Nizami Rəmzi - Forum

Bazar, 2017-01-22, 1:07 PM
Welcome Qonaq | RSS

Black City

Nizami Rəmzi - Forum

[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
Forum » Maariflənmə » Biografi » Nizami Rəmzi
Nizami Rəmzi
Pasa_007Date: Bazar, 2012-11-11, 4:14 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Nizami Rəmzi oğlu Baxşıyev - 1947-ci il dekabırın 20-də Bakıda anadan olub. Rəmzi şairin təxəllüsüdür. Nizami Rəmzi əslən Azərbaycanın dilbər güşələrindən biri olan Xızı rayonundandır. O rayon ki, burada sözə sənətə böyük qiymət verilir. Bu torpaqda Mirzə Əbdülqədir Vüsaqi, Cəfər Cabbarlı, Məmməd Arif, Mikayıl Müşfiq, Seyfəddin Dağlı, Cabir Novruz kimi sənətkarlar yetişib. N.Rəmzi Bakıdakı 176,158, və 159 saylı məktəblərdə orta təhsil alıb sonra Ticarət texnikumunu (1967) biririb. Əmək fealiyyətinə sürücü kimi başlayıb, 1997-ci il, yanvarın 19-da elə sükan arxasında faciəli bir yol qəzasında dostu, meyxana ustası Kəbir Azəri ilə birgə vəfat edib, əbədiyyətə qovuşub.

Şairin yaradıcılığına nəzər saldığımız zaman görərik ki, o öz meyxanalarında* Sovet dövrünün haqsızlığlarını, eybəcərliklərini, nöqsanlarını açıq-aşkar əks etdirib. Onun "Gör neçə illərdi yalan görmüşəm", "Sən nə qoymusan, nəyi axtarırsan", "Dəyirmanımızı" və s. kimi meyxanaları misal göstərmək olar. Sovet dövründən sonra müstəqillik və azadlıq, Azərbaycan-Ermənistan müharibəsi və ondan sonra baş verən siyasi, ictimai hadisələr Rəmzinin sənətine təsiri olmayıb desək yanılarıq. Məhz həmin dövrdə "Yazıldı dastanı Azərbaycanın", "Lay-lay Azərbaycan", "Biləsən Vahid", "Vəziryan", "Qarbaçov", "Xilaskarımız" adlı məşhur meyxanaları xalqımızın yaddaşında dərin izlər buraxıb.

Nizami oğlunun ad günündəMeyxanadan savayı Rəmzi həm də böyük şair, qəzəlxan idi. O yazılarında əsasən vətənə və anaya məhəbbəti, eşqdə vəfanı, dostluqda sədaqəti, həyatda dürüstlüyü, Allaha, onun Peyğəmbərinə, İmamlara, göndərdiyi kitaba və şəriətinə inamı tərənnüm edir. "İlahi", "Kimsəsizler kimsəsi", "Şəm onu yandıracaqdır", "Etdi İlahim", "Azərbaycanım", "Pərvanə tapılmır", "Ana", "Özü", "Darıxır", "Kərbəla Vaqiəsi" və s. qəzəllər şairin yaradıcılığının rəmzidir.

Söz Azərbaycanda həmişə müqəddəs sayılmışdır - meyxana isə Bakı kəndlərində. Nizami Rəmzi meyxanaya tuş gəlmişdi - meyxana da ona. Meyxana Bakı kəndlərinin rəmzi idi, Nizami - Meyxananın! Nizami sənətə, meyxanaya rəmz oldu! Dünyadan köçdü - vaxtsız! Sözü qaldı – şerləri, adı qaldı - Nizami, soyadı qaldı - Baxşıyev, bir də meyxana təxəllüsü – Rəmzi! Nizami Baxşıyev kimi dünyaya gəldi, Nizami Rəmzi kimi dünyasını dəyişdi..." Allah dahi meyxana ustadımıza rəhmət eləsin! Amin!

Gəzər

Arif olsan əməlin tarixi meydanda gəzər,
Yalqız olmaz bu cür insan, belə dövranda gəzər.

Gül üzlü sevgilim hər gün məni ansaydı əgər,
Ülvi eşqim yenə də saheyi-səhmanda gəzər.

Nəyə lazımdı mənə özgə cürə fitnə-fəsad,
Aqiləm, məndə olan söz yeni ünvanda gəzər.

Məni Məcnun eləyən, hamı bilir, Leyli olub,
Axtarıb Leyli məni, çöllü-biyabanda gəzər.

Ləyaqət əhlinə böhtan diləyən nakəslər,
Yalqız qalar yenə də, bil, özü böhtanda gəzər.

Aşiqəm mən o yara, bəs nə sual eyləyəcək?
Canı candan diləyən başqa imtahanda gəzər.

Atmaq olmaz vətəni, çünki ana yurdum olub,
Nizami Rəmzi daim Azəribaycanda gəzər.
 
Forum » Maariflənmə » Biografi » Nizami Rəmzi
Page 1 of 11
Search:

Copyright MyCorp © 2017
Create a free website with uCoz
Купить ссылку здесь за руб.
Поставить к себе на сайт