Yumorlar (Part 1) - 15 July 2012 - Blog - Black City

Bazar, 2016-12-04, 3:13 PM
Welcome Qonaq | RSS

Black City

Blog

Main » 2012 » İyul » 15 » Yumorlar (Part 1)
5:39 PM
Yumorlar (Part 1)
                                           
 
 
                                                           
 
 
1) Bir gün komandirə məktub gəlir ki,bir əsgərin atası rəhmətə gedib.Komandir mayoru çağırtdırıb deyir ki, ona deyin atası ölüb.Amma elə deyin ki, çox pis olmasın.Mayor əsgərləri yığır sıraya.Fərəqət sağa dön!hamı sağa dönür.Sola dön!hamı sola dönür.Sonra deyirki kimin atası sağdı bir addım irəli gəlsin. Əsgərlər irəli gələndə mayor həmin əsgərə deyir:"Ala sən hara özünü soxursan"
 
2) Bir gün bir kişi psixoloqun yanına gəlir və deyir:
-Həkim, mənim arvadım dəli olub
-Hardan bilirsiz?
-evdə qanadlı ağ atlar uçur amma arvadım onları görmür.
 
3) 5 yaşında olan uşaq bu günə qədər danışmamışdı. Ailəsi çox narahat idi. Bir gün səhər yeməyində uşaq "hardadı e bu qənd" deyəndə atası və anası şok olurlar və atası soruşur:
-Oğlum, bəs bu günə qədər niyə danışmırdın? Oğlu cavab verir:
- Bu günə qədər hər şey yolunda idi!!!
 
4) Bir kəndçinin evinin qapısını yolunu azmış bir İspan döyür. Ev yiyəsi soruşur:
-Kimdir?
- Jose de Santana de Monte Cristo de Santa Cruzo
- Vallah evimiz 1 otaqdır e
 
5) Bank müdiri Rusiyaya gəzintiyə gedir və bir restorandan içəri girir. Sifarişlərini verdikdən sonra bir də baxmış ki, qarşısında möhtəşəm bir xatun elə hey buna baxır.
Dəvətkar baxışlarla xatunu masaya çağırır, xatun gəlib masaya oturur, ancaq ikisi də bir-birlərinin dilindən anlamırlar. Xatun çantasından qələm və kağız çıxarır və kağızın üzərinə siqaret şəkli çəkir. Müdir dərhal siqaretindən qadına təklif edir. Xatun daha sonra kağızın üzərinə qədəh şəkli çəkir. Müdir dərhal qarsonu çağırır və ən yaxşı şərabdan sifariş verir. Xatun bu səfər də kağıza ev şəkli çəkir, yanına da 100 dollar şəkli çəkir. Müdir ürəyində belə deyir:
- Arvada bax aaa.. Bank müdiri olduğumu necə də anladı kredit istəyir?
6) Bir gün bir ailə toya getməyə hazırlaşır. Böyük qız gəlib anadan soruşur.
-Ana, mən hansı paltarımı geyinim?
-Sənin saçın qaradı, qara paltarını geyin.
Sonra ikinci qız yaxınlaşır:
-Ana, mən nə geyinim?
-Sənin saçın sarıdı, sarı paltarını geyin.
Sonra 3cü qız yaxınlaşır.
-Ana, bəs mən nə geyinim?
-Sənin saçın qəhvəyidi, qəhvəyi paltarını geyin.
Bu vaxt uşaqların atası ayağa durub soruşur.
-Sən nə demək istəyirsən???? Mən keçələm deyə lüt getməliyəm? :))
 
7) Bir gün yol polisi birini saxlayıb deyir:
-Qardaş xəttin üstündən keçmisən.
Kişi qayıdıb deyir:
-Nə edim qaldırım altından keçim???

8) Bir gün gənc oğlan evə 3 qız ilə gəlir və anasına deyir:
-Ana tap görüm bu qızlardan hansı sənin gəlinin olacaq?
Ana:
-Qırmızı paltarlı qız.
Oğlan:
- Hardan bildin?
Ana:
- İçəri girənnən bütün əsəblərimnən oynuyur.

9) Alimlər 2 sualın cavabını hələ də tapa bilmirlər
1. ƏhmƏd haradadır?
2. Fatmagülün suçu ne?

 
10) Bir gün, bir kişi evdə oturub televizora baxir..Birdən başlayır dəli kimi evi axtarmağa..Hər yeri dağıdır..Bunu görən arvadı təəccüblənib soruşur:"Ay kişi nə axtarirsan belə, nə olub ?" Kişi deyir:"Bu evdə gizli kameralar var. Onlari axtariram." Arvadi yenə soruşur:"Sənin belə düşünməyivin səbəbi nədir ?" Kişi deyir:" Bax o televizordaki kişi iki dəqiqədən bir deyir ki' siz AZtvy-ə baxirsiniz' De görüm o haradan bilir ki, mən hansı kanala baxıram?=))
11) Bir gün dəlixana müdri gəlir dəlilərə baxmağa. Dəlilər kubik daşı ilə futbol oynayır hamının ayağı sınır.Amma biri qıraqda durub onları izləyir Müdir bu adamın artıq dəli yox ağıllı olduğuna inanıb gəlir yanına:
Müdir:
-Sən niyə oynamırsan?
Dəli:
-Kəlləlik gözləyirəm=))
 
12) Ata oğluna deyir:
- Get qonşudan bir balta al.
Uşaq əli boş qayıdıb atasına baltanı vermədiklərini söyləyir.
Ata da oğluna:
- Nə xəsis qonşularımız var, get öz baltamızı gətir...
13) Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.

14) Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.
15) Uşaq bağçasında müəllimə uşaqlara deyir:
-Uşaqlar, müəllimə gedir. Nə demək lazımdır?
Uşaqlar xorla:
- Allaha şükür.
16) Ana oğlundan soruşur:
- Niyə hər gün dərsdən evə gec gəlirsən?
- Hamısı liftə görədi.
- Niyə lift işləmir?
- İşliyir, amma ora yazılıb ki, "Ancaq 4 nəfər üçün". Buna görə də hər dəfə 3 nəfəri gözləməli oluram.

17) Bir oglan öz dostuna deyir:
-Yeni bir futbol komandası yaranıb. Çox güclü bir komandadı. Hücumçuları Brazilyalılardan təşkil olunub. Yarım-müdafiəçilər Nigeryalılardan təşkil olunub-Keçilməzdirlər. Müdafiəçiləri Argentinalılardan təşkil olunub-Çox güclüdurlər. Qapıçı isə azərbaycanlıdır. Qol olsa da olmasa da deyir qol deyil.
 
18) Bir şəkili kupedə bir generalla şəkiyə gedir. Bələdçiyə tapşırır ki, Şəkiyə çatanda xəbər elə.
Şəkiyə çatanda bələdçi bunu yuxudan qaldırır. Şəkili də yuxulu-yuxulu generalın paltarın geyinib gedir evə. Evdə arvadı görür ki, əri general olub. Sevinir, ərim general olub. Kişi deyir nə general. dəli olmusan nədir. Gedib güzgüyə baxanda görür ki, həqiqətən generaldır. və belə deyir.
- Axmaq bələdçiyə demişəm ki, məni qaldır yuxudan, gedib generalı qaldırıb.
19) .Bir gün uşaq məktəbdən qayıdır pendir iyi hiss edib,sevinə-sevinə anasına deyir:
Ana,Ana,atam pendir alıb?
Ana-Hardaydi o bəxt bizdə ay bala atan noskilərini çixardıb.
 
20) Qız nişanlısına deyir
- Mən səninlə evlənə bilmərəm sən çox xəsissən. Al bu da sənin nişan üzüyün.
Oğlan isə cavabında deyir
- Bəs qutusu hanı?

21) Bir gün meşədə heyvanlar bir yerə toplanırlar.
Şir deyir:
- İndi heyvanlar arasından gözəllər sağa, ağıllılar isə sola keçsinlər.
Elə şir bunu demişdi ki, heyvanların bir hissəsi sağa, bir hissəsi isə sola keçdilər. Birdən şir görd? ki, meymun ortada durub.
Şir:
- Bəs sən niyə ortada durubsan?
Meymun:
- Nə, indi iki yerə bölünüm.
3.Bir gün Yeraz görür ki, hamı kitab yazır. Deyir ki, qoy oturum mən də yazım. Səhər oturur,axşam durur ki,300 səhifə kitab yazıb. Aparır redaksiyaya redaktora verir ki, oxusun. Redaktor başlayır:
1-ci cümlə:"Mindim ata, çapdım aya".
Redaktor görür ki , kitab maraqlıdır. Sonra sonuncu cümləni oxuyur:"Çatdım aya, düşdum yerə".
Açır ortanı gorur ki,"Ti-kit,Ti-kit,Ti-kit,...".
Soruşur ki, bu nədir?
O da deyir ki, atla gedir də aya. Sən demə bütün kitabda cəmi 2 cümlə var qalanı isə,"Ti-kit,Ti-kit,Ti-kit,...".
22) Bir ushaq yolda dayanan hamilə qadından soruşur. Xala sizin qarnınız niyə belə böyükdü? Qadın cavab verir. Bala mən uşaq gözləyirəm. Bir az ondan aralıda astanovkada dayanan qarnı yeke kişini görüb, ona yaxınlaşır... Dayı bəs siz nə gözləyirsiz? Kişi cavab verir. Oğlum mən avtobus gözləyirəm. Uşaq deyir dayı onda velosiped olsa menə verərsiz?
23) İki professor universitetdə söhbət edir:
- Əgər mən bir nəfərə 4 yazsam, bütün qrup məni əli üstünde gəzdirər.
O biri professor:
- Əgər mən kimə isə 3 yazsam, bütün qrup məni əli üstündə gəzdirər.
Dekan bu an içəri girir:
- Əgər sizin ikinizi də universitetdən qovsam, bütün fakültə məni əli üstündə gəzdirər. 
24) Bir gün Azərbaycanlı iş adamı Amerikaya gedir. Amerikada gözəl bir qonaqlıq verirlər. Yeyib-içəndən sonra Azərbaycanlı soruşur : "Siz bu qədər pulu necə qazanırsınız ?". Amerikalı onun pəncərənin yanına çagırır və deyir: "Bu körpünü görürsən? Bax o körpü 1 mln.dollara başa gəlməli idi. Amma beş yüz min dollara başa gəldi". Bir gün də Amerikalı iş adamları Azərbaycana gəlir və həmin Azərbaycanlı onlara daha gözəl qonaqlıq verir. Yeyib-içdikdən sonra, Amerikalılar təəcüblə soruşurlar: "Bəs siz bu qədər pulu necə qazanırsınız ?". Azərbaycanlı onları pəncərənin qabağına çağırır və deyir : "Bu körpünü görürsünüz?". Amerikalılar orada körpünün olmadığını deyəndə, Azərbaycanlı deyir : "Amma olmalı idi"
25) Bir gün kişi evə sərxoş halda gılir. Arvad qaplnl açanda üst - basının toz - torpaq olduğunu görüb deyinir. Utanmırsan ay kişi, qonşularln yanlnda biyabir olduq.
Kisi deyir: Arvad sən heç narahat olma! Məni heç kəs görə bilməz!
Arvad: Necə?
Kişi:Çünki, sürünə - sürünə gəlmişəm!

 
26) Teatrın qarderobunda paltolarını alarkən arvad kişiyə hirslə:
-A kişi başın xarab olub, heç qarderobcuya da 2 manat verərlər?!
Kişi sakitce;
-Ay arvad, dinmə görək bax gör o mənə nə cür şuba verib.

 
27) Bir qadın təzəcə tanış olduğu arvadla dərdləşir:
-Zəmanə nə yaman dəyişib, bir görün indiki cavanlar necə geyinirlər. Xüsusiylə qızlar. Bir o qıza baxın- saşları qısa, şalvarı dar, heç bilmirsən ki qızdır ya oglan…
-O mənim qızımdır.
-Eləmi? Bağışlayın, bilmədim ki siz onun atasısınız.
-Atasi yox, mən onun anasıyam.

 
28) Müəllim:
-Uşaqlar,nəyə görə öz sinif yoldaşınızı döymüsünüz?
-Çünki o, ev tapşırığını düzgün yazmamışdı.
-Bu axı onu döyməyə bəhanə deyil.
-Axı biz hamımız ondan köçürrmüşdük.
 
29) bir gün dəlixanada dəlilərdən 1 i özünü Peyğəmbər elan edir ve 1 dəlidən başqa hamısı onun yanına toplaşır. Həkimlər bu dəlidən soruşur. Bəs sən niyə getmirsən peyğəmbərin yanına? Dəli cavab verir. Mən ona Peyğəmbərlik verməmişəm.
 
30) 1 gün dəlilər divarı qaşığnan oyur və bu deşiyə baxıllar. Həkimlərdən 1inə maraqlı gəlir baxmaq istəyir. O da sıraya durub öz növbəsini gözləyir. Baxır heçnə görmür və burda heçnə görsənmir axı deyir. Dəli cavabında :- biz saatlarnandı baxırıq görmürük sən 1 dəfə baxan kimi görmək istiyirdin? deyir.
31) Dəlixanada həkimlər en agıllı dəlini seçmək istəyir. Dəlilərdən 1 i hovuzda boğulanda o 1 i onu qurtarır. Həkimlər onu seçir və deyirki qurtardığın dostunu çağır sənə sağol desin. Oda cavab verir: -hələ gələ bilməz asmışamki qurusun
 
32) 1 şəxs həkimə sual verir
-xəstənin dəli olduğunu necə bilirsiz?
-vannanı su ile doldururuğ xəstəyə 1 qawşıq 1 fincan 1 də vedrə veririk və deyirikki hansi ile boşaldarsan?
-hə anladım normal şəxs vedrəni seçer
-xeyir normal şəxs vannanın tıxaciını cıxardar.
 
33) Günlərin bir günü bir ləzgi çoban,qoca kişi avtobusa minir.Bir dənə şəhər qızının yanında dayanır.Qız buna qayıdıb deyir ki : Dayı bir az o tərəfə dur səndən qoyun iyi gəlir! Qoca kişi cavabında: Məndən quyun iyi gəlməz can bala! Bir az gedəndən sonra qız yenə kişiye hemin sözü deyir.Ləzgi cavabında;Can bala mən sənə dediki məndən quyun iyi gəlməz,gəlsə gəlsə Quç iyi gələr!!!!!!

 
34) Birisi konsertə gecikir. Öz yerini tutmaq üçün sıradan keçib əyləşir və qonşusundan soruşur:
- Nə çalırlar ?
- Bethovenin beşinci simfoniyasını.
- Beşinci ?!? Nə yaman gecikdim

 
35) Bir ləzgi gəlir bara yaxınlaşır barmene
cibindən 1 manat cıxarıb yüz süz! deyir
Barmen bir dənə 100 süzür buna buda agulanır zakuskasız zadsız barmen buna deyir ki heç olmasa zakuska verim buda istəmir ikinci yüzü də 1 manat verib süzdürür
3 cü yüzü süzəndə barmenin buna yazıgı gəlir
kəsib bir az çörek verirki heç olmasa albunu zakuska elə
Ləzgi qayıdıb nə desə yaxşıdı?
Vah yada uşaqlar evdə çurək almağa pul tapmıyavar mənim boqazımdan çurək keçməz!!!!!!!!!
36) Bir gün Molla Nəsrəddini dolamaq üçün ondan soruşurlar..
--Molla deyirlər sən çox bilirsən.. de görüm göydəki ulduzların sayı nəqədərdi?
Molla da heçkefinipozmadan deyir ki
--Otur eşşəyimin tüklərini say onda biləcəksənki göydəki ulduzların sayı nəqədərdi!
Bir gün barda qaqaş oturub barmen görürki müştərinin qabağındakı bakal boşdu ve daha çox içki satmaq məqsədiylə həmin qaqaşa deyir..
--Aaa sizin bakaliniz boşdur, qoy sizə bir bakal daha verim..
Qaqaş da cavabında deyir ki,
--Neynirəm ala iki dənə boş bakalı, bidənə vardaa:)
Category: Yumor | Views: 1776 | Added by: Pasa_007 | Rating: 1.5/2
Total comments: 0
Only registered users can add comments.
[ Sign Up | Login ]
Sayt Menu

 
Section categories
İslam [4]
Şəkillər [3]
Tanınmışlar [4]
Sevgi [3]
Azəri MP3 [10]
Türk MP3 [8]
Xarici MP3 [16]
Səsli Şeirlər [3]
Programlar [11]
Yumor [4]
Interesting [7]
Kitab [5]
Köşe Yazıları [7]
Hekayələr və Məqalələr [7]
Müşviq XAN [2]
Video [7]
Film and Clip's [13]
Dərs Videoları [2]
Games Download [5]
Online Games [3]
Car's world [4]
Phone's world [3]
İdman [5]
Web Master & Xakker [4]
Texnologiya [4]
3D [1]
Dəb [2]
Mahnıların Tərcüməsi [2]
Xarici Mp3lərin türkce tərcüməsi
Mehşurların Sözleri [4]
Heyvanlar Aləmi [3]
Zoologiya
  
Eurovision 2013
.......
--------------------------------
.......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......

 


 

 

 

Statistika

 

Ses Verme


Copyright MyCorp © 2016
Create a free website with uCoz
Купить ссылку здесь за руб.
Поставить к себе на сайт