Onurğasız Heyvanlar - Süngərlər - 14 June 2013 - Blog - Black City

Şənbə, 2016-12-10, 11:29 PM
Welcome Qonaq | RSS

Black City

Blog

Main » 2013 » İyun » 14 » Onurğasız Heyvanlar - Süngərlər
5:19 PM
Onurğasız Heyvanlar - Süngərlər

Onurğasız heyvanlar – Süngərlər

 







Sahilyani dayazlıqlardan dənizlərin tutqun dərinliklərinə qədər hər yerdə təbiətin bu qəribə varlıqlarına – süngərlərə rast gəlmək mümkündür. Onların görünüşü və quruluşu o qədər qeyri-adidir ki, uzun müddət alimlər süngərlərin bitki, yaxud heyvan olmaları barədə qərar verə bilmirdilər. Süngərlər həm sarımtıl-yaşıl rəngli qəribə topalar, həm də heç bir forması olmayan ağ çıxıntılar və al-qırmızı şarlar, maral boynuzuna bənzəyən narıncı budaqlar şəklində ola bilər. Onlar hərəkət etmir, ən güclü qıcıqlara belə cavab vermirlər. Lakin buna baxmayaraq, süngərlər (Porifera) – heyvanlar aləminin xüsusi tipidir. Bitkilərdən fərqli olaraq qeyri üzvi birləşmələrdən özləri üçün qida hasil etmir, yaxınlıqlarında yaşayan çox kiçik orqanizmlərdən qida kimi istifadə edirlər.







Canlı süzgəclər

Adları latın dilində "məsaməli heyvanlar” kimi tərcümə olunur. Süngərlərin bütün səthi minlərlə məsamə - xırda dəliklərlə doludur. Bədəninin nazik divarları süzgəcləri xadırladır, çox incə kanallar isə yaxalıqlı hüceyrələrlə örtülüb onların kiçicik sapları sapları – qamçıları bütün sutka ərzində süngərin yaxınlığından axan suyu onun daxili boşluğuna tərəf yönəldir. Bu axın hərəkətsiz süngərlərə qida: bakteriyaları, hüceyrələri, bitki qalıqlarını və digər canlıları gətirir. Yeməli hissələrdən təmizlənmiş su  orqanizmdən yeganə enli dəlikdən ifraz olunur.











Süngərlərin bədənində çoxsaylı hüceyrələr var. Onların bəziləri qamçıları və təpəsində kiçik yaxalıqları olan dirəklərə, başqaları amyöblərə, üçüncülər üçün şüalı olan kələ kötür ulduzlara bənzəyir. Hər hüceyrənin özünəməxsus rolu var. "Qamçıdaşıyanlar” sudan qidanı tutur, "amyöblər” onu həzm edir, "ulduzlar” skeletin qurulması üçün maddələr ifraz edir. Bəzi süngərlərin skeleti kirəcdən, bəzilərinin silisium oksidindən, üçüncülərininki isə xüsusi maddələrdən (sipongindən) olan yumşaq və elastik liflərdən təşkil edilmişdir. Kirəcdən və silisium oksidindən təşkil olunmuş süngərlər çox gözəldir. Onların bədənləri minlərlə nazik, düz və əyilmiş kiçik iynəyə, çoxguşəli ulduza, sancaq və qarmağa malikdir. Bir-birinə hörülərək onlar öz arasında birləşirlər. Ona görə də bir çox süngərlərin skeletləri qəribə valara, yaxud zərif tora bənzəyir.














Zərif və yüngül skeletə malik olan süngərlər şüşəvari süngərlər sinfinə (Hyalospongia) aiddir. Bu incə varlıqlar yalnız sahil alğalarının onlar üçün təhlükə törətdiyi yerlərdə - yəni böyük dərinliklərdə yaşaya bilirlər. Möhkəm kirəcli (Calcispongia) və yumşaq sponginli (Demospongia) süngərlər isə sakit olmayan dayaz yerlərdə həvəslə məskən salır. Çox qədim zamanlardan bizim günlərimizə qədər spongin liflərindən ibarət olan sungərlər insanlara fayda verib. Süngər toplayanlar dənizin dərinliklərindən yığdıqları süngərləri təmizləyir, yuyur və günəş altında qurudurlar. Emal edilmiş süngər asanlıqla sıxılır, suya saldıqda isə tezliklə formasını bərpa edir. Hələ antik dövrlədən bəri Roma hamamlarında onlarla yuyunurdular. Süngərlərdən əsgərlərin polad geyimlərinin və dəbilqələrinin altına xüsusi astar salırdılar. Belə "astarlar” təkcə zərbələri dəf etmir və təri hopdurur, qanı dayandırırdı.

 

Mənbə : "Hədəf” kursları, "İSQ” jurnalı.

Category: Heyvanlar Aləmi | Views: 1649 | Added by: Pasa_007 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Sign Up | Login ]
Sayt Menu

 
Section categories
İslam [4]
Şəkillər [3]
Tanınmışlar [4]
Sevgi [3]
Azəri MP3 [10]
Türk MP3 [8]
Xarici MP3 [16]
Səsli Şeirlər [3]
Programlar [11]
Yumor [4]
Interesting [7]
Kitab [5]
Köşe Yazıları [7]
Hekayələr və Məqalələr [7]
Müşviq XAN [2]
Video [7]
Film and Clip's [13]
Dərs Videoları [2]
Games Download [5]
Online Games [3]
Car's world [4]
Phone's world [3]
İdman [5]
Web Master & Xakker [4]
Texnologiya [4]
3D [1]
Dəb [2]
Mahnıların Tərcüməsi [2]
Xarici Mp3lərin türkce tərcüməsi
Mehşurların Sözleri [4]
Heyvanlar Aləmi [3]
Zoologiya
  
Eurovision 2013
.......
--------------------------------
.......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......
---------------------------------
......

 


 

 

 

Statistika

 

Ses Verme


Copyright MyCorp © 2016
Create a free website with uCoz
Купить ссылку здесь за руб.
Поставить к себе на сайт