My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Maariflənmə » Yaşam. Fəlsəfə və Psixologiya. » Qorxuram... (``Ailəm`` Jurnalindan)
Qorxuram...
Pasa_007Date: Bazar, 2012-11-11, 3:20 PM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Z. Y. - Salam, “Ailəm”! Tələbəyəm. Dərslərimdə problem yoxdur, ancaq sanki özümü 100 yaşında hiss edirəm. Bir də içimdə bir qorxu var. Nə qədər çalışsam da, ondan yaxa qurtara bilmirəm...

- Hörmətli Z. Y! Qədim zamanlarda bir div var idi. Hər il eyni vaxtda öz mağarasından çıxır: “Aranızda ən güclü, ən cəsur kim varsa, qarşıma çıxsın”, - deyirdi. Kəndlilər də hər il həm çarəsizlik, həm də ümidlə ən güclü adamlarını onunla döyüşə göndərirdilər. Qurbanlar hər il divin qarşısına çıxır, div də onları öldürüb yeyirdi.
Bir gün kəndə cəsur, qorxmaz bir igid gəldi və “bu kənd mənim xoşuma gəldi. Artıq burada yaşayacağam” dedi. Kəndlilər də ona mağarada yaşayan divdən danışdılar. İgid: “Mən heç kimdən qorxmuram”, - deyib qılıncını, bəlkə də, mininci dəfə itiləməyə başladı. Nəhayət, vaxt-vədə gəlib çatdı. İgid qılıncını belinə vurub, divin üstünə getdi. İgid, bir tərəfdən, qılınc çalır, bir tərəfdən də, divə hücum çəkirdi. Qəribə də olsa, igid divin üstünə getdikcə div get-gedə kiçilirdi. Axırda igid qılıncını cırtdan divin ürəyinə sancdı və “de görüm sən kimsən?” deyə soruşdu. Cırtdan div ağrı içərisində qovrula-qovrula “mənim adım qorxudur” dedi...
Hörmətli Z. Y! Əslində qorxu budur. Əvvəlcə, insanın gözündə böyüyür, sonra da onu öz əsirinə çevirir. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Uğurlar!..
 
Forum » Maariflənmə » Yaşam. Fəlsəfə və Psixologiya. » Qorxuram... (``Ailəm`` Jurnalindan)
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz