Resul Rza - Rengler - Forum

Cümə axşamı, 2016-12-08, 9:13 PM
Welcome Qonaq | RSS

Black City

Resul Rza - Rengler - Forum

[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
Forum » Maariflənmə » Dil-Ədəbiyyat » Resul Rza - Rengler
Resul Rza - Rengler
Pasa_007Date: Çərşənbə axşamı, 2012-08-28, 9:50 AM | Message # 1
Mayor Genearl
Group: Administrator
Messages: 312
Reputation: 0
Status: Offline
Resul Rzanin Rengler seir silsilesinden bir hisse
AĞ İŞIQ

Yuxulu körpenin tebessümü
Ümid
Temennasız yaxşılıq
"Sizde xerçeng yoxdur"-
Sözlerinin deyildiyi deqiqe
İnsan seadetine sebeb olan her şey...
Hetta,
teselli üçün deyilmiş yalan
Bir de
insan ülfeti

AĞ İŞIĞIN SEVİNC ÇALARI

Nene qurşağı
Veten torpağı
Çıçekli bahar budağı
Göyerçin qanadları
Quzey qarı
Bir körpenin süde bulaşmış üz-gözü
Şorbaya yanböyür batırıb çıxardığı
qaşıqdan qaldığı lezzet
Şübhelerin dağıldığı gün
Dost eli
Açılmış düyün
İnsan adına layiq
işler,işler,işler

Ağ İŞIĞIN MEHEBBET ÇALARI

Ömrün menası
Qelbin aynası
Bahası ve satım meydanı olmayan var
Tek bir qelbin qapısına düşen açar
Anlayan,duyan
insan

BOZ

Çaxlara qatılıb itenler
Her torpaqda bitenler
Cansız barmaqlar arasında
Sönmüş siqaretin uzun külü
Bağlam güller-selafana bükülü
Boş günler,
boş ümidler
Hem ele,hem bele adam
Verdişle könülsüz gülüş
Soyuq tenhalıqdan
saçlarda qalmış gümüş
yetim bir qız uşağının
deyişiksiz dizliyi
Vaxtın rengsizliyi
 
Forum » Maariflənmə » Dil-Ədəbiyyat » Resul Rza - Rengler
Page 1 of 11
Search:

Copyright MyCorp © 2016
Create a free website with uCoz
Купить ссылку здесь за руб.
Поставить к себе на сайт