My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Azərbaycan. » Bura Azərbaycandır! » Bütöv Azerbaycan!
Bütöv Azerbaycan!
Pasa_007Date: Şənbə, 2012-07-21, 6:38 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycan Respublikası əvvəllər SSRİ-nin tərkibində olub.Hal-hazırda

Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib.
Azərbaycan Cənubi Qafqazda Qafqaz sıra dağları ilə Xəzər dənizinin arasında yerləşir. Paytaxtı Xəzər dənizinin sahilində yerləşən Bakı şəhəridir. Əsas ərazisindən əlavə, onun tərkibinə Naxçıvan Muxtar Respublikası da daxildir. Naxçıvan Muxtar Respublikası İranla həmsərhəddir; Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisi yerləşir.
Zəngin neft ehtiyatlarına malik olan Azərbaycan ta qədim dövrlərdən özünün neft və qaz ehtiyatlarına görə tanınıb. Oda pərəstiş edən atəşpərəstlər burаda torpaqdan çıxan “əbədi ocaqlar”ın – yanar qazın ətrafında məbədlər tikiblər.

QISA OÇERK
XIX əsrdə - hələ Azərbaycan ərazisi Rusiya imperiyasının tərkibində olanda - burаda görünməmiş neft bumu başlayıb. Ölkəyə xarici sərmayədarlar axışıb, XX əsrin əvvəlлярində isə bütün dünya neft hasilatının, demək olar ki, yarısı Azərbaycanın payına düşüb.
1994-cü ildə (1991-ci ildən ölkə artıq müstəqillik qazanıb) Azərbaycan Qərb konsorsiumu ilə 7,4 milyard ABŞ dolları dəyərində ilk iri neft müqaviləsi imzalayıb. Həmin vaxtdan Гərb şirkətləri ölkənin neft-qaz ehtiyatlarının istehsalına milyonlarla dollar yatırıblar. Xəzər dənizinin nefti indi boru kəməri vasitəsilə Bakıdan Gürcüstan vasitəsilə Türkiyənin Ceyhan limanına axır. Azərbaycan iri qaz ehtiyatlarına da malikdir.
2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olub. Tez-tez genişmiqyaslı korrupsiyada və seçkilərin nəticələrinin saxtalaşdırılmasında ittiham olunan ökənin hakim dairələri Rusiya və Qərbin bu regionda geostrateji mövqeləri arasında balans qurmağa çalışırlar.

FAKTLAR
Rəsmi adı: Azərbaycan Respublikası
Əhalisi: 8,4 mln insan (BMT-nin məlumatı, 2006)
Paytaxtı: Bakı şəhəri
Ərazisi: 86 600 kv.km
Əsas dillər: Аzərbaycan, rus
Əsas din: İslam
Orta yaş həddi (kişi/qadın): 63/70 yaş (BMT-nin məlumatı)
Pul vahidi: 1 manat = 100 qəpik
Əsas ixrac məhsulu: neft və neft məhsulлarı
Adambaşına düşən ortaillik gəlir: 1 240 dollar (Ümumdünya Bankının məlumatı, 2006)
İnternetdə domen: az
Beynəlxalq telefon kodu: +994

RƏHBƏRLƏR
Prezident:İlham Əliyev
İlham Əliyev 2003-cü ildə prezident kürsüsündə atası mərhum prezident Heydər Əliyevi əvəz edib. Heydər Əliyev oğlunu “siyasi xələfi” adlandırır və onu çoxdan yuxarı dövlət vəzifəsinə hazırlayırdı. Heydər Əliyev vəfat edəndə İlham Əliyev artıq ölkədə baş nazir, Dövlət Neft Şirkətinin vitse-prezidenti və hakim Yeni Azərbaycan Partiyasının sədr müavini idi. Prezident seçkisində İlham Əliyev bütün digər namizədləri geridə qoydu. Qərb müşahidəçiləri seçkiqabağı kampaniyanı sərt tənqid etdilər. Onların sözlərinə görə, seçkiqabağı kampaniya seçicilərin, KİV-in zorakılıq və qeyri-adi vasitələrlə qorxudulması ilə xarakterizə olunub. Polis müxalifətin nümayişini güc tətbiq edərək dağıtmış, bir çox adamı həbs etmişdiр.
Heydər Əliyevin siyasi karyerası SSRİ dövründə təhlükəsizlik orqanlarından başlamış, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunda bitib. Müstəqil Azərbaycanın ağır dövrlərində yeni ideoloqa çevrilib. O, ölkədə qeyri-sabit vəziyyət olanda hakimiyyətə qayıdıb və Azərbaycanı 1993-cü ildən dəmir əllя idarя edib. Qяrb dяfяlяrlя onun idarяetmяsini insan hцquqlarыnыn vя KИV-in azadlыьынын pozulmasыna görə töənqid edib.
Müxalifət əvvəlki kimi hazırkı prezident İlham Əliyevin demokratik prinsiplərə sadiqliyinə ciddi şübhə edir. Bu şübhələr 2005-ci ildə parlament seçkilərindən sonra keçirilən nümayişin dağıdılmasında polisin yenidən güc tətbiq etməsindən sonra daha da güclənib. Seçkilərin nəticələrinə görə, hakim partiya parlamentdə yarıdan çox yer tutub. Bununla yanaşı, ATƏT və Avropa Şurasının müşahidəçiləri bildiriblər ki, seçki beynəlxalq standartlara az uyğun gəlib.
İlham Əliyev 1961-ci ildə anadan olub. O, tarix elmləri namizədidir. Müstəqillik dövründə bizneslə məşğul olaraq varlanıb. Evlidir, üç uşağı var.
 
Pasa_007Date: Şənbə, 2012-07-21, 6:38 PM | Message # 2
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Baş nazir: Artur Rəsizadə
Xarici işlər naziri: Elmar Məmmədyarov
Daxili işlər naziri: Ramil Usubov
Milli təhlükəsizlik naziri: Eldar Mahmudov
Müdafiə naziri: Səfər Əbiyev
Baş prokuror: Zakir Qaralov
Fövqəladə hallar naziri: Kəmaləddin Heydərov
Müdafiə sənayesi naziri: Yavər Camalov
Ədliyyə naziri: Fikrət Məmmədov
Maliyyə naziri: Samir Şərifov
Vergilər naziri: Fazil Məmmədov
İqtisadi inkişaf naziri: Heydər Babayev
Sənaye və energetika naziri: Natiq Əliyev
Nəqliyyat naziri: Ziya Məmmədov
Əmək və əhalinin sosial müdafiəsi naziri: Füzuli Ələkbərov
Kənd təsərrüfatı naziri: İsmət Abasov
Ekologiya və təbii sərvətlər naziri: Hüseynqulu Bagırov
Mədəniyyət və turizm naziri: Əbülfəs Qarayev
Təhsil naziri: Misir Mərdanov
Səhiyyə naziri: Oqtay Şirəliyev
Rabitə naziri: Əli Abbasov
Gənclər və idman naziri: Azad Rəhimov

KİV
Azərbaycanın dövlət və ictimai KİV-i özəl və müxalifət mətbuatı, həmçinin, sayı o qədər də çox olmayan özəl radio və televiziyaları ilə rəqabətdədir. Azərbaycanın Konstitusiyası söz azadlığına təminat verir, buna görə də nəzəri cəhətdən ölkənin bütün kütləvi informasiya vasitələri azaddır. Buna baxmayaraq, hakimiyyəti tənqid edən KİV və ayrı-ayrı jurnalistlər mütəmadi olaraq təzyiq və təqiblərə məruz qalırlar. Tanınmış müxalif yönümlü jurnalist Elmar Hüseynov 2005-ci ildə öldürülüb. 2006-cı ilin sonunda beynəlxalq təşkilatlar, ATƏT və Avropa Şurası da daxil olmaqla, müstəqil ANS televiziyası və radiosunun müvəqqəti olaraq qapadılmasını tənqid ediblər. Ölkənin ilk müstəqil televiziya və radiosu (1991-1994) hələ də lisenziyasını təzələyə bilməyib. Əsası ABŞ-da olan jurnalistlərin müdafə komitəsi müstəqil və müxalifyönümlü mətbu orqanların təqib edilməsinə irad tutub. 2005-ci ildə dövlət tərəfindən açıqcasına nəzarətdən kənar olmalı olan İctimai Televiziya və Radionun yayımı başlayıb. Belə bir yayımın yaradılması Azərbaycanın demokratiya və insan hüquqları məsələləri ilə məşğul olan Avropa Şurasına daxil olarkən qarşısına götürdüyü öhdəliklərdən biridir. Azərbaycanda iki dövlət televiziyasından birinin bazasında ictimai televiziya yaradılıb, digəri AzTV1 isə qapalıtipli səhmdar cəmiyyətinə çevrilib. Azərbaycana Türkiyənin TRT1 və STV telekanalı, Rusiyanın isə RTR və ORT televiziyaları retranslyasiya olunur. Amma Azərbaycanın Milli Teleradio Şurasının qərarına görə, Rusiya telekanallarının Azərbaycana yayımı 2007-ci ilin iyulun 1-dən dayandırılacaq. Ölkənin bəzi yerlərində televiziya tamaşaçıları Ermənistanın da televiziya kanallarını seyr edə bilirlər.

Mətbuat
“Azərbaycan” - gündəlik hökumət qəzeti
“Azadlıq”- gündəlik qəzet
“Exo” - rus dilində gündəlik qəzet
“Ekspress”- həftəlik qəzet
“Yeni Azərbaycan” - gündəlik qəzet
“Yeni Müsavat” - gündəlik qəzet
“Zerkalo”- Azərbaycan və rus dillərində gündəlik qəzet
“525-ci qəzet”- gündəlik qəzet
“Bacu sun”- həftəlik ingilis dilində qəzet

Televiziya
“AzTV”– dövlət televiziyası
“İTV”- ictimai televiziya, 2005-ci ilin avqust ayından yayımlanır
“ANS TV”– Azerbaijan News Services – nüfuzlu özəl televiziya
“Space TV”– özəl televiziya
“Lider TV”– özəl televiziya
“ATV”- Azad Azərbaycan- özəl televiziya

Radio
Azərbaycan radiosu– dövlət radiosu
İctimai radio– 2006-cı ildən yayımlanır
“ANS ÇM”– özəl FM radiostansiyası, xəbər və musiqi verir
“Lider”- özəl FM radiostansiyası
“Azad Azərbaycan” – özəl FM radiostansiya
“Europe Plus”– özəl musiqi radiostansiyası
 
Pasa_007Date: Şənbə, 2012-07-21, 6:39 PM | Message # 3
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Agentliklər
AzərTAc- dövlət informasiya agentliyi
Turan- özəl informasiya agentliyi
Trend- özəl informasiya agentliyi
APA- özəl informasiya agentliyi

1918-ci ilin Mart soyqırımı
1917-ci ildə Rusiyada baş verən oktyabr çevrilişi bütünlüklə Qafqaz regionunda siyasi prosesləri gərginləşdirmişdi. Çar Rusiyasının süqutu bir sıra millətlərin dövlət yaratmaq istəyinə açılan qapı idi. Ermənilərin “daşnaksütun” partiyası isə yaranmış siyasi vəziyyətdən “Böyük Ermənistan” (Qara dənizdən Xəzər dənizinə qədər Ermənistan Respublikası yaratmaq) arzularını gerçəkləşdirmək üçün istifadə etməyə başlayıb. Bu məqsədlə də ermənilər 1918-ci ilin 31 martında Azərbaycanda soyqırım törədiblər. Azərbaycan Xalq Cümhuriyyəti (1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika - Azərbaycan Cümhuriyyəti yaradılmışdı. Bu parlamentli respublika cəmi iki il mövcud oldu. Azərbaycan Cümhuriyyəti 1920-ci il aprelin 27-də Sovet Rusiyası tərəfindən işğal olunaraq SSRİ-nin tərkibinə qatılıb) fövqəladə istintaq komissiyasının materiallarına görə, qırğını törədən bolşevik ordusunun 80 faizi ermənilərin “daşnaksütun” partiyasının üzvlərindən təşkil olunub. Bundan başqa, istintaq materiallarında ermənilər tərəfindən törədilən qırğın nəticəsində 50 mindən artıq azərbaycanlının öldürüldüyü bildirilir. Faciə nəticəsində onlarca ailə tamamilə məhv edilib. Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra, bu hadisələr öz qiymətini alıb. 1998-ci ildən etibarən, Heydər Əliyevin fərmanı ilə Azərbaycan xalqı 31 Martı azərbaycanlıların soyqırım günü kimi qeyd edir.

Qarabağ müharibəsi
Hələ SSRİ dövründə Azərbaycanın Dağlı Qarabağ bölgəsində yaşayan ermənilər Ermənistan Respublikası tərəfindən provokasiya edilmişdi. Yerli azərbaycanlılara nisbətən çox az olan ermənilərin müstəqillik tələbləri 1989-cu ildən bəri silahlı münaqişəyə səbəb oldu. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə bu münaqişə iki ölkə arasında müharibəyə çevrildi. Hal-hazırda Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonu Ermənistanın işğalı altındadır. İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlardan 1 000 000-a yaxın azərbaycanlı əhali öz yaşayış yerlərini tərk edib, 24 000-dən çox insan həlak olub, 50 000 nəfər yaralanıb və ya şikəst olub. Hazırda erməni tərəfin müntəzəm olaraq atəşkəsi pozması nəticəsində 10 000-dən çox azərbaycanlı həlak olub.
Qeyd edək ki, XVIII əsrdə Azərbaycanda müstəqil xanlıqlar mövcud olub. Azərbaycan ərazisi Çar Rusiyası tərəfindən XIX əsrdə işğal olunduqdan sonra, Qarabağ xanlığı da ləğv olunub. Bundan sonra Rusiya hokuməti Türkiyədən və İrandan 1 milyondan çox ermənini Azərbaycan ərazisinə, əsasən də Qarabağ bölgəsinə köçürüb. 1923-cü ildə SSRİ tərəfindən zorla Dağlıq Qarabağ Muxtar Vilayəti qurulub. 1989-cu ildə Azərbaycan Ali Sovetinin qərarı ilə muxtariyyət ləğv olunub. 1991-ci ildə Dağlıq Qarabağdakı separatçı ermənilər müstəqillik elan ediblər. Heç bir beynəlxalq qanuna uyğun gəlməyən bu “müstəqillik” indiyə kimi haqlı olaraq heç bir ölkə tərəfindən tanınmayıb. İşğal olunmuş ərazilərdə olan tarixi abidələr dağıdılıb, ərazidə olan təbii sərvətlər, xüsusilə qızıl yataqları separatçı rejim tərəfindən qanunsuz olaraq istismar olunur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir. Cəbhə bölgəsində yerləşən Azərbaycan kəndləri daim atəşə tutulur.
 
Pasa_007Date: Şənbə, 2012-07-21, 6:39 PM | Message # 4
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Xocalı soyqırımı
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri Xankəndidə yerləşdirilmiş Rusiyaya aid 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edib. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağırzirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıb. Nəticədə, şəhərdə yanğınlar baş verib və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalan, təqribən, 2500 nəfər əhali yaxınlıqda, azərbaycanlılar məskunlaşan Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olublar. Ancaq bu niyyət baş tutmayıb. Xocalıda XX əsrin ən böyük faciələrindən biri baş verir. Əsas tərkibi milliyyətcə erməni olan həmin alay yerli əhalini amansızcasına qətlə yetirib, qadınları və az yaşlı uşaqları öldürüb. Bu faktlar mərhum telerepartyor Çingiz Mustafayevin çəkdiyi lentlərlə, sənəd və fotoşəkillərlə bir daha sübut olunub.

Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak olub:
uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
qocalar - 70 nəfər;
8 ailə tamamilə məhv edilib;
25 uşaq hər iki valideynini itirib;
130 uşaq valideynlərindən birini itirib;
487 nəfər yaralanıb, onlardan:
uşaqlar - 76 nəfər;
1275 nəfər əsir götürülüb;
150 nəfər itkin düşüb.

Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd rubl dəyərində ziyan vurulub:
Bu rəqəmlər Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan münaqişəsinin ən dəhşətli, qanlı faciəsidir. Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan edib. Hər il fevralın 26-da saat 17:00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
 
Forum » Azərbaycan. » Bura Azərbaycandır! » Bütöv Azerbaycan!
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz