My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Maariflənmə » Yaşam. Fəlsəfə və Psixologiya. » Həyatda gözləməyi bilməliyik
Həyatda gözləməyi bilməliyik
Pasa_007Date: Bazar, 2012-11-11, 3:43 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Həyat bir yolculuqdur.....

Kimi üçün qısa və gözlənilməz, kimisi üçün uzun və təfərrüatlı. Dəyişik dayanacaqları olan bir avtobus səfəri kimi. Hər dayanacaqda avtobus dəyişdirmək lazım gələ bilir. Hər dayanacaqda bir az gözləmək və bir sonrakı səfər üçün maddi və mənəvi təcrübələr əldə etmək gərəyə bilir. Hər avtobusa minə bilmirsən. Bəzən son dəqiqədə qaçırırsan, bir sonrakını gözləyirsən bəzən də avtobus dolu gəlir qapılar açılmır. Baxırsan dayanacaq çox sıxlıqlıqdır, bəzən bir əvvəlki dayanacağa gedirsən, bəlkə yer tapa bilərəm deyə. Əvvəli və sonrası deyərkən həyat gözləmələr və gözləniləni arzulamaq ilə keçir. Buna ümid etmək deyirik. Cümlə içində istifadə edək. Ümid edirəm ki bir sonrakı avtobusa minəcəyəm deyirik. Və Deyərkən də ümidə səfər başlayır. Bir səfəri bitirmədən bir sonrakını yarılırsan. Ümidə yaxınlaşarkən üfüqdə yeni işıqlarını yandırmış bir başqa avtobus meydana çıxır. Bu sistemin içində sıranı gözləməyi, avtobus gəldiyində minə bilməyi ümid etməyi və minə bilmədiyin avtobusların ardından düşünməklə vaxt xərcləməməyin lazım olduğunu öyrənirsən. Avtobus dayanacaqlarında yetkinləşirsən.

Bir ümidlə gözlədiyin bu avtobuslarda özünə yer tapa bilmədiyin də olur. Məsələn şəhər içindəki bir avtobusda ayaqda səyahət etmək vəziyyətində qala bilirsən. Bir yer boşalar ümidiylə davamlı hazırda gözləyirsən. Anlayacağınız; avtobusa minməklə yetinilmir. Dəyişik duyğularınıza xitab edir səyahətləriniz. Kimi gün bir xaricinin yanındakı kresloda yuxuya dala bilirsiniz. Kimi gün bir yaşlıya və ya uşaqlı bir ailəyə yer verdiyiniz ola bilir. O səyahətiniz yerinə yetirilmiş bir vəzifənin verdiyi həzz ilə ayaqda keçir; incinmirsiniz əksinə ətrafdan aldığınız müsbət baxışlarla xoşbəxt olursunuz.
Maraqlı deyilmi? Bir əvvəlki səfərinizdə ayaqda səyahət etmək sizi necə yormuşdu. İndi isə yerinizi ehtiyacı olan birinə vermə fikri sizi dəstək olmağa çatır. Həyat gözləmək, ümid etmək, gözlədiyinə qovuşmaq və yeri gəldiyində sənin olanı başqaları ilə paylaşmaq ola bilir. Sənin dünyagörüşünə görə həyat, bəzən yorucu; bəzən kefli; bəzən də qürur verici səfərlərdə özünü hissetdirir sənə. Yaşadığının fərqinə varır və mənliyinin həyat deyilən mərhələdəki yerini anlayırsan. Zaman keçir və sən dayandırmağı xəyal etdiyin amma dayandıra bilmədiyin o zamanın içində gözləmənin tərifini əzbərləyirsən.
Həyatı öyrənir; zamanın içində yetkinləşirsən.
 
Forum » Maariflənmə » Yaşam. Fəlsəfə və Psixologiya. » Həyatda gözləməyi bilməliyik
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz