Toy adətlərimiz - Forum

Cümə axşamı, 2016-12-08, 9:12 PM
Welcome Qonaq | RSS

Black City

Toy adətlərimiz - Forum

[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
Forum » Azərbaycan. » Bura Azərbaycandır! » Toy adətlərimiz
Toy adətlərimiz
Pasa_007Date: Bazar, 2012-07-22, 3:51 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Toy adətlərimiz



Qız bəyənmə və ya qızgörmə
Xalq arasinda qizgormeden sonra oglan qerara gelir, qizi beyenirse, yaxin adamlarina bunu xeber eyleyir. Qizin yerini – yurdunu oyrenib xeber tuturlar. Ailesinin – anasinin, atasinin, baci ve qardaslarinin kimliyini oyrenirler. Sonra valideyinlerin fikri oyrenilir. Oglanin ata – anasi razi olduqdan sonra qizin yaxin adamlarina – xalasina, bibisine, anasina xeber gonderir. Onlarin agze aranir.
Xəbər göndərmə
Oglan evi arayib, axtarib qiz evine mgnasib, yaxin bir adam gonderir ki, kim terefden elci geldiyini qiz evine xeber versin. Bezen ele olur ki, qiz evi raziliq vermir. Nece deyerler, “eteyindeki dasi yere tokmur”. Onda elin – obanin en moteber, hormetli adami qiz evini raziliga getirmeye calisardi.

Kiçik elçilik
Adete gore evvel iki qadin – ogul anasi, yaxin qohumlarindan biri elci geder. Cunki hemise analar qizin ureyindekileri bilerdi. Ele ki, qadinlar raziliga geldi, ailenin sah damari sayilan atalar gorusmeli idi. Oglan atasi uc nefer hormetli sexsle qiz evine geder. Elci gedenler oz hereketi, davranisi ile qiz evine bildirir ki, elciliye gelib.“Elciliye gece getmezler”.
“Elcilerin qarsisina qoyulan cay icilmez”.
Elcilikde deyirler “qiz agaci qoz agaci, her gelen bir das atar”, “qiz yuku duz yuku”.Qiz atasi ele birinci elcilikden raziliga gelmir. “Qiz qapisi, sah qapisi”. Bir qizla, anasi ile, yaxin qohum - eqrebe ile meslehetlesim, sonra qeti fikirimizi size bildirerik, deyir.
Qizin reyi sorusulanda hemise qiz susar. Susmaqsa raziliq elametidir, - deyerler. Ancaq yene qeti soz deyilmezdi. Boyuk elciliye raziliq verilerdi. Cunki esas sozu boyukler, agsaqqallar demeli idi.

E l c i l i k
Ata aileye yaxin olan adamlari - emini, dayini ve basqa qohumlari eve devet edir. Meslehetlesdikden sonra “elci” getmeyi qerara alardilar.
Oglanin bacisi ve ya gelinleri qizi gorub, bir de agzini “arayirdi”. Qizin razi oldugunu gorende oz fikirlerini ona deyirler. Sonra qizin anasinin yanina gelib eyhamla bildirirler ki, “bes filan gun size gelirik, elciliye”.
Qizin anasida evdekileri bundan xeberdar edir. Yaxin qohumlardan eve cagirirlar. Meslehetlesdikden sonra eger oz aralarinda raziliga gelirlerse, qizin da fikirini oyrenirler. Bunu da qiza yaxin olan baci, gelin, ana ve ya refiqesi sorusur. Qiz razi oldugunu bildirmek ucun hemise : “ozunuz bilersiz” deyir.
Teyin olunmus gunde elciler gelir. Uzun sohbetden sonra metlebi acib deyirler. Eger qiz teref razi deyilse, redd cavab verir. Bu soz daha deyisilmir. Eger razidirsa deyir ki, “qoy bir fikirlesek, gotur -qoy edek meslehetlesek, sonra qerara gelerik. Indi ise qonagimizsiniz”.
Oglan evi aradan bir muddet kecdikden sonra yeniden, ikinci defe elciliye gelir. Yenede evvelden qiz terefi xeberdar edirler ki, “size gelirik”.
Qiz evi bu defe hazirliqli olur. Qonum – qonsudan da agsaqqal, agbircek devet edirler.
Oglanin elcileri gelir. Onlari yuxari basa kecirirler. Qiz teref de eylesir. Bu meclisde hem qadinlar, hem de kisiler istirak edir. Tekce qizin anasindan basqa. O da otaga girib cixir, ancaq onlarla oturmur.
Bir qeder sohbetden sonra oglan terefden bir nefer metlebi getirir esas meselenin ustune. Qiz terefe uzunu tutub, sorusur ki: “ he, indi sizin son sozunuz nedir?” Qiz terefden de emisinden, dayisindan biri bir qeder yungulce minnetden / daha qapimiza gelmisiz, duz-corek kesmishik ve s./ sonra “Allah mubarek elesin”, “Xosbext olsunlar” deyir. Oturanlar da biragizdan “Amin” soyleyirler. Yeni qohumlar bir-birlerini tebrik edirler.
Qizin bacisi ve ya gelinleri cay getirir. Hami “sirin cay” icir. Bundan sonra bezen yemek de verirler. Elciler gedenden sonra qizin bacisi ve ya gelinleri “gelinin” “baciligi”gile yollanirlar. Cunki elci gelende qiz evde oturmaz. Onlar qiza mubarek deyir ve eve getirirler. Evde qizi qardaslari, ata-anasi tebrik edende o, hemise aglayir.

Nişan
Belgeden bir nece ay sonra boyuk nisan getirirler. Buna oglan teref coxdan hazirlasmis olur. Nisanda qiz ucun her ne lazimdir alib getirirler. Tekce ayaqqabidan basqa. Deyirler ki, ayaqqabi darliqdir. Onu da alirlar. Ara gunlerde qaynana qizin yanina gelende getirir.
Nisanda butun xerci cox vaxt oglan evi gonderir. Et, yag, un, duyu, goyerti, bir sozle, sogandan basqa her sey. Sogan aciliqdir.
Oglan evi nisani, qirmizi lentle bezedilmis xoncalarda ve camadanlarda getirirler.
Hami yeyib – icib, senlenenden sonra sufre yigicir. Qizi oturdurlar yuxari basda. Qabagina guzgu qoyurlar, sam yandirirlar. Xoncalarida duzurler dovresine. Bundan sonra oglan yengesi /qardasi arvadi/ xoncanin ustune nemer atir. Qiz yengeside gelib nemer atir. Bundan sonra oglanin bacisi baslayir getirilen seyleri numayis etdirmeye. Oturanlar da biragizdan “mubarekdir” soyleyirler. Sonra nisanda gelmis etirlerden birini goturub, verirler oturanlara, hami onunla etirlenir.

Xonça gətirmə
Nisandan sonra qiz kimin toyuna, saxina getse onun adina xonca getirirler. Burada qizlar oturur bir terefde. Bu zaman qaynana elinde xonca oynaya – oynaya girir meclise. Gelir gelinin qabagina.
Alnindan opub onu qalxizir ve xoncani qoyur onun yerine. Qizi oynadir. Bundan sonra baldiz, qayin, elti ve bey gelini oynadirlar.



Bayramlıq
Toya qeder butun bayramlarda qiza bayramliq getirirler. Bunlardan en maraqlisi novruz bayramligidir. Bu bayrama qaynana hevesle hazirlasir. Ya axir cersenbe, ya da bayram axsami geline bayramliq getirirler. Burada qiza qirmizi rengli paltar, ya yayliq, bir zinet, basina xina qoyulmus buynuzlu qoc getirirler. Bundan basqa sekerbura, paxlava, qatdama, qoz – findiq, innab, xurma ile dolu xoncalar, samlarla bezedilmis semeni ve sebetler getirirler. Gelinin basina, eline, ayagina xina qoyurlar.

Cehiz
Toydan iki – uc gun evvel gelinin cehizini getirirler. Bunu gelinin qardaslari, emisi, dayisi, bibisi, xalasi oglanlari, beyin dostlari ve “qardasligi” getirirler. Ana gelinin cehizini dusurmek ucun gelinin qardasina nemer verir.
Sonra gelinin yengesi, bacisi evi bezemeye gelirler. Onlar evi bezeyib qurtarandan sonra esyalarin bezisine qirmizi lent baglayirlar. Qaynana evi bezeyenlere de xelet verir.

Paltarbiçdi
Toydan qabaq qiz evinde “paltarbicdi olardi;”. Bu meclisde ancaq qadinlar istirak ederdi. Qohum - eqraba qiza aldigi hediyyeni gosterer, sonra xususi kicik torbalarda hazirlanmis sirniyyatdan goturerdiler. Sonra qiz bacisi gelinin ata evinden aparacagi cehizi gostererdi. Cehizler oglan evine aparilar ve gelin otagi bezenerdi. Ev bezeyen qizlara oglan anasindan xelet verilerdi. Hami senlenerdi.

Qız saxi
Her qizin yaxin refiqesi, baciligi var. Kimin toyu oldu, baciligi “sax” qaldirir. Saxqaldirma genis yayilmis bir adetdir. Sax taxtadan duzeldilmis ustune guzgu, sam, parca, sirni, meyve berkidilmis bir toy bezeyidir. Onu bezemeye de xususi meharet lazimdir. Eger toyu olan qizin baciligi ere gedibse, gelin oldugu evden sax qaldirir.
Baciliqgilde sufre acilir, sax bezedilir. Cavanlar oynaya – oynaya gelirler baciliqgile. Yeyirler, icirler, oynayirlar. Axsam texminen saat doqquzda, onda oglan evinden cavanlar gelir qiz saxina. Bey de gelir, qardasliq da. Heyetde “lopa” yandirirlar, tonqal qalayirlar, o ki var oxuyub – oynayirlar. Sonra da saxi goturub cala – cala, tufeng ata – ata gelirler qiz evine. Qiz evinde de yeyib – icib senlenirler.

Xınayaxdı
Qizlar yigisir otagin birine, qiz yengeside islanmis xinani goturub dusur ortaya, oynayir. Sonra bir sini, bir de bos bir kasani getirib qoyur oglan adaminin qabagina. O da bos kasaya pul atib, xinani goturur. Oynaya – oynaya gelir qizin yanina. Onun ellerine, ayaqlarina xina qoyur. Sonra da meclisdekilerin qabagina getirir. Hami xina qoyub, nemer salir.
Qizlar “xinayaxdi”da olanda oglanlar oynayib, senlenirler. Bu vaxt qiz terefden bir nefer “ikirengli” cay getirib qoyur beyin ve dostlarinin qabagina. Onlarda cayi icib, bos nelbekiye nemer qoyurlar.
Qizlardan biri xina getirir. Oglanlar da cecele barmagini batirirlar xinaya.

Kəbinkəsdirmə
Kebinkesdirme toy gununden bir nece gun qabaq olardi. Kebini adeten molla kesirmis. Bu merasimde her iki terefden istirak edermis. Her terefden 1 nefer sahid olardi. Mollaya 3 manat pul, bir kelle qend pay verermisler. Kelle qend cekisi 8 kq. olarmis.
Kebinkesdirmede her iki terefin yaxin adami, bir cox hallarda ise qiz ve oglan istirak ederdiler. Kebinkesdirmenin “sige” formasi da vardir.
Azerbaycanda Sovet hakimiyyeti movcud olandan sonra nigahin dovlet terefinden qeyd olunmasi formasi tetbiq edilmisdir.

Qız toyu
Seher saat on birde, on ikinin yarisi “qara zurnanin” sesi etrafa yayilar, kendi ayaga qaldirardi. Toy baslanardi.
Yene cavanlar yigilir qulluq etmeye. Deste - deste adamlar toy evine gelir. Yeyir, icir, senlenirler. Kimi xonca getirir, kimi de nemer atir.
Yemek verilmezden evvel oglan evinden bir nefer kisi gelir, yemek qazananin ustune pul atir. Buna “qazanacdi” deyirler.
Toyda kendin cavanlari guclerini sinayir, gulesirler. Kim ki, qalib geldi, gedib kimin qolundan tutsa onunla oynamalidir. Burada boyun qacirmaq, etiraz etmek olmaz. Gerek oynayasan. Qalibe hormet, xalqimizin ulu adetidir.
Oglan evi qizi oynadir. Sonra ise texminen saat dortde - besde geri qayidirlar.
Oglan evi getdikden sonra yenede yeyib – icirler, oynayirlar. Saat altinin yarisi, olanda qiz evinde cavanlar yigisir “qiz saxina” getmeye.

Gəlin aparma
Azerbaycan xalqinin en qedim havasi olan “Vagzali”nin sedalari altinda oglan evi qiz evine gelir. Onlar oynaya – oynaya, oxuya – oxuya deyirler:Al almaga gelmishik,
Sal almaga gelmishik.

Oglanin adamiyiq,
Aparmaga gelmishik.Gelin olan otagin qapisi bagli olar. Bey atasi xelet vermeyince qiz evi gelini otaqdan cixmaga qoymazlar. Gelin evden cixmamis ata – ana xeyir – dua verer. Gelinin belini qirmizi yayliqla qayni baglayar. Gelinin basina duvaq atarlar. Heyetde iri tonqal qalayib etrafinda gelini uc defe firladirlar ki, getdiyi ev isiqli, ocagi isti olsun.
Gelinin dalinca das atarlar ki, getdiyi yer mohkem olsun. Gelinin dalinca su atirlar ki, aydinliq olsun.
Gelin oglan evine catan kimi ayaginin altina qab qoyurlar ki, sindirib kecsin. Gelini qapida eylesdirib quvagina oglan usagi verirler ki, ilki oglan olsun.
Gelin ayagi altinda qoyun qurban kesilir. Qoyunun qanindan gelinin alnina, bir de paltarina surturler ki, istiqanli olsun, tez qaynayib – qarissin oglan evine.
Gelinin qaynamasi basina sigal ceker ki, mehribanciliq olsun.
Gelinin basina xirda pul, sirniyyat, duyu, bugda seperler ki, bolluq olsun.
Gelinin qarsisinda qirmizi lentle baglanmis guzgu aparirlar. Guzgu yengenin elinde olur. Sagdisle, soldisin elindeki stekanin icinde duyu, sam olur. Duyu bolluq remzidir.
Gelin bezedilmis otaga aparilir. Hami biragizdan “xosbext olsun”, “ogullu – usaqli olsunlar” deyir.
Toydan uc gun sonra qiz anasi ve qizin en yaxin qohumlari qizi gormeye gelir.

Oğlan toyu
Qiz toyunun seherisi oglan evinde toy baslanir. Seher tezden magari qurub, bezeyenden sonra hazirlasirlar gedib gelini getirsinler. Evvelce butun minikleri bezeyirler. Onlara qirmizi lent, kelagayi baglayirlar. Saat on birde, on ikinin yarisi yigisirlar getmeye. Gelin getirmeye ne beyin, ne de anasi getmir.
Qiz evinin qapisinda hami minikden dusur, tekce beyden basqa. Qardasliq gelir qiz anasinin yanina ki, xala, get beyi dusur. Qaynana gelir surucuye xelet, beyede nemer verib dusurur.
Heyetde calib – oynayirlar. Qiz gelinler yigisir gelinin basina. Burada oglan yengesi qiz yengesine “basbezeyi”nin haqqini, xelet verir.
Qizin qayni gelinin beline qirmizi lent baglayir. Bunu ederken 2 defe baglayib acir, 3-cu defe baglayirlar.
Qardasi qiza deyir. “Get qedemin ugurlu olsun. Evimize qonac cagiranda sene hediyye alacagam”. Sonra gelinin eline pul qoyub baglayirlar. Butun yaxin ve uzaq qohumlar qizla opusub gorusurler. Nehayet qizin atasina yol verirler. Ata bir nece kelme ile qizina nesihet verir ve xosbextlik arzulayir. Sonra onun alnindan opur. Geline ana da xeyir – dua verir.
Oglanin bacisi ucadan sesleyir; “Gelin, gelinimizi aparaq”. Bu vaxt qiz evinden kicik usaq qacib, qapini baglayir. Buna “qapibasma” deyirler. Bey ve “qardasliq” ona nemer verir ve qapini acirlar.
Gelini otaqdan bey ve “qardasliq cixarir”. Heyetde oglan evi o ki var calib oynayirlar.
Gelini miniye eylesdirirler. Sonra qardasliq ve basqa bir cavan gelib, “qiz saxini” GÖTÜRÜRLER. Hami elinde sam ve lampa yandirir. Qizin qabaginda guzgu tuturlar.
Nehayet hami yola duzelir. Fiseng atirlar, lopa yandirirlar ve s. Yolda minikler otusur. Tekce gelin miniyini hec kim otmur.
Yolda minikler dayanir. Biri gelinin ayaqqabisinin bir tayini goturub, dusur qabaga, hamidan tez catib, ayaqqabini qaynanaya, qayinataya gosterib deyir: “Mustulugumu verin, gelininiz gelir”. Qayninana ona xelet verir.
Hami gelib catir, minikden ducurler. Qayinana surucuye xelet verib gelini dusurur. Beyin qardasi oynaya – oynaya gelib gelinin ayagi altinda qoc qurban kesir. Qaynana qocun qanindan goturub beyle - gelinin alnina surtur. Sonra her ikisi qocun ustunden kecirler.
Bisirilen ilk Fetiri ovurlar. Icine xirda pul, duyu, qend, konfet qoyub verirler beye. O da tokur gelinin basina.
Sonra gelini aparirlar otaga. Gelin oturmur. Qaynana gelib ona xelet verir ve ya ne ise alacagina boyun olur. Sonra gelib gelinle gorusur ve ona xelet verirler. Buna “boygordusu”de deyirler. Bundan sonra hami eylesir. Heyetde de toy baslayir.
Axsamustu saat altida, altinin yarisinda qiz evinden oglan toyuna qohumlar gelir. Qizin ata ve anasindan basqa kim istese gele biler. Bir – iki saat oturub gedirler. Onlar gedenden sonra “beyin” dostlari yigisirlar, “oglan saxina” getmeye. Cavanlar gelir “qardasliq”gile. “Oglan sax”inda ancaq oglanlar istirak edirler. Qizlar arada qulluq edirler. “Beyler” doyunca calib – oynayirlar. Nehayet, “oglan sax”ini goturub, qayidirlar beyin evine. Asigin maraqli revayetlerine qulaq asirlar.
Saxlarin her ikisin
i beyle gelin derir. Onun ustundekiler de beyle geline catir. Konfetleri ve meyveleri ise qonum – qonsuya paylayirlar.

Üzəçıxdı
Teze gelin qayinatasindan yasinir ve onun gozune gorunmur. Toydan 10 – 15 gun sonra qaynana sufre hazirlayir. Ailenin butun uzvlerini cagirir. Hami gelib oturur, gelinden basqa. Bele olanda qaynata gelini sesleyir ve ozu onu gedib getirir. Sonra geline qiymetli bir hediyye verib ona, bu ailenin en eziz uzvu oldugunu deyir. Bundan sonra gelin hec kimden yasinib cekinmir.

Gəlingördü
Toydan iki – uc ay sonra qiz evi oglan evine xeber gonderir ki, “filan gun gelirik gelini gormeye”. Oglan evi hazirliq gorur. Yaxin qonum – qonsudan uc – dordunu devet edir.
Qizin anasida yaxin adamlardan goturub gelir qudasigile. Yeyib icib senlenirler. Axirda qizin anasi geline ve beye getirdiyi hediyyeleri verib qayidirlar.

Ayaqaçdı
Gelingordukden sonra gelinin anasi qizini ve kurekenini evine qonaq cagirir. Buna “ayaqacdi” deyirler. Bir neferden xeber gonderirler ki, yigisib bize gelir. Ayaqacdida kisiler de gelir. Boyuk meclis qururlar. Yeyib – icirler, calib – oynayirlar.
Qizin anasi oglana ve qiza aldigi hediyyeni verir. Hemin gun qizi evde qonaq saxlayirlar. Bir – iki gunden sonra eri gelib aparir. “Ayaqacdi”dan sonra beyle - gelin istedikleri vaxt ora gedib – gelirler.

Qonaqçagırma
“Ayaqacdi”dan sonra hem oglan, hem de qiz terefden en yaxin qohumlar “beyle - gelini” qonaq cagirirlar. Bu da bir nov “ayaqacdi”ya benzeyir. Qonaq cagirdiqdan sonra beyle - gelin onlarin evine gedib - gelirler. Qonaq cagirarken onlara hediyye verirler. Ümumiyyetle, “beyle - gelin” kimi evine ilk defe qedem qoysa o zaman onlara hediyye verirler.

Nəvəgörmə
Genc ailenin ucuncu uzvunun dunyaya gelmesi, toy – bayrama cevrilir. Ilk nevenin yorgan – doseyini qiz anasi salar. Ele ki neve dunyaya geldi, nene dusur el – ayaga. En gozel ipekden ona yorgan – dosek salir, beshik alir. Neveni gormeye “qirx” cixdiqdan sonra gedirler. Gelinin ata – anasi, bacisi – qardasi, gelinleri yigilib gelirler. Korpeye paltar alirlar. Bu seylerin hamisinin qirmizi lentle baglayirlar. Korpeni gorende ise hami qundagina nemer qoyur.
 
Forum » Azərbaycan. » Bura Azərbaycandır! » Toy adətlərimiz
Page 1 of 11
Search:

Copyright MyCorp © 2016
Create a free website with uCoz
Купить ссылку здесь за руб.
Поставить к себе на сайт