My site
Home | Sign Up | Log In
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
Forum » Maariflənmə » Dil-Ədəbiyyat » Mikayıl Müşfiq (Şeirdən, xülyadan necə əl çəkim?)
Mikayıl Müşfiq
Pasa_007Date: Çərşənbə axşamı, 2012-08-28, 9:53 AM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline




Tam Adı -Mikayıl Əbdülqadir oğlu İsmayılzada
Doğum Tarixi 1908
Doğum Yeri Bakı
Ölüm Tarixi 1938
Ölüm Səbəbi Repressiya edilib

Həyatı
İsmayılzada Mikayıl Əbdülqadir oğlu - şair, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü -1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində doğulmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və adəbiyyat fakültəsini bitirmişdir (1927-1931).
Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur.
1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir. Əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmişdir.

Əsərləri
• 1.Küləklər (şeirlər). Bakı: Azərnəşr, 1930, 121 səh.
• 2.Günün səsləri. Bakı: Azərnəşr, 1930, 130 səh.
• 3.Buruqlar arasında (poema). Bakı: Azərnəşr, 1932, 47 səh.
• 4.Vuruşmalar. Bakı: Azərnəşr, 1932, 36 səh.
• 5.Pambıq (şeir). Bakı: Azərnəşr, 1932, 15 səh.
• 6.Bir may. Bakı: Azərnəşr, 1932, 14 səh.
• 7.Şeirlər. Bakı: Azərnəşr, 1934, 172 səh.
• 8.Qaya (poema). Bakı: Azərnəşr, 1935, 29 səh.
• 9.Kəndli və ilan (el nağılı). Bakı: Azərnəşr, 1935, 18 səh.
• 10.Şəngül, Şüngül, Məngül. Bakı: Azərnəşr, 1934,
• 11.Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1957, 192 səh.
• 12.Şəngül, Şüngül, Məngül. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
• 13.Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1960, 424 səh.
• 14.Kəndli və ilan. Şəngülüm, Şüngülüm. Bakı: Azərnəşr, 1965, 32 səh.
• 15.Kəndli və ilan. Bakı: Azərnəşr, 1966, 16 səh.
• 16.Teleqraf telləri. Bakı: Azərnəşr, 1966, 80 səh.
• 17.Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1968, 16 səh.
• 18.Duyğu yarpaqları. Bakı: Azərnəşr, 1966, 250 səh.
• 19.Əsərləri (üç cilddə). I c. Bakı: 367 səh.
• 20.Əsərləri (üç cilddə). II c. 335 səh.
• 21.Əsərləri (üç cilddə). III c. 354 səh.
• 22.Yenə o bağ olaydı. Bakı: Gənclik, 1976, 166 səh.
• 23.Əbədiyyət nəğməsi. Bakı: Yazıçı, 1978, 309 səh.
• 24.Qaya. Bakı: Maarif, 1978, 118 səh.
• 25.Kəndli və ilan. Bakı: Gənclik, 1984,13 səh.
• 26.Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1983, 16 səh.
• 27.Kəndli və ilan. Bakı: Gənclik, 1984, 16 səh.
• 28.Könlümün dedikləri (şeirlər). Bakı: Gənclik, 1988, 56 səh.
• 29.Həyat sevgisi (şeirlər, poemalar, mənzum oçerklər, mənzum nağıllar). Bakı: Yazıçı, 1988, 304 səh.

Tərcümələri
• 1.Yeqişe Çarens. Şeirlər, B., Azərnəşr, 1934,54səh., 2.000 nüs.
• 2.Taras Şevçenko. Kobzar, B., Azərnəşr, 1934, 85 səh., 2.000 nüs. (şərikli).
• 3.A.S.Puşkin. Qaraçılar, B., Azərnəşr, 1930, 30 səh., 3.000 nüs. (şərikli).
• 4.Marşak. Huşsuza bax, huşsuza, B., Azərnəşr, 1935, 10 səh., 6.000 nüs.
• 5.A.S.Puşkin. Qaraçılar, B., Azərnəşr, 1937, 30 səh., 10.000 nüs. (şərikli)
• 6.Marşak. Huşsuza bax, huşsuza, B., Azərnəşr, 1936, 14 səh., 7.000 nüs.
• 7.M.F.Axundov. Şərq poeması, B., Azərnəşr, 1937, 31 səh., 5.000 nüs.



Yenə o bağ olaydı

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham..
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli sohbət açaydıq ruhun ehtiyacından,
Qardaşından, bacından
Çəkinərək çox zaman sohbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə də bir vuraydı qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli!
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdıır,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir ümid,
İnsanlar daha məsud,
Duyğular daha incə, fikirler daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı,tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da.
Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!
Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindən,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.
Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!
Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şeirə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bə’zən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!
Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.
Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim
Könlümün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, həyat yeni...
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir gölgətək hür yaşamaq istəyən
Bu insan oğlu bilsən
Azadlıq ölkəsində daha şad olacaqdır,
Dünya dad alacaqdır.
Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq,
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham.
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
 
Forum » Maariflənmə » Dil-Ədəbiyyat » Mikayıl Müşfiq (Şeirdən, xülyadan necə əl çəkim?)
  • Page 1 of 1
  • 1
Search:

Copyright MyCorp © 2024 | Create a free website with uCoz