Azad Hostçular - Forum

Bazar ertəsi, 2016-12-05, 3:28 PM
Welcome Qonaq | RSS

Black City

Azad Hostçular - Forum

[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
Forum » mp3 Sözləri -- Letras mp3 -- mp3 Sözleri -- mp3 Lyrics -- mp3 песен » HOST » Azad Hostçular (Host)
Azad Hostçular
Pasa_007Date: Çərşənbə, 2012-08-22, 9:38 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline

(Nəqarət):

Azad HOSTçular! Gəlin yumruqları qaldıraq!
Harda varsa kimsə qarşı tapaq, vuraq, sındıraq!
Varlılardan oğurluyaq!,
Kasıblara paylıyaq!
Yandıraq məhkəmələri!
Yandıraq məhkəmələri!
Azad HOSTçular! Gəlin keçmişimizi basdıraq!
Alova qarışsın şəhər, hər yer dönsün tüstüyə.
Qeyrət ordusu, namus ordusu
Hücuma keçdi!
Yandıraq fahişələri!
Yandıraq fahişələri!

Qaraqan

Müasirlik adıyla sıxışdırdılar əxlaqı,
Gizli cinayətlərin bu gün açıq istintaqı.
Bəsdir tənqid, bəsdir sadəcə sözlərdə iş,
Bəsdir sadəcə mahnılar, bəsdir sadəcə verliş!
Köhnə bir məscid beş yeni tikilmiş barın əhatəsində,
Tərbiyəli bir qız pozulur oğlanların əhatəsində.
Mobil telefonunda porno - budurmu İslam ölkəsi?
Bəlkə bayraqdan çıxardaq onun yaşıl hissəsin?
Nə ümidimiz var, nə də ki inamımız var.
Bir əldə yumruğumuz, o biri əldə Quranımız var.
Tək Yaradanımız var.
Qarşıda pozğun cəmiyyət.
Bura cəhənnəmdir, deməli var hardasa da Cənnət!
Nə dəstəyimiz var,
Nə də ki, köməyimiz var.
Amma polatdan da bərk əyilməz ürəyimiz var.
Bircə diləyimiz var
O da ki haqq-ədalət.
Sevgiyə qarşı sevgi, Nifrətə qarşı nifrət!

Azad HOSTçular! Gəlin yumruqları qaldıraq!
Harda varsa kimsə qarşı tapaq, vuraq, sındıraq!
Rüşvət alan müəllimləri də evə gedəndə təkliyək,
Təkərlərini boşaldaq, gecəylə şüşəni çatladaq!
Ağladaq fahişələri, tutub çırpa-çırpa barda!
Tulluyaq mühazirə dəftərlərini! Təhsil harda?
Günah nə müxalifətçilərdə, nə də ki iqtidarda!
Günah bizdədir! Adi xalqın üzvləri
Küçədə qadına söz atırsa,
Burda prezident neynəsin?
Ər arvadını aldadırsa,
Burda prezident neynəsin?
Satıcı müştəriyə atırsa,
Burda prezident neynəsin?
Uşaq məktəbdən qaçırsa,
Burda prezident neynəsin?
Və nəynəyək biz dəyişməkçün?
İrəliyə keçməkçün?
Əvvəlcə gözünü açmalısan
Günəşi görə bilməkçün.
Xalqın çürük beyni, xəstə düşüncə tərzi.
Ən düşük verlişlərdə bu gün ən yüksək reytinq.
Keçən il dedik “İstəmirəm”,
Hamı əzbərlədi,
Amma min nəfərdən cəmi biri əməl elədi.
Qalanın apar tulla: hamısı lazımsız fanatlar,
Onlar üçün dünən Xose, bu gün H.O.S.T, sabah İsfəndiyar,
O qədər fərqi yoxdur, təki dinləməyə bir şey olsun.
500 pərəstişkardansa bircə dostum olsun,
Güclü ordum olsun.
Döyüşə hazır cavanlar
Gəzəndə, titrəsin döşəmələr,
Yıxılısın tavanlar!

(Nəqarət):

Azad HOSTçular! Gəlin yumruqları qaldıraq!
Harda varsa kimsə qarşı tapaq, vuraq, sındıraq!
Varlılardan oğurluyaq!
Kasıblara paylıyaq!
Yandıraq məhkəmələri!
Yandıraq məhkəmələri!
Azad HOSTçular! Gəlin keçmişimizi basdıraq!
Alova qarışsın şəhər, hər yer dönsün tüstüyə.
Qeyrət ordusu, namus ordusu
Hücuma keçdi!
Yandıraq fahişələri!
Yandıraq fahişələri!

AİD

Praqmatik həyat tərzi,
Pula yönəlmiş tərbiyə dərsi...
”Pul - əl çirki” deyənlərin
Çürüyüb artıq dərisi.
Ciyərimizdə H.O.S.T nəfəsi.
Biz artıq söz dəlisi,
Yazanda baxmırıq ki dinləyənin zəif əsəbi.
Artdı qəzəbi Qaraqanın, zəhəri bitdi, sıra AiD`də.
Cəmiyyət-nifrət kəlimələri qoşalaşdı.
Ən son hədddə etiraz.
Kim şəhərli - kim “yeraz”?
Nə fərqi var boşboğaz?
Deyinmələr...
Dəbli-dəbli geyinmələr...
Kişilik indi bakirlikdən tez çıxmaqla ölçülürmüş.
Sözə, sənətə yoxdur qiymət,
Səhnə kloun gözləyirmiş.
Gözləsin...(qoy gözləsin)...
Bu cəmiyyət nə istəyir - bilmir özü də,
Gəlmir özünə bir şillədən,
Çox gec ayılır bir gecədən.
Titrəsin qoy Milli Məclisin hər şüşəsi!
Yoxsulların yuxusunda pul kisəsi.
Kəsir həvəsi
Geri atılmış hər addımda fiasco
Fəlsəfəsi gec tapılan düşüncələr,
Məntiqsiz mülahizələr...
Məhəllələrdə “panyatkalar” bezdirib artıq.
Böyük-kiçik qarşılıqsız hörmət bezdirib artıq.
Son qoyaq artıq rəzalətə,
Dindən qaçan bu millətə,
Geriyə çəkən əsarətə,
Üzdə edilən ibadətə.
Son qoyaq fahişəliyə -
Yox, işsizlər çoxalar!
Son qoyaq rüşvətə -
Yox, tələbə üsyan edər!
Qarşı çıxar ədalətə
Təhsil verən müəllimlərə.
Gül balanın gül papası
Birdən pulu qalar cibində.
Məhv edək
Gizli satılan iynələri də, bitkiləri də.
Məhv edək
Günahlarla qazanılmış əskiləri də.
Axı biz İslam ölkəsiyik - çoxaldaq məscidləri,
Çıxardaq leksikondan təhqir edən söyüşləri.
Qan tökükmüş döyüşlərdə
Kimlər öldü, kimlər azdı.
Meyidlərimiz yox torpaqda.
Bəlkə qəbri göydə qazdıq?
Kim bilir?
Bu cəmiyyətdə hər bir ölüm bir möcüzə,
Xəzər gölünün dibinə bax, sür-sümüklər çatır dizə.
Sevimli oyunu futbol - əvəz olunub kofisentlə.
Baxansan-baxmayansan, nə fərqi var,
Qoşul sən də.
Qumardır - qumar deyil, fərqi yoxdur,
Pul elə puldur.
Cibli kəfənə sahib olmaq
Çox adamda məqsəd budur.

Qara kapüşon - altda H.O.S.T!
Çox qalacaq yadda H.O.S.T!
Sözünü üzünə deyənin, dibə dək gedənin
Bil, qanında H.O.S.T!
Sağda H.O.S.T, solda H.O.S.T!
Zibilçələri yandır H.O.S.T!
Qarşı çıxanı dağıdır H.O.S.T!
Bir-iki-üç, qışqır H.O.S.T!

(Nəqarət):

Azad H.O.S.Tçular! Gəlin yumruqları qaldıraq!
Harda varsa kimsə qarşı tapaq-vuraq-sındıraq!
Varlılardan oğurluyaq!!
Kasıblara paylıyaq!
Yandıraq məhkəmələri!
Yandıraq məhkəmələri!
Azad H.O.S.Tçular! Gəlin keçmişimizi basdıraq!
Alova qarışsın şəhər, hər yer dönsün tüstüyə.
Qeyrət ordusu, namus ordusu
Hücuma keçdi!
Yandıraq fahişələri!
Yandıraq fahişələri!
 
Forum » mp3 Sözləri -- Letras mp3 -- mp3 Sözleri -- mp3 Lyrics -- mp3 песен » HOST » Azad Hostçular (Host)
Page 1 of 11
Search:

Copyright MyCorp © 2016
Create a free website with uCoz
Купить ссылку здесь за руб.
Поставить к себе на сайт