My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Azərbaycan. » Bölgələrimiz » BAKI.... (Allah bizi bizdən qorusun .....)
BAKI....
Pasa_007Date: Bazar ertəsi, 2012-07-23, 2:11 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Qədim şəhər kimi tanınan Bakımız, həqiqətən də, gözəldir. İçərişəhəri, Qız qalası, yaraşıqlı yaşayış binaları... Amma hər gözəlin bir eybi olar deyiblər. Lakin adını çəkəcəyimiz bu eyib Bakının deyil, özümüzün eybimiz olsa da, bu eybi paytaxtımızın füsunkar yerlərinə hopdurmağa çalışırıq. Bəli, həmişəki kimi yenə zibillik haqqındadır mövzumuz - paytaxtımızın dörd bir yanını bürüyən zibilliklərdən. Dəfələrlə yazılan müxtəlif səpkili tənqidi yazılara əməl etmədiyimizə görə bu mövzu da digər mövzular kimi hələ də aktuallığını itirməyib, necə deyərlər, həmişəki tək “təzə” qalıb. Keçək mətləbə, paytaxtımızın park və bağlarına nəzər salaq: kənara qoyulan zibil qutularının əksəriyyəti boşdur, zibillər isə ətrafda, əkilən güllərin, çiçəklərin üzərindədir, daha doğrusu, orada oturub dincələnlər, yoldan keçənlər əllərinə nə keçdi atıblar. Danışanda hamı təmizlikdən, gözəllikdən dəm vurur. Nə isə... Bizdə bir el deyimi də var və bunun bir mənasını söhbət açdığım mövzuya da aid edə bilərəm.
Deyirlər, əvvəl evin içi, sonra çölü. Biz isə nə evin içindəki, nə də çölündəki təmizliyə əməl edirik. 5-6 aydır mənzilini təmir etdirən sakinlərdən biri, köhnə unitazla vannasını çıxarıb-qoyub qapısının bir küncünə. O unitazı da, vannanı da mikroblardan, həşəratlardan təmizləmək üçün ən güclü dərmanla dezinfeksiya etsən də, xeyri yoxdur. Təsəvvür edin: o hamam əşyaları illər uzunu həmin mənzildə gör nə kökdə, görkəmdə saxlanılıb. Neçə ildir öz qapıbir qonşuma: “Zibili qapının ağzına qoyma”, - deməkdən dilim qabar olub. Nə faydası? Hər dəfə: “Axşam yoldaşım işdən gəlib atacaq”, - deməklə kifayətlənir. Halbuki zibil qutuları binadan elə də uzaq məsafədə deyil. Bağışlayın ki, mövzuya Bakımızın görməli yerlərinin, park və bağlarının zibillənməsi ilə başlasam da, gedib çıxdım mənzil-məişət təmizliyinə. Amma nə edim, birini yazırsan, o biri qalır. Bir də axı bu problem hansısa bir idarəyə ayaq döymək, yaxud kiməsə “hörmət” etməkdən keçmir. Yəni bunu biz paytaxt sakinləri özümüz də həll edə bilərik. Hərə öz yaşadığı binanın, blokun təmizliyinə fikir versə, şəhərdə dincəldiyi yerlərdə əlinə gələni yerə deyil, zibil qutularına atsa, vallah, şəhərimiz gül kimi, tərtəmiz qalar. Buna niyə əməl etmək istəmirik? - Bilmirəm! Hələ ağacların gün-güzəranına baxanda adamın ağlamağı gəlir, bəzi yerlərdə susuzluqdan yanmaları bir yana qalsın, dibləri natəmiz kökə salındığından yazıqlar quruyub məhv olurlar, budaqları sellofan torba qırıntıları, kağız parçaları, nə bilim daha nələrlə doludur.
Paytaxtımızdakı bəzi yataqxanaların görkəminə, ətrafına belə, baxmaq olmur, ürəyin bulanır. Kimdir günahkar, kimdir bu natəmizliyi yaradan, əlbəttə ki, orada yaşayan sakinlər. Gözləyirlər ki, kimsə gəlib onların zibilini təmizləyəcək.
Bəli, Xəzərimizdən tutmuş, Bakımızın dörd bir yanını çirkləndirməklə məşğuluq. Nə vaxt bu adətimizdən əl çəkməyimiz belə gedişlə yaxın deyil, çox uzaq görünür.
İsti yay günləri qarşımızdadır. Salınan zibilliklərin hansı ölümsaçan xəstəliklər yayacağından isə hələ xəbərsizik. Nə deyim, Allah bizi bizdən qorusun.

 
Forum » Azərbaycan. » Bölgələrimiz » BAKI.... (Allah bizi bizdən qorusun .....)
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz