My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Azərbaycan. » Tariximiz. Azərbaycanın keçmişi və bu günü » Ermənilərin Azərbaycan ərazilərinə yerləşdirilməsi :
Ermənilərin Azərbaycan ərazilərinə yerləşdirilməsi :
Pasa_007Date: Bazar, 2012-07-22, 4:47 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Rusiya İmperiyası Osmanlı İmperiyası və İranda yaşayan ermənilərə Fars körfəzi sahillərinə çıxış əldə etməkdən ibarət olan Şərqə doğru genişlənmə siyasətinin reallaşmasında əsas element kimi baxırdı. Rusiya dairələri erməni faktorunu hələ XVIII əsrdən başlayaraq işlətməyə başlamışdılar.
Səfəvi dövlətinin zəifləməsindən istifadə edən I Pyotor 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı həmçinin Gilyan, Mazandaran və Goran ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərman Verdi. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində «beşinci qüvvə» rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu.

Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar.

Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: «Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər.…..onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar.»

Rus imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılar. Amerika alimi Castin Makkartinin yazlarında Cənubi Qafqazda, daha doğrusu Azərbaycanda erməni kaloniyalarının yaradılması haqqında bunları demişdir: «1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş, və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirişmişdir….Ruslar iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100000 etmənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin (azərbaycanlıların) yerlərində yerləşdirmişdilər.

877-1878-ci illər müharibəsində, ruslar Qars–Ardağan vilayətini zəbt etmiş, müsəlmanları qovaraq onların yerində 70000 erməni məskunlaşdırmışdılar…….1895-1896-cı illərin hadisələrində isə təxminən 60000 erməni Qafqazda məskun edilmişdir…..birinci dünya müharibəsi illərində miqrasiya balanslı şəkildə davam etmiş, Şərqi Anadoludan olan 400000 erməni Qafqazın 400000 müsəlman əhalisinə dəyişdirilmişdir.

Amerika akademikinin göstərdiyi rəqəmlərə görə, 1828 və 1920-ci illər arasında Azərbaycana 560000 erməni köçürülmüşdür. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğalı nəticəsində Azərbaycan torpaqlarında - Araks çayının şimalında erməni əhalisi sürətlə artmağa başladı. Bununla bağlı diqqətə layiq bir fakt da Z. Balayanın özü etiraf etmişdir: «Onun (Yerevanın) əhalisi başqa yerlərdən gəlmələrdir. Əslində həqiqi Yerevanlı yoxdur». Akademik A. İ. İonisian yazır ki, «Yerevan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar burada mütləq üstünlüq təşkil edir».

Rus imperatoru I Nikolayın 21 mart 1828-ci ildə verdiyi fərmanına görə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları ləğv olunmuş, onların yerində rus hakimləri tərəfindən idarə olunan «Erməni mahalı» adlanan yeni inzibati qurum yaradılmışdır. 1849-cu ildə bu mahalın adı dəyişdirilərək Yerevan Quberniyası qoyulmuşdur.

Ərazilərinin gunişləndirilməsi məqsədini güdən ermənilər 1836-cı ildə Rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri daha dəqiq desək Qarabağ regionu ermənilərin XIX əsrdə davam edən sıx məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi və həmin yerlərin əhalisinin Qreqorianlaşdırılması yəni erməniləşdirilməsı prosesi başlandı.

Bu açıq həqiqət hələ XIX əsdrə bəlli idi. Məşhur rus tarixçisi V. L. Veliko yazırdı: «Səhvən erməni adlandırılan, əslində isə erməni-qreqorian təriqətini qəbul edən və yalnız üç-dörd əsr əvvəl erməniləşmə prosesinə qədəm qoyan əhali müstəsnalıq təşkil edirdi». Bunu erməni müəllifi B. İşxanyan da təsdiq edərək yazırdı: «Dağlıq Qarabağda məskunlaşmış ermənilərin bir qismi yerli olub qədim Alban xalqının nəsilləri, bir qismi isə Türkiyə və İrandan qaçmış və Azərbaycan torpaqlarında təqib və təzyiqlərdən sığınacaq tapmış erməni əhalisidir».

Ermənilərin cənubi Qafqazda ərazi iddialarıının ideoloji əsası 1885-ci il Fransada yaranmış «Armenakan», 1887-ci ildə Cenevrədə yaradılan «Qnçaq» və 1890-cı ildə Tiflisdə əsası qoyulan «Daşnaksütyun» millətçi partiyalarınin fəaliyyəti ilə bağlı olmuşdur. Bu partiyalar Osmanlı İmperiyası və İrandan qaçmış ermənilərin yaşadığı əraziləri birləşdirmək üçün bütün vasitələrdən, ən əsası isə qiyam və terror aktlarından geniş istifadə etməyi qarşılarına məqsəd qoymuşdular. «Qnçaq» partiyasının proqrammı xüsusilə bu fikri ifadə edirdi: «Bütün şəraitlərdə turkləri və kürdəlri məhv etmək, və öz xalqının rifahına xəyanət etmiş ermənilərə aman verməyərək onlardan qisas almaq».

«Daşnaksütyun» nasist tipli partiya olub, Almaniya Milli Sosialist Partiyasının ideologiyasını onlardan hələ 30 il əvvəl formalaşdırmış və proqramları bu sözlərdən ibarət idi: «Daşnaksütyun partiyasının məqsədi bunlardır: 1) silahlı qiyam, 2) yalnız ermənilər arasında yox bütün xalqlar arasında inqilabi fikrin formalaşması üçün intensiv iş görmək, 3) ermənilərin silahlanması və təşkilatlanması, 4) hökümət adamlarına və idarələrinə qarşı terror və onların məhv edilməsi». «Bu məqsədə nail olmaq üçün hər şeyə icazə verilir; propaqanda, terror, azğın partizan müharibələri».

Daşnaksütyun patiyasının fəaliyyətini ardıcıllıqla izləyən gürcü yazıçısı Karibi 1919-cu ildə ağrı hissilə yazırdı: «Daşnaklar gələrkən özləri ilə Milli nifrət toxumu gətirdilər. Və deməliyəm ki, belə bir toxumlar səpilmiş torpaq üzərində erməni – müsəlman qan davası, və erməni və gürcü müharibəsindən başqa bir şey bitə bilməzdi».

«Bu elə bir təşkilat idi ki, Rusiya imperiyasının hakim dairələri ilə birlikdə Qafqazda inqilabi və milli azadlıq hərəkatını boğmağa çalışmışdı. Bunun nəticəsi olaraq 1905-ci ildə ilk Erməni – Azərbaycan qarşıdurması baş vermişdir. 1907 və 1912-ci illər ərzində Osmanlı İmperiyası ərazilərindən və İrandan təqribən yarım milyon erməni Qars, Yerevan və Yelizavetpol qəzalarına köçürüldü. Bölgədə etnik qarşıdurmaları alovlandıraraq hegemonluğu əlinə almaq məqsədi güdən Rusiya höküməti əhalinin bu axınına susaraq dəstək verdi».

2. Azərbaycan ərazilərinin Ermənistana birləşdirilməsi

XIX əsrin birinci yarısında ermənilərin Şərqi Qafqaza miqrasiyası və əsasən Azərbaycan torpaqlarında məskunlaşması həmin torpaqların Arzərbaycandan ayrılması və Rusiya İmperiyası daxilində yaradalımış Ermənistan Vilayətinə birləşdirilməsi ilə nəticələndi. Ermənistanın ərazilərinin genişləndirilməsi bu günkü günümüzə qədər davam etdirildi. O qədər də uzaq olmayan bir tarixdə 29 may 1918-ci ildə Azərbaycan Respublikası höküməti Yerevan rayonunun (keçmiş İrəvan xanlığı) bir hissəsini Ermənistan Respublikasına verdi. Lakin bu Erməni hökümətinə bəs elemədi, və onlar 1918 – 1920-ci illərdə Azərbaycanın Qarabağ, Zəngəzur və Göyçə gölü (indiki Sevan gölü) rayonlarını, bütövlükdə 9000 km2 olan bir ərazini silah yolu ilə zəbt etdilər.

Azərbaycan Sovet Sosialist Respublikası yaradıldıqdan sonra onun liderləri həmin torpaqların qaytarılmasını tələb etmədilər. Əksinə həmin vaxt Rusiyanın və Sovet İttifaqının Kommunist liderlərinin köməyi ilə ərazilərin «sülh» yolu ilə müsadirə olunmasının yeni mərhələsi başlandı. 1921-ci ildə əhalisinin əsas hissəsi azərbaycanlılardan ibarət olan Zəngəzur rayonunun və Qazax rayonunun bir hissəsinin – təxminən 9000 km2 ərazinin Ermənistanın tərkibinə qatılması qanuniləşdirildi. Zəngəzur rayonunun Ermənistana birləşdirilməsi nəticəsində Naxçıvan ərazisi Azərbaycandan təcrid olunmuş hala düşdü.

1922-ci ildə Arəzbaycanın Dilican və Göyçə ərazilərinin də aqibəti bolşeviklər tərəfindən eynilə həll olundu. 1929-cu ildə Naxçıvanın çoxlu sayda kəndləri Ermənistan SSR-nin tərkibinə birləşdirildi. 1969-cu ildə Ermənistan SSR daha bir genişlənmə etdi və Gədəbəyə qədər olan torpaqları zəbt edərək tabeliyinə aldı. Mərkəzi dairələrin təzyiqi altında Azərbaycan Qazax rayonunun daha bir neçə kəndini Ermənistana «bağışladı».

3. Azərbaycan SSR və Dağlıq Qarabağ Muxtar Vilayəti

Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) Kiçik Qafqazın cənub-şərq hissəsini əhatə edir və ərazisi 4,388 km2-dır. Vilayətin ərazisi 120 km şimaldan cənuba və 35-60 km şəqdən qərbə uzanır. Bura 5 inzibati ərazi daxil idi – Əskəran, Hadrut, Mardakert, Martuni və Şuşa rayonları. Mərkəz şəhəri Xankəndi (Stepanakert) idi. DQMV-nin əhalisi 1989-cu ilin statistikasına görə 187000 olmuşdur ki, bunların da 137200 nəfər və ya 73,4%-ni ermənilər, 47400 nəfər və ya 25,3%-ni azərbaycanlılar, qalan 2400 nəfər və ya 1,3%-ni isə digər millətlərin nümayəndələri təşkil edirdi.

Erməni millətçi liderlərinin Azərbaycanda erməni azlıqların hüquqlarının pozulmasını israr etmələrinə baxmayaraq Dağlıq Qarabağ Muxtar Vilayəti özünü idərənin bütün əsas atributlarına malik idi və iqtisadi-sosial və mədəni həyatda böyük irəliləyişlər etmişdi. Böyük Türkçü tarixçi və mütəxəssis Audrey Alstadt deyirdi: «Erməni kəndləri ərazi bütövlüyü halında (bolşeviklər tərəfindən süni sürətdə yaradılan keçmiş DQMV) birləşdirilmiş, azərbaycan kəndəri isə ermənilərin üstünlüyünü təmin etmək üçün təcrid olunmuş vəziyyətə salınmışdır».

Audrey Alstadt daha sonra qeyd edir ki, keçmiş DQMV-də «erməni dili inzibati işlərdə və gündəlik həyatda rəsmi dil kimi elan olunmuşdur», və «DQMV yarandığı gündən ərazi, qanunverici və partiya orqanlarının bütün vəzifələrini həmçinin mədəni və təhsil qurumlarının hakim vəzifələrini ermənilər tuturdular». Bu faktlara əsaslanaraq müəllif bu nəticəyə gəlir ki, «ərazinin mədəni və inzibati xarakteri azərbaycanlıları buralardan köçməyə sövq edirdi....və mövcud problem və narazılıqlara (keçmiş Dağlıq Qarabağ ərazisində) görə rəsmi Bakı yox, DQ-ın yerli erməni dairələri məsuliyyət daşımalıdır». DQMV–nin qanuni statusu Arəzbaycan SSR-nin konstitusiyasına uyğun olaraq DQMV-nin Xalq Deputatlar Şurasının razılığı ilə Azərbaycanın Ali Soveti tərəfindən qəbul olunmuş DQMV haqqında qanun çərçivəsində müəyyən olunur. DQMV milli ərazi vahidi kimi inzibati müxtariyyətə, və bundan irəli gələn və əhalinin spesifik tələblərinə cavab verən bir çox hüquqlara malik idi. Keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) konstitusiyasına uyğun olaraq DQMV SSRİ-nin Ali Sovetinin Milli Şurasında (parlamentin 2 eynihüquqlu palatasından biri) 5 deputat ilə təmsil olunurdu. Azərbaycan SSR-nin Ali Sovetində isə DQMV-dən 12 deputat təmsil olunurdu.

DQMV-nin Xalq Deputaları Şurası – regionun dövlət hakimiyyəti orqanı – geniş hakimiyyətə malik idi. O, bütün yerli məsələlərdə Şuranın nəzdində olan ərazilərin əhalisinin maraqlarının qorunması prinsipi ilə və Muxtar Vilayətin milli və digər özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq qərarlar qəbul edirdi. DQMV-nin Xalq Deputatları Şurası Respublikaya aid olan bütün məsələlərin müzakirəsində iştirak edir və öz təkliflərini irəli sürürdü. Bütün dövlət hakimiyyəti orqanları və hökümət idarələri, məhkəmə və dövlət prokurorluğu, istehsal müəssisələrinin idarə heyətləri, və təhsil və mədəniyyətlə bağlı institutlar işçilərini əhalinin dil tərkibinə uyğun olaraq erməni dilində aparırdılar.

Sovet İttifaqı hakimiyyəti dövründə DQMV Azərbaycandan daha sürətlə inkişaf edirdi. Belə ki, Respublikanın sənaye istehsalı 1970-1986-ci illərdə bütövlükdə 3 faktor qalxmışdırsa, DQMV-də bu rəqəm 3,3 olmuşdur (bu illik artım nisbətinin 8,3 faizdən çox olması deməkdir.). Həmin dövrlərdə regionda kapital qoyuluşu 3,1 faktor olduğu halda bütün Respublikada bu 2,5 faktor olmuşdu. DQMV həmin vaxtlarda sosial inkişafın bütün əsas indekslərinə (yaşayış səviyyəsi) görə Azərbaycan və Ermənistan SSR-nin yaşayış səviyyəsini ötüb keçmişdir. Xysusilə əhalinin yaşayış yerlərinin, məhsulların və xidmətlərin səviyyəsi Respublikanın digər yerlərinə nisbətdə nəzərəçarpacaq dərəcədə yüksək idi. DQMV-də hər bir sakinə düşən yaşayış yeri Respublika üzrə uyğun orta göstəricidən üçdə bir dəfə böyük idi. Regionun hər bir sakininə daha çox orta tibbi xidmət personalı (1,3 faktor) və daha çox xəstəxana yataqları (3 düşürdü.

Mədəniyyət və təhsil institutlarının (ümumi təhsil məktəbləri, ixtisaslaşmış orta təhsil məktəbləri, ümumi kitabxanalar, muzeylər, klublar və incəsənət və peşə mərkəzləri) çoxluğuna və səviyyəsinə görə demək olar ki, Azərbaycanın bütün regionlarından irəlidə olan DQMV bu məsələlərdə əhalisinin dil ehtiyaclarını nəzərə alaraq Qarabağ ermənilərinin birliyini və ümumilikdə ərazinin etnik və mədəni xüsusiyyətini qorumaq üçün geniş imkanlara malik idi. Musiqi və teatr klubları arasında şəbəkəlşmə mövcud idi, mərkəz şəhərin Dram Teatrında professional aktyorlar daha çox erməni yazıçılarının əsərlərini oynayırdılar.

Univesitetlərə qəbul imtahanlarını uğurla verən və yaşadığı yeri tərk etmək istəməyənlər Xankəndində (Stepanakert) Pedoqoji İnstituta daxil ola bilərdilər. Elmi işlərlə məşğul olan heyət iki elmi institutda Leninavan icmasında və DQMV-nin əsas şəhərində yerləşən institutlarda toplanmışdılar. Regionda erməni dilində 5 dövrü mətbuat nəşr olunurdu. Azərbaycanın mərkəzdən uzaqda dağlıq ərazilərdə yerləşən başqa inzibati-ərazi vahidlərindən fərqli olaraq Dağlıq Qarabağ regionu televiziya və radio proqramlarının qəbulu və yayımı üçün müstəqil infrastruktura malik idi.

DQMV burada ilk məskən salan ermənilərin gələcək nəsilləri üçün çox uğurlu bir torpaq kimi meydana çıxdı və onun Azərbaycan tərkibində bütün inkişaf tarixi göstərdi ki, Yuxarı Qarabağ erməni əhalisinin maraqlarına və ərazisinin iqtisadi, sosial və demoqrafik xüsusiyyətlərinə uyğun inkişaf etməklə yanaşı, həm də bundan da əhəmiyyətli olan bütün sivil dövlətlərdə geniş yayılmış «pozitiv diskriminasiya» prinsipi ilə hərəkət edərək Azərbaycanın digər bölgələri ilə müqayisədə müstəsna imtiyaza nail olmuşdur.

Çar Rusiyası tərəfindən XIX əsrdən bəri Azərbaycanın Naxçıvan, İrəvan və Qarabağ torpaqlarında yerləşdirilən, 1920-ci ildə bolşeviklərin köməyi ilə Ermənistan SSR dövlətini və Azərbaycanın Dağlıq Qarabağ ərazisində DQMV-ni yaratmağa nail olan ermənilərin xəstə xülyaları o dərəcə genişlənmişdir ki, artıq onlar DQ-ın erməni icması üçün müstəqillik tələb edir və bununla da bu torpaqların da gələcəkdə Ermənistana birləşdirilməsi üçün özül yatarmağa çalışırlır. Görəsən bu azğınlığın sonu olacaqmı?!
 
Forum » Azərbaycan. » Tariximiz. Azərbaycanın keçmişi və bu günü » Ermənilərin Azərbaycan ərazilərinə yerləşdirilməsi :
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz