Teymur Recebov - Forum

Bazar, 2016-12-11, 3:20 AM
Welcome Qonaq | RSS

Black City

Teymur Recebov - Forum

[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
Forum » Maariflənmə » Biografi » Teymur Recebov
Teymur Recebov
Pasa_007Date: Bazar, 2012-11-11, 4:20 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline


Doğum Tarixi 12 mart 1987
Doğum Yeri Bakı

Teymur Rəcəbov (1987) Azərbaycanın aparıcı şahmatçılarından biri, beynəlxalq dərəcəli qrossmeyster.
Teymur Rəcəbov 14 yaşında ikən dünyanın ən gənc qrossmeysteri olma rekordunu yeniləmişdir və şahmat vunderkindi hesab olunur.
Yüksək səviyyəli şahmatdakı ilk nailiyyətini 2003-cü ildə Qarri Kasparovu Linaresdə qara fiqurlarlara udaraq əldə etmişdir:

1. e4 e6 2. d4 d5 3. Nc3 Nf6 4. e5 Nfd7 5. f4 c5 6. Nf3 Nc6 7. Be3 a6 8. Qd2 b5 9. a3 Qb6 10. Ne2 c4 11. g4 h5 12. gxh5 Rxh5 13. Ng3 Rh8 14. f5 exf5 15. Nxf5 Nf6 16. Ng3 Ng4 17. Bf4 Be6 18. c3 Be7 19. Ng5 O-O-O 20. Nxe6 fxe6 21. Be2 Ngxe5 22. Qe3 Nd7 23. Qxe6 Bh4 24. Qg4 g5 25. Bd2 Rde8 26. O-O-O Na5 27. Rdf1 Nb3+ 28. Kd1 Bxg3 29. Rf7 Rd8 30. Bxg5 Qg6 31. Qf5 Qxf5 32. Rxf5 Rdf8 33. Rxf8+ Nxf8 34. Bf3 Bh4 35. Be3 Nd7 36. Bxd5 Re8 37. Bh6 Ndc5 38. Bf7 Re7 39. Bh5 Nd3 0-1.

Bu qarşılaşma həmin il Linares-də ən yaxşı oyun mükafatına layiq görülmüşdür. Bu nəticəyə görə Rəcəbov şahmat tarixində dünya 1-cisini məğlub edən ən gənc şahmatçı hesab olunur.
Həmin il Teymur Vişvanatan Anandı və Ruslan Ponomaryovu qara fiqurlarlara məğlub etmişdir. Bu nəticə ilə birlikdə isə Rəcəbov 1 ildə üç FİDE dünya çempionunu məğlub edən yeganə şahmat ustası hesab edilir.
2004-cü ildə FİDE dünya çempionatında yarım finala yüksəlmişdir.
2005-ci ildə güclü Dos Hermanas turnirini qazanmış və həmin il Avropa çempionatında 2-ci olmuşdur.
]2006-cı ildə Linares-də hazırkı dünya çempionu bolqar şahmatçı Veselin Topalovu məğlub etmiş (qara fiqurlarla) və turniri 2-ci bitirmişdir.
2007-ci ildə, XIX kateqoriyalı Korus turnirinin ortaq qalibi olmuşdur.
[color=red]Teymur Recebov Avropa kubokunu qazandı[color=red]
Yunanıstanın Kallitea şeherinde keçirilen klublararası Avropa kubokuna yekun vurulub.

"APA-SPORT"un melumatına göre, yarışın qalibi Azerbaycan yığmasının lideri Teymur Recebovun da şerefini qoruduğu Rusiyanın "Ural" komandası olub.

Bu kollektivin helledici turda Almaniyanın "Mulheym" klubu üzerinde 4,5:1,5 hesablı qelebesi birinci yeri tutmaq üçün kifayet edib. Bele ki, bunadek turnir cedveline başçılıq eden diger Almaniya temsilçisi "Baden-Baden" son görüşde qelebe qazana bilmeyib. Yekunda her iki komandanın hesabında 12 xal olsa da, "Ural" ayrı-ayrı şahmatçıların elde etdiyi xalların hesabına reqibini üsteleyib. Üçüncü defe çempionluq sevinci yaşayan Recebov son görüşde fransalı Maksim Vaşyer-Laqrevle "sülh" bağlayıb.

Hele öten turda mükafatçılar sırasında yer almaq şanslarını itiren diger hemyerlilerimizin komandaları da turniri qelebe qazanmaqla terk edibler. Vüqar Heşimovun şerefini qoruduğu "Aşdod" (İsrail) İsveçrenin "Şahfrunde" klubunu darmadağın (6:0) ederek 10 xalla 8-ci olub. Qrossmeysterimiz ise son görüşde Jan-Noel Riffi üsteleyib.
Şehriyar Memmedyarovlu "Alkaloid" (Makedoniya) Norveçin OSS klubuna qalib gelib - 3,5:2,5. Reqibin lideri Lüdviq Hammerle heç-heçe oynayan Şehriyar komandasının hesabına yarım xal yazdırıb. Neticede "Alkaloid" turniri 9 xalla 14-cü pillede başa vurub.
Qeyd edek ki, Recebov 2002-ci ve 2004-cü illerde müvafiq olaraq, "Bosna" (Bosniya ve Herseqovina) ve NAO (Fransa) klublarınınheyetinde de çempion olub. 21 yaşlı qrossmeysterimiz, hemçinin 2006-cı ilde "Ladya"nın (Rusiya), 2007-ci ilde "Ural"ın terkibinde gümüş, 2005-ci ilde NAO ile bürünc medala sahib çıxıb
 
Forum » Maariflənmə » Biografi » Teymur Recebov
Page 1 of 11
Search:

Copyright MyCorp © 2016
Create a free website with uCoz
Купить ссылку здесь за руб.
Поставить к себе на сайт