My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Maariflənmə » Fikirlərimiz .. » Mənim ən yaxın dostlarım.. (Kitab)
Mənim ən yaxın dostlarım..
Pasa_007Date: Bazar, 2012-11-11, 4:05 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Mənim ən yaxın dostlarım..
Kitablar...Allahın bizə verdiyi ən böyük nemətlərdən biri..Kitablar ayrıca bir kainatlardır bəlkədə kainatda daha böyük.Başka cür desəm kitab lar kainatin yazıya keçirilmiş formasıdır.Hər oxuyan Molla Pənah olmaz deyerlədri mən uşaqkən tam olaraq anlamazdım ama artıq anlayıra,hər oxuyan o oxuduğu kitabdakı ruhu tapa biləməz ona qovuşa bilməz..hər nə qədər indiki zamanda o deyimi dəyişib “ hər oxuyan Azərstar olmaz” ediblersede eski deyim qeder qüvvə verə bilməyiblər nəysə.Yaşadığımız bu dünyada heyifki kitaba verilen deyer çoc zeifidir..ama səbəb bilsiz nədir?Kitablar müxtəlifdir bəzisi var bədəndən içəri girə bilməz..bəziləri ruhumuza işlər..oxunduğunuzda sətirlər üzərində axıb gedən yazılarada be dünyadan uzaqlaşar başka bir dünyaya yol açarıq,sonra yazı da yox olar yazıya baxan gözlərdə..Kitablar vardır oxunmaz sadəcə vərəqlənər..kitablar var sadəcə içindəki bəzi bölümləri oxunur,kitablarda varki hər cümləsi təkrar təkrar oxunulur..Kitab oxumaq doğrudanda cəsarət istəyir..Çünki kitab sanki bir kainat kimi gələr meydan oxuyar ,bəzən gələr ana kimi sarar qoynunda ,bəzənsə ağlımızı başımızdan alar .Ama yaxşı oxumağa dəyər bir kitab oxuyucusunun qəlbinə ağlına yol tapar onun dünyasına müsbət dərəcədə təsir edər,və onun həyatdakı məqamını yüksəldər..Bəziləri kitab oxumanın nə demək olduğunu belə bilmir..kitab oxumaq nə yalanlamaq nə rədd etmək ,nə nəyisə qəbul etməək,nəyisə inkar etmək,nəyəsə inanmaq,nə susmaq nə danişmaq deyildir..kitab oxumaq müqayisə etmək düşünmək üçündür.Güclü bir kitabın qarşısında güclü bir şəxsiyyət kimi dayanmalıyıq..
Ama təəssüf olsunki gənc nəsil kitablara sanki NİFRƏT edir..elədə olmalıdı çünki bir millətinki paytaxtında hər 400.000 nəfərə 1 kitabxana düşür onlarında yarısı əcnəbinin dilində..gənc yazıq nə etsin axı???Bir çoxlarıysa kitab oxurkən sıxıldığını deyir...ama onları anlaya bilmirəm,çünki mənim həyatda ən yadda qalan günlərim qışın soyuğunda gecələri hər kəs yatarkən çöldəki tufanın ahəngdar səsiylə sobanın kənarında isti çayımla bərabər kitablarımla keçirdiyim günlər olub..hələdə o kitabın üstündə yuxuya getmək necədə böyük keyifdir bir bilsəz))ama nədənsə bu qürbət eldə tufanda olsa sobada olsa çayda olsa qışda olsa o ləzzəti ala bilmirəm(((
Bəziləri deyir mən kitab oxumuram həyat mənimçün kitabdı insanlarla ünsiyyət mənə bəsdi.Düzdü insanlarda olub kitablardan öyrənəməyəcəyimiz çox şey var ama eyni zamanda kitablarda olubda insanlardan oyrenemeyeceymiz çox şey var.və ən əsassıysakitablarin insanlardan fərqi kitablar cansızdır..və bir insanla ünsiyətdəykən ondan çəkinə bilərik ona hirslənə bilərik vəya qürurlanaraq nəyiysə etməyə bilərik ama kitablar cansızdır... nə ona qarşı qürurlanarıq nə çəkinərik nədə başka nəsə..Kitab alarkən Ən çox satılanlarıda almaq düz deyil çünki o çox satanlar heçdə ən çox oxunanalar deyil..ona görə kitab oxuyanda bilboardları yox dost məsləhətlərinə fikir verin..nədə kitab oxumağı əsla moda vəya tutqunluq etmək doğru deyil.Həyat bir yerə sığınaraq kitab oxumaqla tükənəcək bir şey deyil..Kitab oxumaq çox şeydir ama hər şey deyildir.Onsuzda kitab oxuyan insan hər şeyi bir tərəfə qoyaq,o oxuduqlarıana əməl etmək çün dünyaya addım atmalıdır..Hər şey kitablarda olmur..Oxumağın çox növü var...Bədən dili oxumaq..üz mimikləri oxumaq..memari baxışla etrfaı oxumaq..təbiəti oxumaq..və bu oxumalar içində ən asandıda elə kitab oxumaqdır eləysə bu gündən etibarən başlayın..və kitab oxuma dərəcənizi ən üsr səviyyəyə qaldırın..Çünki ən üst səviyyədə bizi gözləyən oxumağı sözün əsl mənasında hakk edən bir kitab var oda ...”Quran”...

P.S- Yaxşı hər şey bir tərəfə kim Romantik bir məhəbbət kitabına yox deyər?))
 
Forum » Maariflənmə » Fikirlərimiz .. » Mənim ən yaxın dostlarım.. (Kitab)
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz