədə kənd təsərrüfatı, əkinçilik və malqaraçılıq incəsənətlə paralel olaraq geniş miqyasda inkişaf edirdi. Müəllifi naməlum olan "Əcaib əd-dünya" əsərində Arranın paytaxt şəhəri olan varlı və inkişaf etmiş Gəncə şəhərinin hündür və möhkəm qala divarlarıyla əhatə olunduğu qeyd edilir. Bütün Gəncə yaşıllığa qərq olmuşdu. Burda müxtəlif növ meyvələr mövcud idi. Atlas, parçalar, pambıq, ipək və digər məhsullar müxtəlif şəhərlərə ixrac edilirdi. Yerli əhali cəsur və hərbi cəhətdən qüvvətli idi.

Bu dövrlərdə Gəncə Azərbaycanın mədəniyyətinin inkişafında vacib rol oynamışdır. Dünya şöhrətli elm və incəsənət əsərlərinə sahib şair və alimlər bu şəhərdə yaşayıb yaratmışlar.

Məshəti Gəncəvi yaradıcılığını qeyd etmək yerinə düşərdi. O zamanının istedadlı, qabiliyyətli şairəsi olub, xalqın və hakimiyyətin rəğbətini qazanmışdır. Azərbaycanın dünya şöhrətli ixtiraçı və qeyri adi istedada sahib şairi Nizami Gəncəvi bu dövrlərdə yaşayıb yaratmışdır. Onun Xəmsəsi dünya ədəbiyyatı xəzinəsinin nadir incilərdən biridir. J.E.Bertels Nizami haqqında “O, sahib olduğu fitri istedad və füsunkar ruhu ilə əbədi olaraq bəşəriyyətin məhəbbətini qazanmışdır”.

XIII əsrin əvvəllərində Azərbaycan bir sıra Monqol basqınlara məruz qaldı. Onlar hər yerdə ciddi müqavimətə rast gəlirdilər. Onların azərbaycana ilk basqını (1220) zamanı düşmənə layiqli müqavimət göstərən, o zamanlar güclü olan Gəncəni tuta bilməmişdi. 1225 ci ildə Cəlaləddinin başçılığı altında davam edən basqınlardan sonra, bir birinin ardınca Azərbaycan şəhərləri talanmağa başladı. Bunların arasında Gəncə şəhəri də var idi. Aramsız olaraq sürən basqınların nəticəsində Atabəylər dövləti süquta uğradı. Cəlaləddinin hökmranlığı dövründə yerli əhaliyə qarşı amansız davranılmış və vergilər olduqca yüksəldilmişdi. Bütün bunlar 1231 ci ildə Gəncə əhlinin xarici işğalçılara qarşı qaldırdığı üsyanla nəticələndi. Qiyamlar nəticəsində şəhər hökmdarının sarayı dağılmış, xidmətçiləri öldürülmüş və yerli varlılar bir neçə aylıq olaraq vergilərin ödənilməsinə məcbur edilmişdilər. Üsyan yatırıldı. Üsyanın başçısı Bəndər usta və onun 30 tərəfdaşı həbs edilmiş ,daha sonra isə edam edilmişdilər. 1231 ci ildə Gəncə şəhərini mühasirəyə alan Mongollar yerli əhalinin güclü müqavimətinə rast gəldi. Lakin bütün bunlara baxmayaraq işğalçılar Gəncəni zəbt edərək şəhəri darma dağın etmiş və yerli əhalini olmazın işgəncələrə düçar qılmışdılar. Uzun müddət şəhər bərpa edilməmişdi. Gəncənin bərpa edilməsinə yalnız 1235 ci ildə sərəncam verildi.

XIII əsrin ortalarında Azərbaycan Xilafi xan (1256-1265 ) tərəfindən idarə olunan Xilafətin tərkibinə daxil oldu. XIII əsrin 80 ci illərdə Azərbaycan Əmir Teymurun hücümlarına məruz qaldı. Azərbaycan Teymurla Toxtamış arasında gedən münagişənin mübarizə sahəsinə çevrildi. Teymurun Gürcüstana etdiyi basqınlar zamanı Gəncə hərbi baza rolunu oynadı. Teymurun Azərbaycana yürüşü fəlakətlə nəticələndi. XVI əsrin əvvəllərində yeni Səfəvilər dövləti yarandı. Gəncə Şah İsmayıl Xətai tərfindən qurulan bu dövlətin bəylərbəyliyindən biri idi. Sultan Şahverdinin Gəncə bəylərbəyliyinə hökmdar təyin edilməsindən sonra Gəncə və Qarabağda uzun müddətli Qacar tayfasına mənsub yeni Ziyad oğulları sülalənin nümayəndələrinin hökmranlığı dövrü başladı.

Trans Qafqaz məkanında ticarət sahəsində yenidən aparıcı yerlərdən birini tutan Gəncə Rusiya və Yaxın Şərqdəki və Avropadakı ölkələrlə sıx ticarət əlaqələri yartmışdı. Tarixi mənbələrdən birinə əsaslanarsaq o dövrlərdə Gəncənin 225000 əhalisi var idi.

Müvəqqəti olaraq hərbi fəaliyyətlərin azalması və ticari əlaqələrin genişlənməsi Gəncənin və digər şəhərlərin iqtisadiyyatının dirçəlməsinə və inkişafına gətirib çıxartdı. Bu dövrlərdə burda olan Türk səyyahı olan Övliya Çələbi Gəncədə hər birinin bağçası olan 6000 dən çox evin olduğu haqqında öz xatirələrində qeyd edirdi. Xüsusilə o Gəncədə ipək sənayesinin inkişafını qeyd edirdi. Osmanlıların Rusiyadan Xəzəryanı ərazilərin alınmasıyla daha çox dağıntılara səbəb oldular. 1723 də Osmanlılar Gəncəni mühasirəyə almış lakin oranı tutmağa nail ola bilməmişdilər.

Gəncə İran tərəfindən dağıdıldı. İran ordususnun başında duran Nadir şah Azərbaycandan Türklərin və Rusların çıxarılmasını və bu ərazilərin İranın əsarəti altında olmasını qarşısına məqsəd qoymuşdu. 1735 ci ildə Gəncə yaxınlığında İran və Rusiya arasında bağlanan müqavilyə əsasən Rusiya hökuməti hərbi qüvvələrini Xəzəryanı ərazilərdən geri çəkdi.

Nadir şahın yürütdüyü siyasət əhalinin tamamilə viranına və kasıbçılığın artmasına gətirib çıxartdı. 1747 ci ildə Nadir şahın öldürülməsi xalqın müstəqilliyə doğru ruhlanmasına və nəticədə müstəqil feodal dövlətlərinin –xanlıqların yaranmasıyla başa çatdı. XVIII əsrin ortalarında Gəncə xanlığı yarandı. Ziyadoğlulları sülaləsinin nümayəndəsi olan ,uzun müddət Gəncəni idarə edən Şaxverdi xan(1740-1756) Gəncənin xanı oldu. XVIII əsrin 80 ci illərində Cavad xanın hakimiyyəti dövründə Gəncə gücləndi. O, müstəqil xarici siyasətə üstünlük verirdi. Gəncə xanlığının öz şəxsi pul vahidi mövcud idi.

Bu dövrlərdə Rusiya İmperiyası aristokratiya, zadəgan, mülkədar və tüccarların maraqlarını dəstəkləyən və tciari əlaqələrini artırmaq üçün yeni ölkə və dövlətləri tutmağı məqsədləşdirən bir siyasəti izləyirdi. Buna görə də Rusiya imperiyası strateji və iqtisadi cəhətdən əlverişli vəziyyətdə yerləşən Azərbaycana xüsusi bir maraq göstərirdi. Gəncə xanlığının yerləşdiyi yerin əlverişli mövgeyini nəzərə alarsaq, Rusiya ilk olaraq buranı zəbt etmək, daha sonra isə buranı hərbi baza kimi istifadə edərək burdan digər xanlıqlara hücum edə biləcəkdi. Rusiya ordusu komandanı Gəncəni İranın şimal əyalətlərinə aparan yolun açarı hesab edirdilər. Generalın yazdıqlarına görə Gəncə qalası Azərbaycanın strateji cəhətdən çox əlverişli bir mövqedə yerləşmişdir. Bu səbəblə Rusiya ilk növbədə Gəncə qalasının tutulmasını məqsədləşdirmişdi. Sisyanov dəfələrlə Gəncə xanı Cavd xana könüllü surətdə təslim olmağı təklifini göndərmiş və hər dəfə də rədd cavabını almışdı. 1803 cü ildə o, Tiflisdən keçərək ordusunu Gəncə istiqamətinə yönəltmiş, dekabr ayında isə Gəncə qalasına yaxınlaşmışdı. Qalanın tutulmasının çətin bir proses olduğunu bilən ordu başçısı xüsusi hazırlıqlardan sonra 1804 cü il Yanvar ayının 3-ü səhər saat 5-də qalaya hücum əmri verdi. Amansız keçən döyüşdən sonra onlar şəhəri tutmağa nail oldular. Cavad xan öldürüldü. Gəncənin adı dəyişdirilərək Yelizavetpol (Rusiya imperatoru Aleksandrın arvadı Yelizavetanın şərəfinə) adlandırıldı.

1805 ci ildə İmperiya hökuməti rəsmi olaraq komendant idarə üsulunun tətbiqinə başladı. O dövrdən etibarən bütün ordu, mülki və maliyyə strukturları birbaşa komendanta tabe idilər. 1806 cı ildə Gəncədə yerli məhkəmə yaradıldı.

Gəncə şəhərində əhalinin üzərində nəzarətin gücləndirilməsi məqsədilə 1824 ci ildə burda polis şöbəsi yaradıldı. Bu şöbə və onun fəaliyyəti yerli əhali arasında ciddi narazılıqlara səbəb oldu. Komendant sistemi 1840 cı ildə ləğv edildi. Daha sonra Gəncə Gürcüstanın İmeret əyalətinin tərkibinə qatıldı və burda rayon mərkəzi yaradıldı.

Yelizavetpol əyaləti 1868 ci ildə quruldu və Gəncə bu əyalətin paytaxtı oldu.

Gəncə şəhərinin əlverişli mövqedə, Bakı-Tiflis karvan yollarının kəsişdiyi bir yerdə yerləşməsi ona Qafqazdan da o tərəfə Şərqin böyük ticarət mərkəzləri ilə ticari əlaqələrinin yaratmasına imkan yaratdı.

XIX əsrin birinci yarısında Gəncədə mədəniyyətin dirçəlişi müşahidə edilirdi.

Gəncə Səlcuq Türklərinə məğlub olana yəni 11 ci əsrə qədər Qafqaz Alban xristianlığının mərkəzi olmuşdur. Şəhər 1139 cu ildə zəlzələ nəticəsində 5 ci əsrdə yaranmış orjinal şəhər dağılmış və 12 ci əsrdə əvvəlkindən bir az şərqdə yenidən tikilmişdir.

Əsas karvan yollarının üzərində yerləşməsini bu şəhəri vacib ticarət mərkəzlərindən birinə çevirmiş lakin 1231 ci ildə Mongol basqınına məruz qalaraq yenidən dağıdılmışdı. 15 ci əsrdə Gəncə Qaraqoyunlu dövlətinin tərkibinə daxil edilmişdir. 16 cı əsrdə isə şəhər Səfəvilər tərəfindən zəbt edilmişdi.

1606 cı ildən 1804 cü ildə Rusiya İmperiyasına birləşdiyi dövrə qədər Gəncə İran imperiyasının tərkibində xanlıq mərkəzi olmuşdur. 1826 cı ildə Rus qoşunları İran qüvvələrini məğlubiyyətə düçar edərək onları burdan sıxışdırıb çıxarmışlar. Çoxlu sayıda Erməni, Rus, Alman köçkünləri burda yerləşdirilmiş, bununla da Gəncədə sənaye və ticari təkana (inkişafa) səbəb olmuşlar.

Gəncə şəhəri qısa bir zaman müddətinə 1918 ci ildə yaradılmış müstəqil Azərbaycanın müvəqqəti paytaxtı olmuşdur. Tarixdəki dəyişikliklər həmçinin şəhərin adına da təsir etmişdir. “Gəncə” toponimi dərmanla əlaqədar olmayıb, kökünü “Gəncək” tayfalarından götürür. Şəhər 1804 cü ildən 1918 ci ilə qədər Çar birnci Aleksandrın arvadının adıyla (Yelizavetpol) adlandırılıb. Hətta şəhərin tarixi adını əhaliyə unutdurmaq üçün "Gəncə" sözünü işlədənlər 1 gümüş abbası cərimə olunurdu. 1918-ci ilə kimi olan bütün rəsmi sənədlərdə Gəncə Yelezavetpol kimi xatırlanır. Şəhərin tarixi adı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra özünə qaytarıldı. 1935-ci ilədək şəhər Gəncə adlandırıldı. 1935-ci ildə şəhərin adı yenidən dəyişdirilərək Kirovbad qoyuldu. Daha sonra 1989-cu ildə bu ad yenidən qaytarılmış və indiyədək də şəhər bu adı daşıyır. 1993-cü ilin iyun ayında baş verən hərbi çaxnaşmaların cərəyan etdiyi və Prezident Əbülfəz Elçibəy hökumətinin devrilməsiylə nəticələnən bir səhnəyə çevrilmişdi.

Added (2008-08-08, 01.30)
---------------------------------------------
Gəncə arxitekturası
Bakıdan Gəncəyə aparan yol Azərbaycanın ən gözəl mənzərəli yollarından biridir. Bu ərazi Kəpəz dağı və onun ətrafındakı yeddi göl, xüsusiylə də Göy-gölün orda mövcudluğuna görə məşhurdur. Bu ərazi kanoya , üzgüçülük, gəzinti , səyahətlər, ailə pikniklərinin keçirilməsi üçün ideal bir yerdir.

Bu şəhər Əblülla Gəncəvi, Məhsəti xanım Gəncəvi və Nizami kimi böyük şairlərin vətənidir – bir sözlə ölkənin ədəbiyyat mərkəzidir. Bu gün burda yerləşən Həsən Əliyev adına Universitet, Elmlər Akademiyası, Tibbi Məktəb və Gəncə Dövlət Universiteti (keçmiş Pedaqoji İnstitut) mövcudluğu sxolostik ən ənənin hələ də davam etdiyinin bariz nümunəsidir. Dörd dövlət və iki özəl ali təhsil müəssisəsi tərkibində 24,000 tələbə ilə şəhərdə fəaliyyət göstərir.

Çoxlu sayda küçə və yollarl, gözəl tərtib olunmuş parklar Gəncə şəhərini ölkənin bir çox şəhərlərindən daha cazibədar və gözəl edir. Gəncə şəhərinin arxitekturasında ciddi mənada Alman arxitekturasının izləri görünür. ( Sovet İttifaqının parçalanmasından sonra ermənistanla müharibə təhlükəsi, dövlətin tərk edilməsində məhdudiyyətin olmaması və ana yurdun çağırışı burdakı Almanların 1990 cı illərin əvvələrində buranı tərk etmələriylə nəticələndi.)

Geniş bir əsas meydan, Sovet arxitekturasından miras qalan (bəziləri gözəl vəziyyətdə qalıb), möhtəşəm sutunlarla bəzədilmiş böyük bələdiyyə binasına bənzəyir. Leninin heykəli əsas meydandan götürülməsinə baxmayaraq şəhər hələ də öz görünüşüylə əvvəlki dövrləri xatırladır.

Şah Abbas məscidi (Cümə məscidi)

Xətai küçəsinin yanında əsas meydandan cənubda, parkda yerləşən 17 ci əsrə aid iki uzun minarəli və günbəzi dekorativ bəzədilmiş Şah Abbas vəya Cümə məscidini qeyd etməmək mümkün deyil. Qırmızı-kərpicli bina alim, arxitektor Şeyx Bagauddin tərəfindən tərtib edilib və gözəl şəbəkəylə bəzədilib. Burda həmçinin digər balaca məscidlər vardır.

İkimərtəbəli təvazökar karvansaraya biz Gəncə Mehmanxanasının yaxınlığında rast gələ bilərik. Onların yanında isə Nizamiyə həsr olunmuş daha bir rəngarəng, mozaik bir abidə ucalır.

Digər bir nişanə isə qısa ömürlü “Azərbaycan Demokratik Respublikasının” ilk parlamenti, əslində isə bu bələdiyyə binası olub, hal hazırda kənd təsərrüfatı məktəbi kimi istifadə olunur. Parlamentin yanında geniş və gözəl şəhər parkı, 16 əsrin qalıqları olan qala divarları və çayxana yerləşir.

Abbas məscidinin yaxınlığında yerləşən hamamlar valeh edici rəng çalarlarına və diqqəti cəlbedici günbəzə malik olmasına baxmayaraq o qədər də qədimi deyil. Hamamların arxasında 19 cu əsrə aid Cavad xanın sərdabəsi və Gəncə küçəsini keçsəniz özünüzü Gəncə kinoteatrının qarşısında görəcəksiniz. Əgər bir neçə küçə şərqə doğru irəliləsəniz müasir hamamlara rast gələ bilərsiniz.

Xristianların ( Ermənilər, Ruslar, Almanlar ) çoxunun buranı tərk ertdiyini nəzərə alarsaq şəhərdə yalnız bir neçə kilsə ziyarət edilməkdədir. Bunlar- şəhərin cənubunda yerləşən dağılmış Erməni kilsəsi, Aleksandr Nevski kilsəsi (indiki kukla teatrı) və universitetin yanında yerləşən 19 cu əsrə aid ortodoks kilsəsi. Dövlət Dram Teatrı Abbaszadə küçəsində, Dövlət Filarmoniyası isə Atayev küçəsində yerləşir.

Bu yerin qəribə tikililərindən isə iki mərtəbəli təxminən 50,000 şüşə butulka ilə bəzədilmiş butulka evi nümunə göstərmək olar ! ( Hüseynli və qaria küçələrinin kəsişməsində ) Dekorasiyalar tərkibində WWII dən etibarən rəhmətə getmiş ailə üzvlərindən birinin portreti təsvir edilib. Butulka evdən şimala doğru isə Mir Bağır Ağanın məzarı yerləşir.

Əgər sizin vaxtınız varsa onda tarix muzeyini ( Atatürk prospekti, bələdiyyə binasının yanında) və ya Akademiya muzeyini (köhnə parlament ilə üzbəüz), hər ikisi 20ci əsrin yeni varlı malikanələr. Alış veriş etmək üçün isə Nizami küçəsində yerləşən mərkəzi univermağa gedə bilərsiniz.

Yeni tikilən arxitektura nümunələrinə isə təzə tikilmiş yerli bankları misal göstərmək olar. Burdakı stadion Gəncənin Kəpəz futbol komandasının ev meydançasıdır. Avropa futbol yarışlarında müstəqil Azərbaycanın ilk qolu Kəpəz komandasının oyunçusu Y.Süleymanov tərəfindən atılmışdı.

Şəhərdən kənarda, mərkəzdən 6 km şərqdə Bakı küçəsinin yaxınlığında (yarım işlək vəziyyətdə olan aliminum zavodundan sonra) siz köhnə Gəncənin dağıntılarına rast gələ bilərsiniz.

Bu dağıntıların yalnız az bir hissəsi qalmış və bu ərazidə Tank birliklərinin yerləşdirilməsi səbəbiylə onların görülməsi çətinləşmişdir. Lakin yaxınlıqdakı Nizami məqbərəsini görməyə dəyər. Bu sənət əsəri 1991 ci ildə inşa edilmiş və 1940 cı illərin axırlarına aid bənzəri sütun abidəni əvəz edir.

Məqbərə zərif mərmərlə örtülü strukturaya sahib olub, 20 m hündürlüyündədir. Məqbərənin arxasında isə Nizaminin kitablarından səhnə mənzərələrinin təsvir edildiyi dəmirdən yonulmuş nümunələrlə dolu açıq sahə vardır.

Gəncədən 15 km şimal-şərqdə, Aznixi kəndindən sonra siz İmanzadəyə rast gələcəksiniz. Bu gözəl kərpicdən tikili göy qümbəzli bina, 8 ci əsrə aid İmam Bağır ibn İbrahim məqbərəsinin qurulduğu qəbirstanlıqla əhatə olunub. İçərisində siz qara pərdələrlə örtülü məzarla qarşılaşacaqsınız. Binanın həqiqi tikilmə tarixi məlum deyil, amma mövcud dizayn 19 cu əsrdə aparılan bərpa işlərindən qalma bir yadigardır.

Şəhərdə yemək yeyə biləcəniyiz bir cüt gözəl restoran, bir neçə çeşid yer mövcuddur. Elmlər Akademiyasından şimalda Univermaq, əgər istəsəniz şəhərin şimal şərq sektorunda böyük bazar yerləşir.





















 
Pasa_007Date: Bazar ertəsi, 2012-07-23, 2:41 PM | Message # 2
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Sənayesi
Yaxınlıqda yerləşən mədənlərdən əldə edilən filiz minerallrı mis və alüminium istehsal edən Gəncə metallurgiya sənayesini təmin edir. Burda həmçinin qab-qacaq, ipək və ayaqqabı sənayeləri də mövcuddur. Digər sənayelər isə Gəncəni əhatə edən fermalarda ərzaq, üzüm və pambıq istehsal edir. Gəncədə kənd təsərrüfatı məktəbiylə yanaşı bu məktəbə kənd təsərrüfatı üzrə ayrılmış təcrübü sahə və pambıq tədqiqatları ilə məşğul olan İnstitut fəaliyyət göstərir.

Gəncə şəhəri ölkənin əksər şərq-qərb istiqamətlərində avtomobil və dəmir yolları ilə təmin edilib (hər ikisi Gürcüstana gedir). Siz Bakıdan Gəncəyə gedən avtobusa minə bilər və yaxud şəhərin təmin edildiyi hava limanından da istifadə edə bilərsiniz (hava limanının kodu: KVD - tel. 60263 / faks 61305). Burda İmair və Turan hava yollarına ( ünvan –Artatur prospekti 254 tel 66000), aid bəzi beynəlxalq uçuş reysləri fəaliyyət göstərir. Bu reyslər həmçinin Naxçıvan və Bakıya (AZAL hava yolları) da uçuş reyslərini reallaşdırırlar. Gəncəni İran və Türkiyə dövlətləri ilə birləşdirən avtobuslar xidmət göstərir. Dəmir yolunun mərkəzdən 5 km aralı olmasıyla yanaşı burda Bakıdan gəlmə qatarlar fəaliyyət göstərir.

Əgər burda qalmaq üçün mənzilə ehtiyacınız olsa siz Nizami heykəlinin yaxınlığında yerləşən Kəpəz mehmanxanasından vəya daha da mərkəzdə Elmlər Akademiyasının yanında yerləşən Gəncə mehmanxanasının xidmətlərindən istifadə edə bilərsiniz. (Bakıdan 300 km qərbdə)

Bilindiyi kimi banklar iqtisadiyyata birbaşa təsir göstərir, lakin iqtisadiyyatın əsasını istehsalat təşkil edir. Sovet ittifaqının tərkib hissələrinə ayrılmasının nəticəsi olaraq şəhərin müxtəlif həcmli bazar və xammal iqtisadiyyatı əsasında qurulmuş sənaye müəssisələrinin əksəriyyəti həm bazar həm dəki xammal bazasını itirdi. Bunun məntiqi nəticəsi olaraq aliminium, farfor, şirniyyat malları, alət hazırlama, konservləşdirmə, mebel, dəmir-beton zavodu, qeyri metal istehsal edən zavod, “Billur” zavodu, pivə zavodu, xalça və toxuculuq kombinatı və şəhərin digər müəssisələri öz istehsallarını dayandırdılar. Bu isə ölkədə işsizlərin sayının artmasına və bunun məntiqi nəticəsi olaraq şəhər əhalisinin yaşam səviyyəsinin kəskin düşüşlə nəticələnməsinə gətirib çıxartdı. Bir çoxları şəhəri tərk edərək ölkənin paytaxtı olan Bakı şəhərində vəya qonşu ölkələrdə məskunlaşaraq, iş axtarışlarına başladılar.

Sovet ittifaqının parçalanmasından sonra anarxiya dolu bir period, məhkəmələrin mövcudiyyət göstərə bilməməsi, baş almış qanunsuzluq daha çox şəhər əhalisinin qabiliyyətli, bacarıqlı təbəqəsinin burdan mühacirət etməsiylə (onlardan bir qismi hətta hər hansı digər dövlətdə onların imkan və bacarıqlarını qiymətləndirə biləcək ölkənin vətəndaşı olmağa tələsirdilər) nəticələndi. Lakin biz ümid edirik ki, Gəncəlilər öz doğma məskənlərinə üz çevirməyəcək, maddi və mənəvi olaraq şəhərə qayıdaraq bizneslə məşğul olacaq, iş yerləri açacaq və bununla da doğma şəhərin yenidən dirçəlməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

“Həyat ikitəkrli bir arabaya bənzəyir , biriləri yuxarı qalxarkən digərləri aşağıya doğru yuvarlanır”. Zaratuştranın sözlərinin təsdiqi olaraq Gəncə keçirdiyi kataklizmalardan sonra yenicə rahat nəfəs almağa başladıqdan sonra ta qədim əsrlərdən etibarən başladığı inkişaf yolunu davam etdirir. Kiçik çörəkxanalar, şirniyyat mağazaları açılır, gözəl yerlərdə ticari dükanlar açılır, yanacaq doldurma stansiyalarının, kiçik müəssisələrin dükan və mehmaxanaların özəlləşdirilməsi müvəffəqiyyətlə həyata keçirilir.

Buna ən açıq bir nümunə olaraq isə açıq tipli “Metal-plastik” birləşmiş səhmdar cəmiyyətinin (bizim düşüncəmizə görə marketing, istehsalın və idarəetmənin təşkili sahələrində bir model(şablon) olan) özəl sektorunun inkişafını qeyd etmək olar. Yeni nəsil menecerləri tərəfindən idarə olunan bu müəssisə 75 adda müxtəlif məhsul- təhsil üçün lazımi avadanlıqdan tutmuş (stol, lövhə və s.) ofis mebeli, uniforma, istehlakçı malları 40mm-120 mm lik mıxlar, akumulyatorlar( 60,100, 180 amper), plastik məmulatlara( ağırlığı 1 qr -5kq-a qədər) kimi istehsal edir. Tarazlaşdırılmış qiymət siyasətinə və qüdrətli marketingə əsaslanan istehsal heç vaxt anbarlarda yığılıb qalmır. Soldaki şəkildə müəssisəyə aid rəngarəng və informasiya dolu bukletin yalnız kiçik bir hissəsi təsvir edilib.

“Billur” zavodu sahəsi 1 hektardan çox istehsal ərazisi, 100 işçi və Sovet dövrlərindən etibarən əsasən electronika üzrə ixtisaslaşmış, bununla da kalkulyator, electronik oyunlar və hərbi məhsulların icarəyə verilməsi mümkün olmuşdur. Bu gün dünya tanınmış televizor markaları ilə eyni səviyyədə rəqabət apara biləcək “Merkuri” televizorlarının istehsalı ilə məşğul olur və illik olaraq 900 milyon manatlıq telvizor istehsal edir.

Tərkibində 700 dən çox şəhər əhalisinin işlədiyi alət hazırlama zavodu şəhərin qabaqcıl müəssisələrindən biri olub, qaz və su vergilərinin toplanılması hesabına illik olaraq 4 milyard manat əldə edir ki öz sırasında bu məbləğə Bakıda ciddi ehtiyac var. Bu ixrac üçün nəzərdə tutulmuş məhsullar heç də keyfiyyət cəhətdən digər qərbi şirkətlərin məhsullarından fərqlənmir, yeganə fərq isə bu məhsullara təyin olunmuş qiyymətlərin digər şirkətlərin qiymətlərindən daha aşağı olmasıdır.

Xüsusi diqqəti isə keçmiş Aliminium zavodu indiki "Glinozem" sənaye assosiasiyasına ayırmaq lazımdır. Bu sənaye nəhəngi 1976 cı ildə quraşdırılmış, 1986 cı ildə isə boksitlərin istehsalı sahəsində aparılan işlər və çatdırma xidmətləri, 450 min ton aliminum oksidlərinin hazırlanması üçün nəzərdə tutulmuş 300 min ton boksitin və 150 min ton alunitin dəyişdirilməsi sayəsində genişləndirilmişdir. İkinci dərəcəli məhsulların istehsalı üçün müəyyən edilmiş məhsulların istehsalının nəticəsi olaraq 390 min ton sulfat turşusu və 103 min ton kalium sulfadı misal göstərmək olar. Müxtəlif dövrlərdə müəssisədə 2000-3000 insan arası fəaliyyət göstərib. Göstərilən zaman müddətində mal göndərən və istehlakçı ilə olan münasibətlər pozulmuş və zavod tələbatın az olması səbəbiylə ümumi potensialının yalnız 5-10 of %-ni istehsal edərək, yaranan situasiyadan çıxış yollarını axtarır və gələcək inkişaf üçün lazımı addımları atmağa çalışır. Diqqəti cəılb edən bir digər amil isə müəssisənin idarələrinin təmiri nəzərdə tutulub ki, bu da öz növbəsində zavodun sahib olduğu müştəri və investorların qarşısına sınıq- salxaq, çirkli otaqlarda deyil əksinə atalar sözlərində qeyd olunduğu kimi adamı geyiminə görə qarşılayarlar təbirinə uyğun olaraq təmir olunmuş rahat otaqlarda qarşılanmasıdır.

Birbaşa investisiyaya misal olaraq şəhərin ərazisində tikilmiş türk iş adamına aid zavodu qeyd etmək məqsədəuyğun olardı. Bu zavod "Fatoğlu" şirkətinə aid olub 1999 cı ildən ettibarən işə başlamış və bunun məntiqi nəticəsi olaraq şəhər sakinləri işlə təmin olunmuşdular.

Bura şəhərin biznes sahəsində - kafelərin, dükanların, şirniyyat dükanlarının açılması üçün gələn xarici şirkətlər və özəl şəxslərdən fərqli olaraq bu zavod daha çox iş görərək yüksək dünya standartlarına cavab verən, müasir nəhəng zavodu tikmişdir. Bu zavod işə başladıqdan sonra isə bu zamana qədər idxalçılar tərəfindən un qiymətlərinə nəzarət edilməsinin sayı yerli bazarda kəskin surətdə azaldı.

Açıq tipli birləşmiş səhmdar şirkəti olan "Gancə-mebel" 1998 ci ilin yayında Azərbaycanda özəlləşmənin ilk mərhələsinin həyata keçirildiyi bir dövrdə yardıldı. Açıq tipli birləşmiş səhmdar şirkətə aid səhmlərin 72 %-i özəl şəxslərə, yerdə qalan 28 %-i isə dövlətə aiddir. Müəssiənin yerləşdiyi sahə şəhərin mərkəzində yerləşərək 4.5 hektardan artıq ərazini əhatə edir. Şirkətin mülkiyyəti elektrik yarımstansiya, dəmiryolu xətti, qaynarxana, şəhər və bəzi rayon mərkəzlərindəki dükanlar, mal anbarları, restoranlar, kirayəlik idarələr(ofislər), və nəhayət yeni ticarət mərkəzindən (tikinti işləri davam edir) ibarətdir. Yeri qəlmişkən müəssisə müxtəlif növ qiymətli ağac növlərindən mebel,qapı və pəncərə hazırlayır. İki il boyunca sənaye dükanlarını bərpa edərək açıq tipli birləşmiş səhmdar şirkəti indi özünə əməkdaş və satış üçün bazar axtarışındadır.

Qida istehsalı sənayesi sahəsində ət istehsalı zavodu və süd fabriki kimi nəhəng "Ət-süd" birləşmiş müəssisəsi, "Şirniyyat malları" birləşmiş müəssisəsi, "Gəncə Şərab-1 " və "Gəncə Şərab-1 " birləşmiş müəssisəsələri keçmiş Sovet hökuməti dövründə yaradılmış və hal hazırda cəmi potensialının 5-10 %-ini istehsal etməklə fəaliyyət göstərir.– Azərbaycan-Alman birləşmiş müəssisəsi olan "Korund" şirkəti 5 növdə üzüm-“Nazlı”, “Naz-naz”, “Mədrəsəli”, “Sarı ”, “Qaragilə” yetişdirir. İllik olaraq 100 min dekalitr istehsal edir.

Keçmiş Sovet İttifaqına aid yüksək ixracatlı qida istehsalı sənayesi zaman ötdükcə kiçilərək bazardakı ani dəyişiklərə yerindəcə müdaxilə edərək reaksiya verə bilən kiçik tipli mobil müəssisələrlə əvəz olundu. Kiçik çörəkçiləri, şirniyyat mini-dükanları və sərin içki təklif edən dükanları, mini-fermaları və bu sahədə ixtisaslaşmış şirkətləri belə müəssisələrə aid etmək olar.

Xüsusiylə banka hazırlama üzrə ixtisaslaşmış "RDR" şirkətini qeyd etmək yaxşı olardı. Bu şirkət Azərbaycanın dağlarından yığılmış meyvələrdən hazırlanmış ekoloji cəhətədən təmiz məhsullar istehsal edir. Qoz mürəbbəsi, qızılgül ləçəkləri, şaftalı, əncir, qeysi, əncir mürəbbəsi, zoğal kampotu-bütün bunlar şirkətin istehsal siyahısına daxildir. Bu müəssisə 2000 ci ilin May ayından etibarən fəaliyyət göstərir. Ən əsası isə bu şirkətin müasir dünya bazarında lazımı inkişafa nail ola bilmək üçün gərəkən özəl ştrix kodu mövcuddur.

Qarşıdan gələn aylarda yeni növ heyva, alma mürəbbələrinin, nar soklarının hazırlanması nəzərdə tutulur. Xiyar, pomidor,zeytun,badımcan turşularının istehsalı planlaşdırılıb.

Şəhərdə toy mərasimləri, prezentasiyalar və qəbulların keçiriləbiləcəyi yeni restoran və şadlıq evləri istismara verilib. Bu məkanda son ildə "Planet" və "Kür-Xəzər" restoranları yüksək səviyyəli xidmətlərin göstərildiyi yer kimi tanınır.

Added (2008-08-08, 01.37)
---------------------------------------------
Təhsil, Səhiyyə və Mədəniyyət ocaqları
Gəncə Azərbaycanın əsas elm və təhsil mərkəzlərindən biri olub, Bakıdan sonra elm və tədrisin miqyasına görə ikinci şəhəridir. Burda tərkibində 24000 tələbə və 2800 dən çox müəllim (99-u elmlər doktoru, 44-ü elmlər namizədi, 584-ü isə baş mühazirəçidir. ) bulunduran dört dövlət və iki özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Yuxarıda qeyd edilənlərdən ilk öncə ölkəmizin ən qədim təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasını (ADKTA) qeyd etmək olar. Akademiya 45 şöbə, 8 fakültə və 24 müxtəlif ixtisas üzrə fəaliyyət göstərir. ADKTA şəhərlərdə və ümumiyyətlə ölkə daxilindəki fəaliyyət göstərən digər ali məktəblər üçün yaralı kadrlar hazırlamış və hal hazırda da hazırlamaqda davam edir. Bugün burda 1199 müəllim (onlardan 28-i elmlər doktoru, 3-ü elmlər namizədi, 229-u isə baş mühazirəçidir.

Gəncə Dövlət Universiteti (son zamanlara qədər Pedaqoji İnstitut) 26 fakültədə 22 ixtisas üzrə fəaliyyət göstərir. Gəncə şəhərində fəaliyyət göstərən digər ali təhsil müəssisələri isə Azərbaycan Dövlət Texnologiya Universiteti (29 fakültə, 24 ixtisas) və Azərbaycan müəllimlər İnstitunun Gəncə filialından ibarətdir.

Şəhərin iki özəl tədris müəssisəsi – Nizami Gəncəvi adına Gəncə Universiteti və Azərbaycan Aqroekologiya İnstitutu- Gəncə şəhərindəki ilk özəl müəssisələrindən biridir.

Şəhərdəki orta təhsil müəssisələri- Gəncə Dövlət Humanitar Kolleci, Texniki kollec, Kənd təsərrüfatı texnikumu, H.Hüseynli adına Musiqi texnikumu və 1931 ci ildə qurulmuş Q.Qurbanov adına Tibb məktəbindən ibarətdir. 40 ali məktəb və 3 internat məktəblərində 4360 dan cox müəllim 44610 məktəb şagirdin tədrisi ilə məşğul olur.

Ali məktəblərlə yanaşı Mehdi Mehdizdə adına 14 N-li İngilis dili təmayüllü məktəbi ( YUNESKO məktəbləri assosiasiyası üzvü) qeyd etmək gözəl olardı.

Bu məktəb sözün əsl mənasında orta təhsil mərkəzi olduğunun bariz nümunəsi olub bir sıra mükafatlar sahibi Əsgər (Çingiz) Ələkbər oğlu Əsgərov tərəfindən 37 ildən artıqdır ki idarə edilir. Məktəbin buraxışları sahib olduqları qeyri adi zəka, məntiqi düşüncə tərzi, öz üstünlüklərinin dərk edilməsi, ali tədris ocaqlarında öz qabiliyyətlərini artırabilmə potensialı, mütəxəssislik və gözəl karyera, biznesə olan müsbət maraqlar və xaricilər tərfindən sual almağa alışdıqları “Sən də 14 N-li məktəbin şagirdi olmusan ?” xüsusiyyətlərinə sahibdirlər. Beləliklə bərabər qiymətləndirdikdə 14 N-li məktəb şagirdlərinin imkanları daha üstün görülür.

Məktəbin məzunları şəhərdə və ölkəmizə əziz insanlar olub, bu məkanda yaxşı tanınırlar. Onlardan dövlət nümayəndələrinə, deputatlara, ali məktəb müəllimlərinə, elmi işçilərə və bank, fabrik, zavod müdirlərinə, tərcüməçilərə, mühəndislərə və iş adamlarına (biznesmenlər) rast gəlmək olar.

Məktəb məzunlarının əksəriyyəti səhiyyə xidmətləri sahəsində fəaliyyət göstərir. Gəncədə 40 tibbi müəssisə mövcuddur ki, onlardan 22-si ambulator xəstələrə xidmət göstərən – ambulator , 8-i isə stasionardır. Bu siyahıya 8 ixtisaslaşmış dispanseri – kardeoloji, narkoloji, psixi nevraloji, onkoloji, ambulator, dəri-zöhrəvi və endokrinaloji. Şəhər əhalisinə 6 poliklinika (onlardan 5-i 1,2,... deyə nömrələnib) və sonuncusu isə Abbas Səhhət adına xəstəxananın nəzdində fəaliyyət göstərərək xidmət edir.

Şəhərin ən böyük xəstəxanası 475 nəfərlik akademik Zülfüqar Məmmədov adına təcili yardım xəstəxanası olub, ən böyük poliklinikası isə 51,000 dən çox insana yəni təxminən şəhər əhalisinin gənc nəslinin 1/5-nə xidmət göstərən 12 N-li poliklinikadır.

Hal hazırda 1040 həkim (onlardan 26-sı namizəd, iki elmlər doktoru, 86 yüksək səviyyəli həkimlər Gəncənin səhiyyə sisteminə cəlb edilib və burda fəaliyyət göstərir. Yerdə qalan 5000 səhiyyə işçisi isə ikinci dərəcəli tibbi personaldan (2360 nəfər) və texniki personaldan ( sürücü, mühafizə, təmizləyici və digərləri) ibarətdir.

Fiziki mədəniyyət və idman mərkəzlərindən savayı şəhərdə Cəfər Cabbarlı (Azərbaycanın tanınmış dramaturqu) adına Gəncə Dövlət Dram teatrı, Fikrət Əmirov adına Gıəncə Dövlət Filarmoniyası, "Zarrabi"poeziya teatrı, Gəncə Dövlət kukla teatrı kimi bizə miras qalan ən qədim mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

Şəhərdə 5 Musiqi məktəbi, Uşaqlar üçün peşə məktəbi, İncəsənət məktəbi, 5 muzey, 3 mədəniyyət evi, 6 klub, musiqi evi , 27 kitabxana fəaliyyət göstərir.

Yuxarıda qeyd etdiyimiz dövlət tərəfindən maliyyələşdirilən məktəb və mərkəzlərdən başqa burda həmçinin orkestr şöbəsi, İstirahət mərkəzi, 3 istirahət parkı, tətbiqi və dekorativ incəsənət mərkəzi, “Gülşən” rəqs ansamblı və “Ulu Gəncə” ansamblı kimi özəl müəssisələr də fəaliyyət göstərir. Təhsil sahəsində 1300 dən artıq insan iştirak edir.

İncəsənət nümayəndələri ilə yanaşı yaxşı olardı ki, respublikamızın mərhum Zülfügar Barat zadə və Məmməd Bürcəliyev, Ələddin Abbasov və Saday Mustafayev kimi sevilən incəsənət xadimlərini qeyd edək. Müğənni Şaxnaz Qasımova həmçininAzərbaycan Xalq Artisti adına layiq görülüb. Hal hazırda şəhərdə 8 tanınmış aktyor və 49 incəsənət işçisi fəaliyyət göstərir.

Vaxtilə Gəncə Azərbaycan mədəniyyətinin inkişafı tarixində əhəmiyyətli rol oynamışdır. Bir çox əsərlərinin dünya şöhrəti qazanmış alim və şairlər burda doğulub, yaşamışlar. Əlbətdəki Məshəti Gəncəvi yaradıcılığını qeyd etməmək mümkün deyil. Məshəti xanım zamanının xalq tərəfindən sevilən və hörmət edilən istedadlı şairələrindən bir olmuşdur. Azərbaycanın əvəzedilməz dünya şöhrətli şairi və mütəfəkkiri Nizami Gəncəvi, bu dövrlərdə Gəncədə yaşayıb yaratmışdır. Onun Xəmsəsi dünya ədəbiyyatının nadir incilərindəndir.J.E.Bertelsin sözlərinə görə Nizami sahib olduğu fövqəladə hiss, duyğu zənginliyilə əbədi olaraq insanlığın zehnlərini fəth edib.

Added (2008-08-08, 01.40)
---------------------------------------------
Əsrlər boyu mədrəsə və dini məktəblərdə təhsil programlarının olmamasına baxmayaraq şagirdlər klassik şərq ədəbiyyatı ilə tanış olmuşlar. Əslində Gəncədə tanınmış şair və müəllim olan Mirzə Şəfi Vazeh məktəb üçün hazırlanan dərsliyin ilk müəllifi olmuşdur. Cümə məscidinin yanında, mədrəsədə 100 dən çox tələbə tədris alırdı. 1833 cü ildə Gəncədə rayon məktəbləri açıldı. 1833 cü ildə tələbə sayısının 38 olduğunu nəzərə alırsaq bu tərkib 50 ci illərdə 100-ü keçmişdi.

XIX əsrin birinci yarısında Gəncədə xüsusi məktəblər fəaliyyət göstərməyə başladı və 1860 cı ildə artıq 198 nəfər burda təhsil almışdı. 60 cı illərin ortalarında Gəncədə artıq 981 insan təhsil almışdı.

Gəncə həmçinin elmin inkişafında da əvəzedilməz rol oynamışdır. Şərq təhsilini Rusiyada yaradıcılarından biri Gəncədə yaşayıb yaratmış və ilk təhsilini mədrəsədə almış M.D.Topçubaşov(1784-1869)- dur. 1877 ci ildə İran səfirliyinin tərkibində Sankt Peterburga getmiş, daha sonralar Peterburg Universitetinin professoru kimi Rus Arxeoloji Cəmiyyətinin Numizmatika şöbəsinin yardıcılarından biri olmuş və ömrünün axırına qədər bu şöbənin şərq bölməsinə başçılıq etmişdir. Gəncədə yaşayıb yaratmış şairlər arasında Mirzə Mehdi Nəci, Molla Abdulla, Hacı Abbas, Xaki və digərlərini qeyd etmək olar. Mirzə Şəfi Vazeh( 1794 - 1852 ) Azərbaycanda maarifçiliyin inkişafında mühüm rol oynamış incəsənət nümayəndələrindən biridir.

Gəncədə milli teatr olmayıb. Bunun əvəzində burda milli oyunlar, şəbəkə, cürbəcür sərgilər fəaliyyət göstərmişdir. Milli oyunlarla yanaşı burda fəaliyyət göstərən Rus teatrının nümayəndələrinin çıxışları idi ki, bu da öz növbəsində Gəncədə mövcud Rus dilinə olan marağın bariz nümunəsi idi.

Gəncədə bir neçə kitabxana fəaliyyət göstərirdi. Onların tərkibi əsasən dərsliklərdən ibarət idi.

XIX əsrin 70 ci illərində Gəncə eyni adlı əyalətin mərkəzi oldu. Şəhər haqqında qanunun 1870 ci ildə qəbul edilməsinə baxmayaraq yalnız 27 il sonra Gəncədə qüvvəyə mindi.

Kapitalizm boyunca geniş inkişafa nail olunmuş, ustaların sifarişiylə deyil, birbaşa bazar üçün hazırlaya bildikləri sənət şöbələri fəaliyyət göstərirdi. Bu dövrlərdə ən çox qabaqcıl sənət sahələrindən dəri məmulatlarının hazırlanması, toxuculuq , xalçaçılıq və digərlərini misal göstərmək olar. Sənət öz əvvəlki əhəmiyyətini qoruyaraq Gəncə əhalisinin əsas məşğuliyyətlərindən biri olaraq qalırdı

Gəncə zadəfanları istehsal sahələrinə və açılan yeni müəssisələrə pul qoymağa başlamışdı. Xüsusilə şərab hazırlama, konyak istehsalı, səməni şəkəri sahələri intensiv inkişaf edirdi.

Gəncədəki ticari müəssisələr tədricən "Forer Qardaşları", " Qomel Qardaşları", "Yelizavetpol", "Konkordia", "Pobeda", " P. və E. Əmirxanov Qardaşları", "E.Franke və I.Polonskiy", "Aşxatank" və birləşmiş səıhmdar şirkət olan

"Cənub çoxuçuları" kimi ticarət cəmiyyətləri tərəfindən özəlləşdirilməyə başlanmışdı.

Meyvə şirəsi hazırlayan fabrik inkişaf edir, meyvə istehsal sənayesi Gəncədə mühüm rol oynamışdı. 1906 cı ildə “ səməni şəkərinin istehsalı və emalı ilə məşğul olan Qafqaz cəmiyyəti” birləşmiş səhmdar cəmiyyətinin sahib olduğu fabrik əsas müəssisələrdən birinə çevrildi. Cəmiyyət İngilis və Amerikan kapitalının əsasında quruldu.

Təmizlənmiş pambıq istehsalının inkişafı birbaşa olaraq əyalətdəki pambıq sənayesinin illik artışına səbəb oldu. 1900 cu ildə 2 pambıq təmizləmə zavodu burda fəaliyyət göstərirdi. Hər zavodda 20 işçi işləyirdi. 1911 ci ildə əyalətdə 24 mövcud pambıq təmizləyən zavoddan 5-i Gəncədə yerləşirdi. Bu zavodlardan hər birində illik ortalama olaraq 100 pud təmizlənmiş pambıq istehsal edilirdi.

Geniş pambıq təmizləmə zavodlarında istehsal edilən yüz minlərlə pud təmizlənmiş pambıq Moskva, Lods və digər şəhərlərə göndərilirdi. Bu zavodlar "Ümid", "Ulduz", "Xlopok", " Kevarkovi Qardaşları ", " Rəfiyev Qardaşları " və komersiya-istehsalat cəmiyyəti olan " Arzumanov və Co " ticari şirkətlkərinə məxsus idi. Ticari şirkətlərin qurucuları əsasən Gəncə vətəndaşları idi. 1919 cu ildə təmizlənmiş pambığın istehsalı ilə məşğul olan digər birləşmiş səhmdar cəmiyyət olan “Yelizavetpol kənd təsərrüfatı və istehsal ticarəti” yaradıldı.

İnqilabdan əvvəl Gəncədə keçən əsrin 50 ci illərində qurulmuş tütün fabriki fəaliyyət göstərirdi. Kərpic zavodları da istehsalatda əhəmiyyətli yerlərdən birini tuturdu. İstehsakl yalnız yerli əhalinin tələblərini deyil, həmçinin əyalətin rayon və kəndlərinin tələbatını ödəyirdi.

1883 cü ildə şəhərin iqtisadiyyatının inkişafına səbəb olan Bakı –Tiflis dəmiryolu fəaliyyətə başladı. Bu dəmiryolu vasitəsilə bütün Qafqaz ölkələrinə yerli kənd təsərrüfatı və istehsal məhsullarının göndərilməsi mümkün oldu. Bütün bunlarla yanaşı Gəncə şəhərinin Bakı ,Şuşa, Tiflis və İrəvan şəhərləri ilə əlaqələri dəmiryolu vasitəsilə daha da sıxlaşdı. İstehsal məhsulları vagon və çənlərdə bu xətt vasitəsilə yuxarıda qeyd etdiyimiz şəhərlərə göndərilirdi.

Kapitalizmin inkişafının nəticəsi olaraq şəhərdə geniş miqyasda Bank-kredit sistemi yarandı. 1896 cı ildə Azov-Don ticarət bankının filialı, 1905 ci ildə ilk və 1907 ci ildə ikinci qarışıq ticarət-kredit cəmiyyətləri, 1912 ci ildə Tiflis ticarət bankının şöbəsi, 1913 cü ildə Volgodonsk ticarət bankı agentliyi və uzun sürən danışıqlardan sonra 1916 cı ildə Dövlət Yelizavetpol bankı açıldı.

Kapitalizmin inkişafı Gəncə şəhərinin mədəniyyətinin inkişafına müsbət təsir göstərdi. Bu özünü təhsilin inkişafında da göstərirdi. Bu dövrlərdə Gəncədə müxtəlif məktəblər (bura məscidlərin nəzdində fəaliyyət göstərən dini məktəblər-mədrəsələr də daxildir) fəaliyyət göstərirdi. 1883 cü ildə Gəncədə “Müqəddəs Nina adına Xeyriyyə cəmiyyəti” nin nəzdində ilk qadın orta məktəbi fəaliyyət göstərməyə başladı. 1924 cü ildə isə şəhərdə pedaqoji seminariya açıldı. Seminariyanın ilk ilində bura 18 nəfər (onları əksəriyyəti varlı ailələrdən idi) qəbul edildi.

1918 ci il İnqilabı varlıların əlindən sahib olduqları imtiyazları alaraq onları sadə kasıb əhaliylə bir tərəziyə qoyaraq Gəncənin inkişafına öz təsirini göstərdi. Bir çox Gəncəli (hətta varlı olmayanlar da) İran və Türkiyəyə üz tutaraq buranı tərk etdi və təxminən 70 ilə yaxın öz doğmaları və ana vətənlərindən uzaq qalmaq məcburiyyətində qaldılar. Yalnız 1990 cı illərin axırlarında onlar yenidən vətənə qovuşmaq imkanı əldə etdilər.

Sovet hakimiyyətinin ilk dövrlərində su təchizatı məsələsi aktuallıq qazandı. Şəhərin təşəbbüsü ilə su hövzələri quraşdırıldı. Yeni su borularının quraşdırılmasından öncə köhnə borular və hövzələr təmir edildi. 1936 cı ildə tikilən su kəməri şəhər əhlinin su ehtiyacını ödədi. 1939-1940 cı illərdə Gəncədə yeni su kəmərlərinin tikintisi başladı və ikinci dünya müharibəsindən sonra ağır keçən bir neçə ilə tamamlandı.

1920 ci ildə Gəncədə 14 başlanğıc və 4 ali məktəb fəaliyyət göstərirdi. 1923 cü il yanvarın birinə olan məlumata əsasən 2.794 məktəbli Gəncənin ibtidai məktəblərində təhsil alırdı. 1928-29 cu illərdə Gəncə ibtidai təhsil sistemi burda mövcud uşaqların 95 % -ini əhatə edirdi. 1936 cı ildə bu proses Gəncəylə sərhədlənməyib , bütün Azərbaycanı əhatə etdi. 1939 cu ilinə məlumata göre Gəncədə 16 ali təhsil məktəbi fəaliyyət göstərirdi.

1931 ci ildə hidromeliorasiya institutu, Bakıdakı 2 kənd təsərrüfatı məktəbi Gəncəyə köçürülmüş və 1933 cü ildə onlar birləşdirilərək 6 fakultəli Kənd təsərrüfatı institutu yaradılmışdır. Bundan başqa yaxın illərdə Gəncədə həmçinin ikiillik pedaqoji institut, Gəncə musiqi texnikumu, Krupskaya adına Gəncə tibb texnikumu və mütəxəssis hazırlama texnikumu şəhərdə fəaliyyət göstərmişdir. İllər keçdikcə Gəncədəki mədəniyyət mərkəzlərinin sayı artır. 1940 cı ilə olan məlumatlara görə burda 9 kitabxana, 13 klub, 7 oxu zalı mövcud idi. Milli təhsilin inkişafında əlbətdə ki, mühüm yerlərdən birini 1920 ci ildə Gəncə şəhərində yaradılmış Nəşriyyat evi tutur. " Qırmızı Gəncə ",

" Yeni Gəncə ", " Qızıl Gəncə "., " Zərbə”, " Gəncə bolşevik " qəzetləriylə yanaşı burda həm də bir sıra jurnallar çap edilirdi.

1946 -1950 ci illərdə bütün ölkədə olduğu kimi Gəncəni də represiya, həbslər, deportasiya dalğası bürümüşdü. Represiyaya məruz qalmışların bir qismi evə dönmə imkanı olmadan cənub sakinləri üçün dözülməz bir şəraitdə yaşamış digərləri isə yalnız on il keçdikdən müxtəlif xəstəliklərə tutulmuş olaraq dönə bilmişlər. II Dünya müharibəsində 25.643 Gəncəli cəbhəyə yollanmışdır. Gəncəli kiçik leytenant olan İsrafil Məmmədovun Novqorod şəhəri yaxınlığında Pustinovka kjəndi uğrunda göstərdiyi şücaət ona dünya şöhrəti qazandırmış və o, Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilmişdir. Sovet İttifaqı qəhrəmanları arasında İ.Məmmədov ilk Azərbaycanlıdır.

Gəncədə tərkibində müxtəlif növ dəzgahların mövcud olduğu toxuculuq kombinatı tikildi. Kombinatda 83 min oxlu (milli) 20480 toxucu dəzgahı yerləşdirildi. Gəncədəki elektrik problemi şəhərdən 50 km aralıda yerləşən Mingəçevir su elektrik anbarının tikilməsiylə öz həllini tapdı. 1954 cü ildə isə Gəncədə yüksək cərəyanlı yarımstansiyanın tikintisi balşandı. 1950 ci illərdə ağır sənaye inkişafı sahəsində aparılan nəzərə çarpan işlər aparılırdı. Bu dövrdə yüksək potensiala malik Alüminium zavodu (Transqafqaz məkanında ən böyük) inşa edildi.

Gəncədə həmçinin ərzaq iatehsal sənayesi də inkişaf etmişdi. Bu illərdə Gəncədə ət istehsalı zavodu, şərab zavodu, süd məmulatları fabriki, çörəkçi və şirniyyat fabriki və digər müəssisələr fəaliyyət göstərməyə başladı. 1970 ci illərdə xalça- paltar fabrikinin ikinci bölməsi istifadəyə verildi.

Bu gün Gəncə inkişaf etmiş ağır sənayesi, yüngül sənaye və ərzaq sənayesinə görə Bakı və Sumgayıtdan sonra ölkənin ən böyük sənaye mərkəzlərindən biridir. Gəncədəki 22 istehsal müəssisəsində 400 müxtəlif adda məhsul və istehlakçı malları istehsal edilir.

Yenidən qurma və keçən müharibə dövründə Gəncə mühim dəyişikliklərə məruz qalmışdır.Gnəcədə yeni binaların, dövlət binalarının tikilməsi nəticəsində şəhər küçə və meydanları ilə çox gözəl və cazibədar bir hala gəlmişdir.

Hal hazırda Gəncənin ərazisi 100 km² -dən artıq olub, əhalisinin sayı isə 350 min nəfərdən ibarətdir. Quru Qobu ərazisində “Gülüstan” mikrarayonu və “Yeni Gəncə” rayonun qurulması Gəncənin tutduğu ərazinin genişlənməsi şəhərin gələcək inkişafı üçün bir əlverişli şərait yaratdı.

Şəhərin ərazisinin genişlənməsi əhalinin artmasına bu da öz növbəsində müvafiq olaraq əhalinin içməli suya olan tələbatını artırdı. Ağsu-Gəncə su kəmərinin tikilməsi 1957 ci ildə tamamlandı. Su kəmərinin uzunluğu 28 km idi. 1950 ci illərdə isə bu uzunluq 122 km-ə və əsas su kəmərindən ayrılan əlavə kəmrlərin uzunluğu isə 400 km-ə çatdı. İndi tam əminliklə su ehtiyacının aradan qaldırıldığını demək olar.
 
Forum » Azərbaycan. » Bölgələrimiz » Gəncə
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz