My site
Home | Sign Up | Log In

Blog


Home » 2012 » Avqust » 26 » Maraqlı Faktlar (Part 1)
8:42 PM
Maraqlı Faktlar (Part 1)
 
Kaliforniyalı rəssam Kris Trumen 200 min ölü qarışqadan panno (kətan üzərində çəkilmiş böyük şəkil) hazırlayıb. Trumen, əvvəlcə, öz gücünə lazımı qədər qarışqa tutmaq qərarına gəlib. Lakin bunun üçün bir neçə il keçəcəyini görən rəssam internetin köməyindən istifadə edib. Belə ki, qarışqalar internetlə heyvan qidası kimi satılır. Trumen qarışqaları 40 min ədəd olmaqla, dəstə ilə alıb. Hər bir dəstənin qiyməti isə 500 dollar olub.Nəticədə, rəssam qarışqalara cəmi 2500 dollar pul xərcləyib. O, maqqaşla ölü qarışqaları elə yerləşdirib ki, nəticədə, rəssamın uşaqlıq şəkli alınıb. Rəsm əsərinə bir neç il vaxt sərf etdiyini söyləyən Trumen bəzən qarışqalara yazığı gəldiyini də qeyd edib. Buna görə o, hətta işlərinə bir il fasilə də verib. Lakin ölü qarışqaların heç vaxt dirilməyəcəyini fikirləşən Trumen əsərini sona çatdırıb. Rəssam deyib ki, uşaqlıq dövründə qardaşı ilə birlikdə qarışqa yuvasını dağıtdıqları vaxt qarışqalar onları dişləyib. O, məhz bu yolla qarışqalardan qisasını alıb.
Trumen əsərini 35 min dollara satmağa nail olub.
 
______________________________________________________
 
 
Təbiətdə mövcud olan qeyri-adi canlılardan biri də donqarlar adlanan həşəratlardı. Bu həşəratların gözəçarpan cəhəti belləri üstə olan müxtəlif fiqurlu çıxıntılardır. Bu çıxıntılar buynuz, kürə, tikan və s. formada ola bilər. Elə bu çıxıntaya görə də onlara donqarlar deyirlər. Belə görünüşə malik olmaları bu həşəratların digər yırtıcılardan qorunmaqlarına köməklik göstərir. Qəribə formalarına baxmayaraq onlar zəif də olsa uçmağı bacarırlar. Donqarlar bütün dünyada geniş yayılmışdır. Yalnız Antarktikada onlara rast gəlmək mümükün deyil. Ən çox cənubi Amerikada yayılmışlar. Avropada cəmi 3 növü vardır. Hazırda dünyada donqarların 3200 növü vardır. Onlar əsasən ağacların yarpaqlarında, kolların üstündə yaşayırlar, əsasən bitkilərin şirəsi ilə qidalanırlar. İnsanlar üçün bu həşəratlar heç bir təhlükə törətmirlər.
 
_______________________________________________________
 
 
Eger insan yuxuda olarken onun cecele barmagindan tutsaq o butun suallara cavab verecek.
 
______________________________________________________

12 avqust 1915- ci ildə Çanakkala savaşında Ingilislərin 54- cü batalyonuna aid olan Norfolk batalyonu kiçik Anafartalar düzənliyində bir təpəyə qalxaraq, təpənin üzərindəki bir ağ buludun içərisine daxil olmusdular. Sonuncu əsgər də buludun içərisində yox olduqdan sonra bulud yavaşca göyə qalxaraq və küləyin əksi istiqamətində hərəkət etmisdir. 250 əsgər,16 zabit və bir polkovnikin heç bir iz qoymadan yoxa çıxmisdilar. Və bir daha onlardan xəbər alinmayib...

______________________________________________________
 
Hindistan haqqında daha bir maraqlı melumat.
Hindistanın Orissa əyalətində insanlar, yağış Tanrısını razı salmaq üçün qurbağaları evləndirirlər.

______________________________________________________


Batan adamı xilas etdiyinə görə amerikalı xilasedici işdən qovulub.
Belə ki, xilasedici Tomas Lopes özünün məsuliyyət zonasına daxil olmayan su sahəsində batan insanı xilas etdiyinə görə işdən qovulub. "Jeff Ellis and Associates" şirkətinin korporativ qaydalarına əsasən, çimərlik və üzmə zonaları bir neçə xialsedici arasında məsuliyyət zonalarına bölünüb.

"Müəyyən tələblər çəçivəsində biz məsuliyyət zonasından kənar hərəkət edə bilmərik. Onun etdiyi özbaşına qərar olub. O, şirkətin tələblərini bilib və doğru hesab etdiyini edib", - şirkətin nümayəndəsi Süzan Ellis qeyd edib.

21 yaşlı xilasedicinin işdən qovulmasına səbəb olan insident bazar ertəsi baş verib. Növbəçilik edən Lopesə istirahət edənlərdən biri yaxınlaşıb və batan insan haqqında məlumat verib.

Kişinin batdığı akvatoriya Lopesin məsuliyyət zonasına daxil olmayıb. Lakin o, insana kömək etmək qərarına gəlib. Kişinin ciyərlərində su dolub. Lopes həkimlər gələnədək ilkin tibbi yardım göstərib və faktiki olaraq onu ölümdən qurtarıb.

İnsanı xilas etdikdən sonra Lopes dərhal insident haqqında rəhbərliyə məruzə edib, bundan sonra o, "məsuliyyət zonasını tərk etdiyinə görə" işdən çıxarılıb.

"Onlar mənə pis söz deməyiblər. Daha şox onların təəssüfləndiyi görünürdü, lakin qayda qaydadır. Mən bunun baş verdiyinə inanmıram", - Lopes jurnalistlərə deyib.

Lopesin həmkarı olan daha iki xilasedici həmrəylik nümayiş etdirərək onunla birlikdə işdən könüllü çıxıblar.

Gənc cəmi dörd ay öncə xilasedici kimi işə başlayıb. O, bir saat növbətçiliyə 8,25 dollar alırmış."Reside"
 
Category: Interesting | Views: 1916 | Added by: Pasa_007 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Sign Up | Log In ]

Site menu

Log In

Search

Calendar

«  Avqust 2012  »
Ba.B.e.Ç.a.Ç.C.a.C.Şə.
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Statistics


Total online: 1
Guests: 1
Users: 0
Copyright MyCorp © 2024 | Create a free website with uCoz